Icma.az
close
up
RU
Sərdar Sarayı: Zamanın Silə Bilmədiyi Maddi Mədəni İrsimiz

Sərdar Sarayı: Zamanın Silə Bilmədiyi Maddi Mədəni İrsimiz

Icma.az bildirir, Azertag portalına istinadən.

İsgəndər Sərdarlı: İrəvan Sərdar Sarayının şəbəkələri mürəkkəb riyazi qanunauyğunluqlara əsaslanırdı

Bakı, 17 iyun, AZƏRTAC

Tarix boyu Şərq və Qərb mədəniyyətlərinin, elmi düşüncəsinin və beynəlxalq ticarət yollarının geosiyasi qovşağı olmuş İrəvan şəhəri, XVIII–XIX əsrlərdə özünün ən ali mədəni-memarlıq zirvəsini İrəvan qalasındakı Xan sarayında (Sərdar Sarayı) tapıb. Vaxtilə Zəngi çayının sağ sahili boyunca ucalan və öz əzəməti ilə Şərq intibahını təcəssüm etdirən bu kompleks, əsrlər boyu bölgəyə səfər edən avropalı və şərqli səyyahların, diplomatların, alimlərin və rəssamların diqqət mərkəzində olub.

Bunu AZƏRTAC-a açıqlamasında araşdırmaçı, tətbiqi sənət ustası, Azərbaycan Rəssamlar İttifaqının üzvü İsgəndər Sərdarlı deyib.

O bildirib ki, İrəvan xanlığı Azərbaycanda yeganə region idi ki, burada yeddi rəngdə şüşə istehsalı həyata keçirilib. Yeddi fərqli tonda, eyni şəffaflıqda və keyfiyyətdə şüşə əldə etmək üçün dərin kimya, minerologiya və yüksək dərəcəli termal mühəndislik bilikləri tələb olunub. Təsadüfi deyil ki, görkəmli tədqiqatçı İvan Şopenin rəsmi hesabat qeydlərində bu şüşə ustaları haqqında xüsusi məlumatlar yer alıb. Bu sənətkarlar sıradan icraçılar deyil, xüsusi elmi biliyə, böyük təcrübəyə və intellektə malik insanlar olub.

İsgəndər Sərdarlı diqqətə çatdırıb ki, Sərdar Sarayının şəbəkə pəncərələri sadə, primitiv həndəsi formaların təkrarı deyil, dünyada mövcud olmuş həndəsi həllərdən daha mürəkkəb riyazi qanunauyğunluqların təzahürü idi. Şəbəkə ustası həm də yüksək dərəcəli cəbr və həndəsə mütəxəssisi olmalı idi ki, mismarsız, yapışdırıcısız minlərlə xırda taxta və şüşə elementini bir araya gətirib vahid, sarsılmaz bir kompozisiya yaratsın.

“Səyyahların qeydlərinin və akademik etirazların müqayisəli təhlili göstərir ki, İrəvan qalasındaki Xan Sarayı sadəcə bir inzibati bina deyil, Azərbaycanın memarlıq və tətbiqi sənətinin ən yüksək zirvəsi olub. Sarayın daxili tərtibatı – xüsusilə yerli sənətkarlar tərəfindən işlənilmiş incə nəbati ornamentlər və XIX əsrdə dahi usta Mirzə Qədim İrəvani tərəfindən bərpa edilmiş monumentallıq, mikro-bədii naxışların makro-struktura necə mükəmməl köçürüldüyünün canlı sübutu idi. XIX əsrin sonu və XX əsrin əvvəllərində İrəvan Xan Sarayının mərhələli şəkildə yer üzündən silinməsi, təkcə unikal bir memarlıq strukturunun itirilməsi deyil, bəşəriyyətin ən nadir hidro-akustik, vizual və terapevtik memarlıq komplekslərindən birinin yox edilməsi demək idi. Lakin sənədləşdirilmiş dəqiq elmi təsvirlər, habelə Qrafinya Uvarovanın və akademik Nikolay Marın arxivlərdə qorunub saxlanmış kəskin elmi etirazları, bu gün İrəvanın maddi-mədəni irsinin tarixi gerçəkliyini təkzibedilməz faktlarla sübut edir. Bu sənədlər və mücadilələr göstərir ki, Sərdar Sarayı özünün işıq, rəng, şəbəkə həndəsəsi və fəvvarə sistemi ilə Şərq dövlətçilik təfəkkürünün, elmi mühəndisliyinin və ali ruh sənətinin qovuşduğu bənzərsiz bir mədəniyyət abidəsidir”, - deyə o qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 İyun 2026 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri