Icma.az
close
up
RU
Serbiya hərbçiləri Azərbaycanın xüsusi təyinatlı təhsil müəssisələrində olublar VİDEO

Serbiya hərbçiləri Azərbaycanın xüsusi təyinatlı təhsil müəssisələrində olublar VİDEO

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Respublikasında səfərdə olan Serbiya Respublikasının Belqrad Müdafiə Universitetinin rektorunun beynəlxalq hərbi və universitetlərarası əməkdaşlıq üzrə müavini polkovnik Srdyan Lyuboyeviçin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Müdafiə Universitetində (MMU), Heydər Əliyev adına Hərbi İnstitutda və Cəmşid Naxçıvanski adına Hərbi Liseydə olublar.

APA xəbər verir ki, bu barədə MN-dən bildirilib.

Məlumata görə, əvvəlcə MMU-da keçirilən görüşdə Universitet rektorunun elm üzrə müavini - Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov qonaqları ölkəmizdə görməkdən məmnun olduğunu ifadə edib. Azərbaycan və Serbiya arasında hərbi təhsil sahəsində əməkdaşlığın artan xətlə davam etdiyini qeyd edən general-mayor A.Həsənov bu əlaqələrin qarşılıqlı təcrübə mübadiləsində də əks olunduğunu xüsusi vurğulayıb.
Daha sonra nümayəndə heyətinə MMU-nun yaranma tarixi, təhsil sistemi, eləcə də qarşıda duran məqsəd və vəzifələrindən bəhs edən brifinq təqdim olunub. Görüş əsnasında, həmçinin iki ölkə arasında hərbi təhsil sahəsində görülən işlərin cari vəziyyəti və perspektiv məsələləri müzakirə edilib.
Görüş başa çatdıqdan sonra Serbiya Respublikasından olan nümayəndə heyəti Azərbaycan Hərb Tarixi Muzeyini ziyarət edib. Burada qonaqlara Azərbaycanın qədim hərb tarixi, döyüş ənənələri, tariximizin müxtəlif dövrlərini özündə əks etdirən hərbi eksponatlar barədə məlumatlar verilib.
Səfərin növbəti günündə Serbiya Respublikasının Belqrad Müdafiə Universitetinin ölkəmizdə olan nümayəndə heyəti Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutu və Cəmşid Naxçıvanski adına Hərbi Liseyində olublar.
Burada qonaqlar Heydər Əliyev Muzeyinə gələrək Ulu Öndərin həyat və siyasi fəaliyyətini əks etdirən foto-guşə ilə tanış olublar.
Daha sonra qonaqlara İnstitutun və Liseyin tarixləri, əsas fəaliyyət istiqamətləri və qarşıda duran vəzifələri haqqında hazırlanmış brifinqlər təqdim olunub. Brifinqlər başa çatdıqdan sonra qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://apa.az
archiveBu xəbər 04 Aprel 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see358

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see338

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see318

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see318

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see283

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see279

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see268

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see262

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see224

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see210

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see209

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see205

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see203

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see199

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see197

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see196

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see194

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see185

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see185

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri