Icma.az
close
up
RU
“Şər meydanı”ndakı Zatulin RAKURS

“Şər meydanı”ndakı Zatulin RAKURS

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Azərbaycanla Rusiya arasında münasibətlər əvvəlki kimi deyil, bəzi səbəblərdən əsən soyuq küləklər isti cərəyanları regiondan uzaqlaşdırmaqdadır. Bunun nə qədər davam edəcəyi hələlik bəlli deyil. Münasibətlərin normallaşma şərtlərini tərəflər bilir, amma Moskva hələlik gözlənilən addımı atmağa tələsmir. Əvəzində bəzi dairələr fürsətdən istifadə edərək iki ölkə arasında münasibətlərin dalana dirənməsi üçün meydana atılıblar. Hələ social şəbəkələrdə fırtına, tozanaq qoparanları demirik. Sanki Azərbaycanla Rusiya arasında müharibə hazırlığı gedirmiş kimi psixoloji testlər dövrəyə qoşulub...

“Azərbaycan üçün Qərbdəki və Türkiyədəki dostlarına Rusiya ilə münasibətlərdə nə qədər əyilməz olduğunu göstərmək vacibdir”, bunu ənənəvi olaraq Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin deyib. Duma üzvünün məsələyə haradan və necə münasibət bildirməsinə diqqət edin: “Azərbaycan hakimiyyəti əvvəllər “Rossotrudniçestvo” və Amerikanın USAİD agentliyinin ölkədəki işlərini dayandırdığını bəyan etmişdi, çünki onlar “respublikanın daxili işlərinə kənar müdaxiləyə dözmək niyyətində deyillər”.

Zatulin təyyarə qəzasının Rusiya ərazisində baş verdiyini, həm də hava təhlükəsizliyi səbəbindən səhvən vurulduğunu, Putinin üzr istədiyini desə də, qəzada günahkar olanların cəzalandırılmasından, kompensasiya ödənişindən danışmaq istəmir. Əvəzində: “Amma indi Azərbaycanın Qərbdəki dostlarına, Türkiyəyə nə qədər əyilməz olduğunu göstərmək vacibdir. Düşünmürəm ki, bu, ağlabatan siyasətdir, Azərbaycan Rusiyadan qaça bilməz. Sabah onlar hələ də bəzi ehtiyacları üçün bizə gələcəklər" deyib.

Onun sözlərinə görə, Moskva cavab addımları atmağa hazırdır və nəticə çıxarmalıdır ki, Azərbaycan müttəfiq sayıla bilməz: “Biz başa düşməliyik ki, Azərbaycan bizim müttəfiqimiz deyil. Moskvada Azərbaycanın analoji strukturları var, bizim cavab addımları atmağımız düzgün olardı. Ölkə rəhbərliyi bizimlə münasibətlərə yalnız öz mənfəətləri üçün baxır. Onlar heç vaxt bizim tam hüquqlu müttəfiqimiz olmayıblar, Türkiyənin regionda müttəfiqi olublar və olaraq da qalırlar. Bu o deməkdir ki, Azərbaycan bizə deyil, Türkiyəyə yönəlib, bizimlə müttəfiqlik isə fürsətçi xarakter daşıyır. Rusiyaya Qarabağdakı müharibəyə, təxribatlara, cinayətlərə, vurulan vertolyota göz yummaq lazım olanda ortaqlıq münasibətləri var idi. Boru kəmərlərinin marşrutlarını çəkmək lazım olanda, o zaman bizi diqqət və qayğı ilə əhatə edirlər. Azərbaycan və Ermənistan arasında münaqişə olduğu kimi başa çatanda Azərbaycan rəhbərliyi Rusiyaya xüsusi münasibətini göstərmək üçün istənilən fürsətdən istifadə etmək qərarına gəlib”.

Bu, o Zatulinin sözləridir ki, ölkəsi olan Rusiyanı Ermənistan “bir keçi qiymətinə” Qərbə satıb və satmaqda da davam edir. MDB, Aİİ və KTMT kimi təşkilatlardan çıxdığını nümayişkaranə şəkildə bütün dünyaya bəyan edib. Rusiyanın Cənubi Qafqazdakı mövcudluğuna qarşı hər keçən gün daha kəskin addımlar atır. Rusiya sərhədçilərini əvvəlcə İrəvandakı “Zvartnoç” aeroportundan, sonra isə İran-Ermənistan sərhədindən qovan ermənilər sırada Türkiyə-Ermənistan sərhədinin olduğunu xatırladırlar. Hətta Rusiyaya aid 102-ci ordunun Gümrü şəhərindən çıxarmaq üçün ermənilərin etdikləri cəhdləri də unutmaq lazım deyil.

Ermənistan rəhbərliyi Qərb dairələrinin diqtəsi, göstərişi ilə Rusiyanın ölkə ərazisindən necə qovacağının yollarını aradığı bir vaxtda müttəfiq Azərbaycanla münasibətləri gərginləşdirmək, görəsən Moskvanın nəyinə lazımdır? Bəlkə, Rusiya hakimiyyətində çatlar yaranıb, idarəetmədə problemlər var, yaxud prezident Putin hərbçilərinə nəzarəti itirib. Belə olmasaydı, kim prezidentin iradəsindən kənar bu cinayətə imza atmağı gözə ala bilərdi? Tutaq ki, qəzada Kremlin günahı yoxdur, yaxud hərbçilər təyyarəmizi səhvən vurublar. Bəs, adi etirafı niyə bu qədər gecikdirirlər? Cinayətkarı müdafiə etməklə, onu gizlətməklə, hadisədə rolunu müxtəlif bəhanələrlə danmaqla Azərbaycan-Rusiya münasibətlərinə nə qədər zərər vurduqlarının fərqindədirlərmi? Deputatları, tanınmış adamları anti-Azərbaycan təbliğatına qoşmaq nə deməkdir? Onsuz da Rusiyanın dünyada çox az dostu qalıb, Azərbaycanı da dostlar siyahısından çıxarmaq şimal qonşumuza nə qazandırır? Suallar çox, cavab verəsi ünvan isə rəsmi olaraq susur, əvəzində Azərbaycanla düşmənçiliyi təbliğ edən, ermənipərəst mövqeli gədalar meydan sulayır.

Zatulini Ermənistanda “persona-non-qrata” elan ediblər. Yəni, Zatulin, cəhənnəm ol, sənin ayağın ermənilərin yaşadığı bu ərazilərə dəyə bilməz. Duma üzvü isə içdiyi “erməni yalı”nın təsirindən uzaqlaşa bilmir, yaxud ona hürmək üçün göndərilən pul pəncərəsi hələ də qapanmayıb. Qatı ermənipərəst rus deputat Zatulin anti-Azərbaycan mövqeyi nümayiş etdirməklə həm də terrora dəstək sərgiləyir. Bu ilk hadisə deyil ki, Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini qanunsuzluğa qanuni don geydirməyə çalışır. Bu şəxs vaxtilə qondarma rejimin yaradılmasının ildönümü ilə bağlı Qarabağ separatçılarına təbrik ünvanlamışdı və məktubunda Bakıda məhkəməsini gözləyən Qarabağ separatçılarının təəssübkeşi rolunda da çıxış etmişdi. Bu gün də Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan və digər terrorçu-separatçılara dəstək nümayiş etdirir. Ölkəsində rüşvətxor və simasız biri kimi tanınan Zatulinin bu sərsəmləməsi sözsüz ki, gündəmdə qalmağa yönəlib. Xatırladaq ki, Zatulin əvvəllər də separatçılara dəstək nümayiş etdirib. O, hətta 2010-cu il mayın 23-də Qarabağ separatçıları arasında “seçkilər” adlı sirk tamaşasında iştirak edib. Azərbaycan Xarici İşlər Nazirliyi də buna görə Zatulini “persona non-qrata” siyahısına daxil edib.

“Rusiyanın varlığı uğrunda mübarizə apardığı, birləşmiş Qərblə üz-üzə gəldiyi bir vaxtda bizim müttəfiqimiz Ermənistan əməkdaşlığımızla bağlı hər şeyə xəyanət edir. Mən bununla razılaşa bilmirəm”. Bu sözləri də Konstantin Zatulin Beynəlxalq Rusiya-Ermənistan “Lazarev klubu”nun iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, məsuliyyəti Rusiyanın üzərinə yükləmək cəhdi Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya ilə bütün əlaqələri kəsmək zərurəti ilə bağlı səsləndirdiyi ideyanın davamıdır. Onun sözlərinə görə, erməni xalqının öz müqəddəratını təyin etmək iradəsinə qarşı zorakılıq edilib.

Ermənilərin maraqlarının müdafiəçisi olan Zatulin kimi şəxslər Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərini pozmağa çalışırlar. Onun Azərbaycan əleyhinə növbəti aqressiv, absurd, qanunazidd və cəfəng fikirləri ölkə ictimaiyyəti tərəfindən ikrah hissi və ciddi etirazla qarşılanır. Ümumiyyətlə, K.Zatulin həmişə milli-etnik zəmində qarşıdurmanı qızışdırmaqda ittiham olunub. O gah müxtəlif ölkələr tərəfindən persona non-qrata elan edilib, gah da tanınmayan bir separatçı rejimin “seçki”lərini legitimləşdirmək üçün müşahidəçi statusunda orada iştirak edib. Ermənipərəst Zatulinin bu cür təxribatçı cəhdlərinin arxasında Rusiya-Azərbaycan münasibətlərinin pozulmasına nail olmaq məqsədi durur. Amma şübhəsiz ki, bu cür cəhdlər əbəsdir və heç bir nəticə verməyəcək.

V.VƏLİYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 Fevral 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Saleh Məmmədovun Almaniyada tikdiyi binanın görüntüsü yayıldı FOTO

26 İyul 2026 23:06see902

Xəzərdə müharibə aktivləşərsə,....

27 İyul 2026 12:05see341

İnternetdə dələduzluq dalğası: Kibertəhlükələrin qarşısı necə alınır?

26 İyul 2026 15:10see251

“Barselona” Ferran Torresi yalnız bir şərtlə satmağa razı olacaq

27 İyul 2026 00:11see248

Azərbaycan və Türkiyənin milli maraqları əleyhinə fəaliyyət göstərənlər FOTO

26 İyul 2026 22:05see237

ADNSU da dəyişiklik: fakültə və kafedralar azaldı, yeni təyinatlar oldu

28 İyul 2026 07:01see211

Süni intellekt və beynəlxalq hüquq: yeni hüquqi dövrün başlanğıcı

27 İyul 2026 09:52see201

“Qarabağ”ın sabiq qapıçısı “Qaziantep”ə keçməyə yaxındır

26 İyul 2026 16:59see198

Erlinq Holand özü haqda yayılan memlərə münasibət bildirib VİDEO

27 İyul 2026 05:16see189

Qaret Beyl karyerasını bitirdikdən sonra müflis olmaqdan qorxub

27 İyul 2026 00:26see187

“Bursaspor” azarkeşləri “Şaxtyor”un spikerinə çətin anlar yaşadıb FOTO/VİDEO

27 İyul 2026 04:28see183

Nazirlik əlilliyi olan şəxslərlə bağlı məlumat yaydı

27 İyul 2026 17:21see182

İyulun sonunda həyatlarını dəyişdirəcək dörd BÜRC

28 İyul 2026 00:01see181

“Mayo” 75 ildən sonra İrlandiya çempionu oldu VİDEO

27 İyul 2026 02:59see180

“İran yenə Azərbaycan və türk düşmənçiliyi siyasətini davam etdirir”

28 İyul 2026 06:57see172

Dünya Kuboku brendlər üçün böyük reklam fürsətinə çevrildi

27 İyul 2026 16:49see172

Azərbaycanlılar ən çox bunları axtarır “Google” statistikası təəccübləndirir

28 İyul 2026 02:05see171

İran və Oman RAZILAŞIR?

26 İyul 2026 15:23see170

Azərbaycan bu ölkələrlə ikitərəfli anlaşma memorandumları imzalayıb

28 İyul 2026 01:23see169

Zidan baş məşqçi təyin olunsa, Mbappenin kapitanlıq sarğısı əlindən alınacaq?

27 İyul 2026 23:59see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri