Sərbəst buraxılan Danladan ilk açıqlama: Elə bil evlərində qonaq etdilər FOTO
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Narkotiklərlə bağlı aparılan istintaq çərçivəsində saxlanılan sosial media fenomeni Danla Biliç prosedurlar başa çatdıqdan sonra azadlığa buraxılıb.
Milli.Az xəbər verir ki, o, sərbəst qalmasının ardından sosial media hesabında paylaşım edərək baş verənlərlə bağlı açıqlama verib.
Biliç paylaşımında bildirib ki, dövlət qurumları tərəfindən testlər tələb olunub və onlar buna dərhal razılıq veriblər:
"Dövlət test tələb etdi, əlbəttə ki, verdik. Jandarmanın bizi saxladığınımı, yoxsa evlərində qonaq etdiyini mi başa düşmədik. Çox mehriban idilər. Hamınıza təşəkkür edirəm, komandirlərim" .
İstintaq zamanı aktrisa İrem Sak, müğənni Aleyna Tilki, eləcə də Mümine Senna Yıldız saxlanılıb. Onlardan Məhkəmə Tibbi Ekspertizası İnstitutunda saç və qan nümunələri götürülüb və prosedurlardan sonra hamısı sərbəst buraxılıb.
Digər tərəfdən, Şeyma Subaşı, Şevval Şahin və Mert Vidinli barəsində həbs qərarı çıxarılıb. Yusuf Güney, Cihan Şensözlü və Melisa Döngel isə ünvanlarında tapılmayıblar.
Məlumata görə, Məhkəmə Tibbi Ekspertizası İnstitutunda nümunələri götürülən şəxslər bütün prosedurlar tamamlandıqdan sonra azadlığa buraxılıblar. İstintaq isə davam edir.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 19 Dekabr 2025 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















