Serbiya Macarıstan neft kəməri BU TARİXDƏ təhvil veriləcək
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Serbiyanın Macarıstanla birlikdə inşa edəcəyi xam neft kəmərinin tikintisinə bu il başlanacaq.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Belə ki, Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Szijarto Serbiyanın paytaxtı Belqradda keçirilən mətbuat konfransı zamanı məlumat verib.
Nazir qeyd edib ki, inşa ediləcək boru xətti təxminən 190 kilometr uzunluğunda olacaq.
"Bu, region üçün çox mühüm investisiyadır. Boru kəmərinin gücü ildə 4-5 milyon ton arasında olacaq. Bu, Serbiyanın bütün neft ehtiyacını Macarıstandan ödəyə biləcəyi anlamına gələcək",- Szijarto əlavə edib.
Bildirilib ki, kəmərin tikinti prosesi 2028-ci ildə başa çatdırılacaq.
Əli Hüseynov
Bu mövzuda digər xəbərlər:Macarıstan və Serbiya arasında bu tarixdədək neft kəməri inşa ediləcək
02 Aprel 2025 16:12
Aleksandar Vuçiç: Serbiya Macarıstan tarixdə ən yaxşı münasibətlərə malikdirlər
24 May 2025 07:20
Serbiya Macarıstan qaz kəməri yaxınlığında partlayıcı aşkarlandı
05 Aprel 2026 15:16
Serbiya ilə Macarıstan arasında neft kəməri inşa edilir KONKRET
06 Dekabr 2024 12:11
Serbiya prezidenti bu tarixdə istefa verəcək
11 Sentyabr 2026 15:28
Baxış sayı:127
Bu xəbər 02 Aprel 2025 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















