Icma.az
close
up
RU
Separatizmi xristian dəyərləri ilə pərdələyənlər

Separatizmi xristian dəyərləri ilə pərdələyənlər

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Erməni lobbisinin saxta din təəssübkeşliyinin arxasında nələr gizlənir?

Dünyanın bir çox yerlərində, əsasən, Qərb dövlətlərində güclü erməni diaspor və lobbisinin fəaliyyəti heç kəsə sirr deyil. Erməni diasporu mövcud olduğu ölkələrdə siyasi elita ilə “işgüzar” münasibətlər qurur, qanunvericilik orqanlarının üzvləri, ictimai-siyasi xadimlər, mədəniyyət və incəsənət işçiləri, o cümlədən jurnalistlərlə yaxşı əlaqələr yaradaraq, onlardan öz maraqları üçün istifadə edirlər. Haylar özlərini tarix boyu “məzlum, əzabkeş, soyqırımına məruz qalmış xalq” kimi qələmə verərək, işlərini böyük dövlətlərin vasitəsilə həll etməyə çalışıblar.

Əlbəttə, dünyanın superdövləti olan ABŞ-la münasibətlərin həmişə yüksək səviyyədə olması ermənilər üçün müstəsna əhəmiyyət daşıyıb. Ermənistan hökuməti və millətçi dairələri son illər okeanın o tayında öz maraqlarını təmin etmək üçün səylərini artırıblar. Rəsmi İrəvan ABŞ-ın “Mercury Public Affairs” firması ilə müqavilə bağlayıb. Müqavilənin məqsədi Vaşinqtonda erməni maraqlarına lobbiçilik etməkdir. Xarici Agentlərin Qeydiyyatı Aktı (FARA) çərçivəsində ABŞ Ədliyyə Nazirliyinə təqdim edilən rəsmi məlumata görə, Ermənistan səfirliyi ilə müqavilə 2025-ci il aprelin 1-dən qüvvəyə minib. Müqavilənin şərtlərinə görə, “Mercury” hər ay 50 min ABŞ dolları məbləğində konsaltinq xidmətləri göstərməyi öhdəsinə götürüb. Xidmətlər siyahısına regional və qlobal maraqlar nəzərə alınmaqla, ABŞ-ın Cənubi Qafqazda əsas tərəfdaşı kimi Ermənistanın “geosiyasi və strateji əhəmiyyətinin” təbliği daxildir.

Maraqlıdır ki, əvvəllər, yəni 2018-ci ildən 2020-ci ilin oktyabrına qədər “Mercury” Türkiyənin Vaşinqtondakı səfirliyi ilə bənzər müqavilə əsasında işləyib. Ancaq İkinci Qarabağ müharibəsi başlanandan sonra ABŞ-dakı erməni diasporu Türkiyə hökumətini Azərbaycana dəstək verməkdə suçlayaraq bu şirkətə qarşı təzyiq kampaniyasına start verib. Amerika Erməni Milli Komitəsinin təzyiqi nəticəsində şirkət Ankara ilə müqaviləni illik məbləğinin 1 milyon dollar olmasına rəğmən ləğv etmək məcburiyyətində qalıb. “Mercury” 2022-ci ilin yanvar ayına qədər Türkiyənin Xarici İqtisadi Əlaqələr İdarəsinin nəzdində yaradılmış Türkiyə–Amerika İşgüzar Şurası ilə də əməkdaşlıq edib.

Bundan əlavə, rəsmi erməni diplomatiyası ilə yanaşı, silahlı erməni terror təşkilatı “Sasna Tsrer”in bazasında yaradılmış “Erməni milli demokratik alyansı” adlı radikal siyasi qruplaşma da ABŞ-da fəaliyyət göstərir. Alyansın rəhbərlərindən biri Jirayr Sefilyan Birinci Qarabağ müharibəsi zamanı “Şuşa” könüllü taboruna komandirlik edib. Alyans Rusiyanı “erməni xalqının düşməni” adlandıraraq sərt anti-Rusiya mövqeyi tutur. 2023-cü ildə bu struktur ABŞ-ın “The Livingston Group” lobbi şirkəti ilə müqavilə bağlayaraq, Rusiya və Azərbaycana qarşı təbliğat kampaniyası aparmağı tapşırıb. Maraqlıdır ki, keçmişdə “The Livingston Group” da Azərbaycan və Türkiyəyə yaxınlığı ilə tanınıb. Lakin, bu, onun 2024-cü ildə ABŞ-da ölkəmizi nüfuzdan salmağa yönəlmiş silsilə tədbirlər keçirməsinə mane olmayıb. Bu təşkilatın xətti ilə Qarabağdakı erməni əhalinin, guya, “etnik təmizləmə”yə məruz qaldığına dair Konqresdə dinləmələr təşkil olunub. Eyni zamanda, ABŞ mediasında dezinformasiya xarakterli yazılar dərc edilib.

Məlumata görə, Sefilyanın qrupu Donald Tramp hakimiyyətə gəlməzdən əvvəl “Moran Global Strategies” lobbi strukturunda siyasi məsləhətçi işləyən Elias Gerasoulislə müqavilə imzalayıb. Tramp Ağ Evə qayıtdıqdan sonra qrup taktikasını dəyişərək ABŞ-ın yeni prezidentinin administrasiyası ilə əlaqələrin qurulmasına diqqət yetirib. Trampın yevangelist dairələrlə sıx əlaqələrini nəzərə alaraq, Sefilyan və ətrafı xristian hərəkatları və ABŞ Respublikaçılar Partiyası ilə münasibətləri olan “Sovereign Global Solutions” (SGS) lobbi firmasını vasitəçi kimi seçib. Sefilyanın qruplaşması ilə SGS arasında əməkdaşlığın nəticəsi Amerika xristian təşkilatlarının Azərbaycanda mühakimə olunan Qarabağ separatçılarının, o cümlədən keçmiş “dqr” rejiminin “dövlət naziri” Ruben Vardanyanın müdafiəsi üçün kampaniyaya başlamaq təşəbbüsü olub. 2025-ci ilin martında ABŞ xristian liderlərinin koalisiyası adından Donald Trampa məktub göndərilib və ondan “Bakıda həbsdə saxlanılan 23 xristian məhbusu” azad etmək üçün addımlar atmaq xahiş edilib.

***

Əlbəttə, Ermənistanın ABŞ-da lobbiçilik fəaliyyətini genişləndirməsi, onun xarici siyasətində real əməkdaşlıqdan çox təbliğat və imic yaratmağa üstünlük verdiyini göstərir. “Mercury Public Affairs” şirkətinə hər ay 50 min dollar ödəməklə rəsmi İrəvan öz maliyyə resurslarını xalqının sosial problemlərinə deyil, xarici təsir oyunlarına yönəldir. Bu addım Hayastanın regionda sülh və əməkdaşlıqdan çox siyasi manipulyasiyalar yolu ilə mövqe tutmağa çalışdığını təsdiqləyir. İrəvanın özünü Cənubi Qafqazda əsas tərəfdaş kimi təqdim etdirməyə cəhd etməsi isə reallıqdan uzaq, məqsədli şəkildə ABŞ ictimaiyyətini çaşdırmaq niyyətindən qaynaqlanır. Sözsüz ki, belə yanaşma, Ermənistanın xoş məramdan uzaq, daha çox görüntü və qərəz üzərində qurulan siyasət apardığını üzə çıxarır.

Hay diasporunun “Mercury” şirkətinə qarşı təzyiq kampaniyası, onların ABŞ-da söz azadlığını öz maraqlarına uyğun yönəltmək cəhdlərinin bariz nümunəsidir. Yalnız Azərbaycanla strateji tərəfdaş olan Türkiyəyə görə müqavilənin ləğv etdirilməsi, erməni lobbiçiliyinin nə qədər aqressiv və qərəzli formada aparıldığını göstərir. Ermənistan bu vasitələrlə regionda sülhə deyil, qarşıdurmalara rəvac verən təzyiq və təcrid siyasətinə üstünlük verdiyini bir daha bariz şəkildə nümayiş etdirir.

Erməni siyasi dairələrinin separatçıları müdafiə etmək üçün ABŞ-dakı xristian təşkilatlarını alətə çevirməsi onların dini dəyərlərdən siyasi təbliğat məqsədilə sui-istifadə etdiyini göstərir. R.Vardanyan kimi fiqurların “xristian məhbusu” kimi təqdim olunması isə faktların saxtalaşdırılmaq, beynəlxalq ictimaiyyətdə yanlış təsəvvür formalaşdırmaq cəhdidir. Bu kampaniyalar Ermənistanın regionda sabitlik və hüquq normalarına deyil, öz separatçı planlarını legitimləşdirməyə xidmət edən təbliğat üsullarına üstünlük verdiyini ortaya qoyur.

***

Mövzu ilə əlaqədar fikirlərini XQ ilə bölüşən Beynəlxalq Avrasiya Mətbuat Fondunun vitse-prezidenti, siyasi şərhçi Oğuz Mirzəyev bildirdi ki, Ermənistan tarixən reallıqla yox, onun manipulyativ təqdimatı ilə beynəlxalq gündəmdə yer almağa çalışıb. Onun sözlərinə görə, beynəlxalq hüquq İrəvan üçün yalnız formal çərçivə, əsas vasitə isə informasiya yönləndirmə, təsir və duyğu manipulyasiyası olub. Bu taktika zamanla daha da təkmilləşdirilərək, diplomatiyanın hüdudlarından çıxaraq din, təbliğat və radikal emosiyaların birləşdiyi hibrid təsir modelinə çevrilib.

Ekspert qeyd etdi ki, erməni diaspor və lobbisinin Azərbaycanı zəiflətmək, onun haqq mübarizəsini şübhə altına almaq və Qərb auditoriyasına emosional tərzdə təsir göstərmək hədəfi dəyişməyib: “Ermənistan heç vaxt faktlara söykənməyib. Onun əsas silahı həmişə emosiyalar və manipulyativ təsvirlər olub. Sadəcə, bu gün həmin üsullar daha təkmilləşmiş texnologiyalar və geniş platformalarla tətbiq olunur. 2025-ci ilin aprelində Ermənistan ABŞ-da çox nüfuzlu lobbi şirkəti olan “Mercury Public Affairs”lə ayda 50 min dollar dəyərində müqavilə imzalayıb. Məqsəd Ermənistanı Cənubi Qafqazda ABŞ-ın strateji tərəfdaşı kimi təqdim edib, Azərbaycanı bu narrativin kənarında buraxmaq idi. Eyni şirkət əvvəllər Türkiyə ilə işləyib, lakin erməni diasporunun təzyiqi ilə bu əməkdaşlıq dayandırılıb. Bu fakt diasporun Qərb siyasi mərkəzlərinə təsir imkanlarını göstərən bariz nümunədir. Bu diplomatik manevrlərin fonunda səhnəyə yeni aktor çıxır: silahlı üsyanla tanınmış və sonradan “Erməni milli demokratik alyansı” adlı platforma yaradan Jirayr Sefilyan. Nikol Paşinyan iqtidarı ilə formal olaraq məsafə saxlasa da, onun ətrafındakı struktur Ermənistanın diplomatik arxa planının qeyri-rəsmi davamı təsiri bağışlayır. 2023-cü ildə Sefilyanın alyansı “The Livingston Group”la müqavilə bağlayaraq informasiya savaşını daha da genişləndirib və təbliğatın istiqamətini birbaşa Bakıya yönəldib”.

O.Mirzəyevin sözlərinə görə, lakin bu dəfə informasiya savaşı təkcə siyasi yox, dini hisslərə hesablanmış emosional kampaniyaya çevrilib. D.Trampın yenidən hakimiyyətə qayıdışı Ermənistan üçün yeni fürsət pəncərəsi açıb: “Xristian-sağ cərəyanlara çıxış əldə etmək məqsədilə “Sovereign Global Solutions” şirkəti ilə yeni müqavilə bağlanıb. Şirkətin rəhbəri Jaklin fon Şleppenbax Tramp komandasına yaxınlığı və dini-siyasi dairələrdəki nüfuzu ilə tanınır. Mart ayında Trampa göndərilən və içərisində “23 xristian məhbusun azad edilməsi” tələbi olan müraciət bu əlaqələrin məhsuludur. Bu gün Azərbaycanda separatçılarla bağlı hüquqi prosedurlar yerinə yetirilir, Ermənistan isə onları dini təqiblərə məruz qalmış şəxslər kimi təqdim etməyə çalışır. Bu, sadəcə dezinformasiya deyil, “emotional warfare”, yəni hisslərə əsaslanan informasiya savaşıdır. Bu metod beynəlxalq rəyin manipulyasiyası üçün seçilib və onun vasitəsilə Azərbaycan haqqında yanlış təsəvvür formalaşdırılmağa çalışılır. Kampaniyanın əsas hədəfi Azərbaycanın beynəlxalq ictimaiyyət qarşısında xristianlara qarşı çıxan müsəlman dövləti kimi təqdim edilməsidir. Paralel olaraq, Ermənistana Qərbin yeni “xristian forpostu” imici qazandırılır və Rusiyaya qarşı ritorika gücləndirilir”.

Siyasi şərhçi bildirdi ki, Ermənistan dini emosiyaları manipulyasiya vasitəsinə çevirərək beynəlxalq müstəvidə Azərbaycanın əleyhinə süni qarşıdurma görüntüsü formalaşdırmağa çalışır: “Bu, sadəcə informasiya pozuculuğu deyil, həm metaforik, həm də real minalarla müşayiət olunan, regionun sabitliyini hədəfə alan müasir geosiyasi təxribat planıdır. Ermənistan 30 il ərzində işğal altında saxladığı Qarabağ ərazilərində 2 milyona yaxın mina basdırıb. Bu minalar təkcə fiziki təhlükə yaratmır, həm də informasiya savaşında Azərbaycanın sülh gündəmini və beynəlxalq imicini hədəf alır”.

Müsahibimiz onu da bildirdi ki, yeni erməni lobbi doktrinası yalnız Azərbaycana qarşı yönəlmiş hibrid diplomatik hücum deyil. Bu, din pərdəsi altında aparılan, Cənubi Qafqazın güc balansını dəyişdirməyə və sülhü təhlükə altına almağa yönəlmiş strateji təxribatdır.

Səxavət HƏMİD
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 İyun 2025 00:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see271

Sentyabrın 1 də hava kəskin dəyişir

31 Avqust 2025 14:03see140

İsveçrə ABŞ də qızıl zavodu açmaqdan imtina edib

31 Avqust 2025 15:25see132

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see131

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see125

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see125

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see124

Rəcəb Tayyib Ərdoğan Tiencində Si Cinpinlə görüşüb

31 Avqust 2025 13:51see123

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see122

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see122

Mehmed Fetihler Sultanı nda yeni sima Foto

31 Avqust 2025 10:38see121

Azərbaycan Prezidentinin köməkçisi: Azərbaycan dialoq tərəfdaşı kimi ŞƏT lə sıx əməkdaşlıq edir

31 Avqust 2025 09:25see120

Mançester Yunayted dən Vilyarreal a

31 Avqust 2025 12:49see120

Çindən Azərbaycana idxalın həcmi nə qədərdir?

31 Avqust 2025 11:42see119

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see118

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see118

Kurtlar Vadisi nin Mematisi illər sonra FOTO

31 Avqust 2025 15:05see118

Yer niyə fırlanır və ya fırlanmasa, nələr baş verər?

31 Avqust 2025 19:39see117

Rüfətdən məhsuldar ötürmə

31 Avqust 2025 11:12see116

Rusiya Kiyev, Dnepr və Zaporojyeyə hücumlara haqq qazandırıb

31 Avqust 2025 11:24see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri