Icma.az
close
up
RU
“Serbiya ilə iqtisadi əlaqələr daha da inkişaf etdiriləcək” Qüdrət Həsənquliyev

“Serbiya ilə iqtisadi əlaqələr daha da inkişaf etdiriləcək” Qüdrət Həsənquliyev

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.
Xalqcəbhəsi.az müsahibəni təqdim edir:

- Qüdrət bəy, Prezidentin Münhenə və Belqrada səfərləri barədə fikirlərinizi öyrənmək istərdik.

- Azərbaycan çox aktiv xarici siyasət aparır. Prezident, birinci vitse - prezident, Milli Məclisin sədri çoxsaylı səfərlərə gedir, tərəf müqabilləri ilə ikitərəfli görüşlərdə və müxtəlif platformalarda Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsinə çalışırlar, bunun üçün böyük zəhmət çəkilir. Hər səfər insanın enerjisini alır, sağlamlığına təsir edir. Təyyarə ilə çox uçan insanlar bunu bilir. Torpaqlarımız işğaldan azad edəndən sonra tarixi qələbəmizi beynəlxalq müstəvidə möhkəmləndirmək üçün bu səfərlərə böyük ehtiyac var. Yaxşı xatırlayıram, Azərbaycan birinci Qarabağ savaşı zamanı necə təklənmişdi. Təbii müttəfiqimiz qardaş Türkiyədən belə gözlədiyimiz dəstəyi ala bilmirdik. ABŞ işğalçı Ermənistana yox, işğala məruz qalan Azərbaycana sanksiya tətbiq etmişdi. İndi bəzi ölkələrlə münasibətlərimizdə gərginlik yaşansa da, Azərbaycanın güclü müttəfiqləri, dostları, strateji tərəfdaşları var. Prezident Münhen təhlükəsizlik konfransında da “France 24”ə verdiyi müsahibədə də bəyan etdi ki, Azərbaycan həmişə ona qarşı olan ədalətsiz hücumlardan müdafiə olunub. Prezident qeyd etdi ki, Fransa bizə münasibətdə ədalətsiz fəaliyyətinə son qoyacaqsa münasibətləri bərpa etməyə hazırıq.
Bəzi təxribatçı ünsürlərə də layiq olduqları cavab verildi.
Bəzi liderlərin dünyada mətbuatın mövcud durumu ilə bağlı dilə gətirmədiyi həqiqətlər belə deyildi. Azərbaycan həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırıldı. Prezident Ermənistanla müharibənin bitməsindən, kommunikasiya xətlərinin açılmasından, ticari, humanitar əlaqələrin yaranmasından, eyni zamanda erməni faşistlərin layiqli cəzalandırılmasından danışdı.
Baxın, ABŞ, Fransa, Rusiya, İran, Ermənistan, Gürcüstanla və bəzi Qərb ölkələri ilə zamanla münasibətlərdə yaranmış gərginlik, fikir ayrılıqları yalnız həmin dövlətlərin bizə münasibətdə ədalətsiz davranışları səbəbindən baş verib. Torpaqlarını işğaldan azad etmiş Azərbaycan indi ona qarşı yönələn təzyiqlər barədə açıq danışmaq gücündədir. Azərbaycan gücləndikcə ona qarşı təzyiqlər və təxribatlar da artmaqdadır. Amma dövr dəyişib. Azərbyacan 90-cı illərin Azərbaycanı deyil. Bu səfərlər həm də iqtisadi əlaqələrin güclənməsi üçündür. Belqradda strateji əməkdaşlıq şurasının ilk iclası keçirildi. Serbiya ilə iqtisadi əlaqələr daha da inkişaf etdiriləcək.
- Yaxın zamanlarda iqtisadiyyatımızın daha da gücləndirilməsi üçün böyük islahatlar aparılacağını gözləyirsinizmi?

- Çox yaxın zamanda olmasa da sosial və geosiyasi vəziyyətin dəyişməsi ilə islahatların qaçılmaz olacağına inanıram. İqtisadiyyatımıza böyük investisiyaların qoyulmasına, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsinə, biznesin aşağı faizlərlə kreditləşdirilməsinə, mülkiyyətin qorunmasına ciddi ehtiyac yaranıb. İslahatlar üçün ölkəmizdə əlverişli şərait mövcuddur. İctimai - siyasi sabitlik, təhlükəsizlik təmin edilib, valyuta ehtiyatları və islahatlar üçün xalqın hökumətə dəstəyi var. Amma böyük islahatlara cəmiyyət də hazır olmalıdır. Ölkəmizdə diskusiyya mədəniyyəti, tolerantlıq, demokratik vərdişlər arzuladığımız səviyyədə deyil. Fikir versəniz görərsiniz ki, demokratiyadan yana olduqlarını söyləyən xalq hərəkatının “ünlü” simaları, ictimai-siyasi fəallar polemikalar zamanı adi fikir ayrılıqlarına görə bir-birini, hətta qarşı tərəfin dünyasını dəyişmiş valideyinlərini belə təhqir edirlər. Başqalarının uğurlarına yox, uğursuzluqlarına sevinirlər. Bir qrup insan düşünür ki, xalqımız indikindən daha artığına layiqdir. Digər qrup isə hesab edir ki, İlham Əliyev xalqımıza layiq olduğundan daha böyük uğur qazandırıb. Reallıq isə odur ki, hələlik xalqımızın sosial inkişaf səviyyəsi indikindən artığına nail olmağa imkan vermir. Hökumət islahatlar olarsa əldə olunanların itirilə biləcəyi təhlükəsindən çəkinir. Amma onu da nəzərə almalıyıq ki, islahatların çox gecikdirilməsi, islahatların aparılmasından daha riskli olacaq. Bizi gözləyən çağırışlara cavab vermək üçün güclü və rəqabətədavamlı bazar iqtisadiyyatına sahib olmalıyıq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 16 Fevral 2026 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see309

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see301

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see268

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see248

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see248

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see247

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see240

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see232

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see230

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see225

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see206

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see205

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see204

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see203

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see203

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see198

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see197

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see195

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see191

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri