Icma.az
close
up
RU
Sərdar Ünsal: Ermənistan hakimiyyəti İrəvanın Göy məscidində namaz qılınmasına icazə verməlidir

Sərdar Ünsal: Ermənistan hakimiyyəti İrəvanın Göy məscidində namaz qılınmasına icazə verməlidir

Icma.az, Azertag saytına istinadən bildirir.

Ankara, 14 sentyabr, AZƏRTAC

Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının (TADDEF) sədr müavini Sərdar Ünsal İrəvanın tarixi Göy məscidində müsəlmanların namaz qılmaq hüququndan danışıb.

AZƏRTAC xəbər verir ki, S.Ünsal hələ 2014-cü ildə 14 qeyri-hökumət təşkilatının BMT-nin Ankaradakı ofisi vasitəsilə müvafiq müraciət göndərdiyini və Ermənistan hakimiyyəti tərəfindən rədd cavabı aldığını xatırladıb.

“Bizim bu məsələ ilə bağlı müraciətlərimiz əvvəllər erməni tərəfinin rədd cavabı ilə rastlaşırdı. Lakin regionda münasibətlərin normallaşması istiqamətində müsbət addımlar fonunda Ermənistan hakimiyyətinin öz mövqeyinə yenidən baxacağını gözləyirik”, - deyə federasiya rəhbərinin müavini bildirib.

O, bununla bağlı Vanda Akdamar adasındakı kilsədə ermənilərin icra etdikləri ənənəvi liturgiyalara diqqət çəkib. “Türkiyə hakimiyyəti illərdir Akdamar adasında liturgiyaların icrasına icazə almaq məqsədilə müxtəlif kampaniyalar təşkil edən ermənilərin ehtiyaclarını qarşılayıb. Biz azərbaycanlıların dini hüquqlarına və türk-islam irsinə Ermənistan hakimiyyəti tərəfindən də eyni hörmət gözləyirik”, - deyə Sərdar Ünsal qeyd edib.

Onun sözlərinə görə, dünyanın müxtəlif ölkələrindən olan müsəlmanların İrəvanın Göy məscidində bayram və ya cümə namazlarını qılmaq hüququ olmalıdır.

“Türkiyə və bir çox digər ölkələrin televiziya kanalları ənənəvi olaraq müsəlmanlar üçün əlamətdar günlərdə məscidlərdən canlı yayımlar aparır. Biz İrəvandan oxşar yayım hüququ əldə edəcəyikmi? Əgər Ermənistan hakimiyyətinin həqiqətən də xoş niyyəti varsa, Göy məsciddə namaz qılmağa icazə verməlidir”, - deyə TADDEF nümayəndəsi əminliklə bildirib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Sentyabr 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see376

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see253

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see203

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see195

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see176

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see165

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see154

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see151

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see146

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see144

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see142

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see140

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see137

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see135

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see134

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see134

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see133

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see133

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri