Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Tbilisi, 15 iyun, AZƏRTAC
Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç iyunun 15-də ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Prezident Administrasiyası məlumat yayıb.
Bildirilib ki, Serbiya Prezidentini səfərdə həyat yoldaşı və dövlət nümayəndə heyəti müşayiət edəcək.
Gürcüstan Prezident sarayında Serbiya dövlətinin başçısının rəsmi qarşılanma mərasimi olacaq. Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Aleksandr Vuçiçlə təkbətək görüş keçirəcək və tərəflər ikitərəfli əməkdaşlığın və tərəfdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə edəcəklər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
11 Noyabr 2024 14:39
Baxış sayı:149
Bu xəbər 14 İyun 2026 22:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















