İtaliyanın XİN rəhbəri Azərbaycana gəlib
Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İtaliyanın xarici işlər naziri Antonio Tajani Azərbaycana səfər edib.
Gununesi.info xəbər verir ki, bu barədə İtaliya XİN məlumat yayıb.
Qeyd edilib ki, o, yüksək səviyyəli görüşlər və Azərbaycan-İtaliya Biznes Forumunda iştirak etmək üçün Bakıya rəsmi səfərə gəlib.
Bildirilib ki, İtaliyanın xarici işlər naziri Antonio Tajani bu gün və sabah bir sıra yüksək səviyyəli rəsmi görüşlər keçirəcək və Azərbaycan-İtaliya Biznes Forumunda iştirak etmək üçün Bakıda olacaq.
İtaliyanın Baş naziri Ciorcia Meloninin bu ilin mayında, Prezident Sergio Mattarellanın isə 2025-ci ilin oktyabrında Azərbaycana səfərlərindən sonra baş tutan bu səfər İtaliyanın Azərbaycanla tərəfdaşlığın gücləndirilməsinə sadiqliyini bir daha təsdiqləyir.
İtaliya XİN-in məlumatında qeyd olunub ki, Azərbaycan Cənubi Qafqazda mühüm aktor, enerji təhlükəsizliyi baxımından isə strateji və etibarlı tərəfdaşdır. Bu əməkdaşlıq Hörmüz boğazındakı böhranın beynəlxalq bazarlara ciddi təsirləri fonunda xüsusi əhəmiyyət kəsb edir.
Antonio Tajani Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.
Görüşlərdə iki ölkə arasında siyasi əlaqələrin möhkəmləndirilməsi, Cənubi Qafqazda sülh və iqtisadi inkişaf perspektivləri, o cümlədən Azərbaycan-Ermənistan arasında davam edən normallaşma prosesi, eləcə də əsas beynəlxalq məsələlər müzakirə olunacaq.
Səfərin əhəmiyyətli hissəsi iqtisadi diplomatiyaya həsr ediləcək. Bu çərçivədə İtaliyanın xarici işlər naziri Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla ikitərəfli görüş keçirəcək və hər iki nazir Azərbaycan-İtaliya Biznes Forumunda iştirak edəcək.
Forumda İtaliya və Azərbaycanın 240-dan çox şirkət və biznes assosiasiyasının nümayəndəsinin iştirakı gözlənilir.
Əsas prioritetlərdən biri İtaliya şirkətlərinin Azərbaycanda həyata keçirilən iri infrastruktur investisiya layihələrində iştirakının genişləndirilməsidir.
Vurğulanıb ki, enerji əməkdaşlığı isə ikitərəfli münasibətlərin əsas istiqamətlərindən biri olaraq qalır. Azərbaycan İtaliyanın ikinci ən böyük neft, üçüncü ən böyük təbii qaz təchizatçısıdır.
Əməkdaşlığın genişləndirilməsi üçün qabaqcıl istehsal, rəqəmsal texnologiyalar, bərpaolunan enerji və kritik xammal sahələrində də yeni imkanlar mövcuddur. Bu istiqamətdə üçüncü ölkələrdə əməkdaşlığa dair niyyət bəyannaməsinin imzalanması gözlənilir.
Baxış sayı:98
Bu xəbər 22 Noyabr 2026 23:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















