Serbiya klubu Qarabağ ın futbolçusuna bir milyondan çox təzminat ödəyəcək
sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Serbiyanın "Partizan" klubunun "Qarabağ"ın futbolçusu Patrik Andradeyə ödədiyi təzminat məbləği bəlli olub. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.
2023-cü ilin yayında Azərbaycan təmsilçisinə qayıdan 32 yaşlı yarımmüdafiəçi Belqrad təmsilçisini FIFA-ya şikayət etmişdi. Ali futbol qurumu isə ötən il afrikalı oyunçunun şikayətini qismət təmin etmişdi.
Qərara əsasən, "Partizan" Patrikə 219 min avro ödənilməmiş mükafat verməlidir. Bundan əlavə, Andrade müqaviləsinin vaxtından əvvəl pozulmasına görə 937 min 575 avro almalıdır.
Qeyd edək ki, 2022-ci ildə Serbiya klubuna keçən futbolçu üçillik müqavilə bağlamışdı. 2020-2022-ci illərdə "Qarabağ"da çıxış edən kabo verdeli oyunçu 2023-cü ilin yayında ölkə çempionuna qayıdıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 01 Mart 2025 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















