Icma.az
close
up
RU
Estetik əməliyyatdan sonra şəxsiyyət vəsiqəsi dəyişdirilir? VƏKİL

Estetik əməliyyatdan sonra şəxsiyyət vəsiqəsi dəyişdirilir? VƏKİL

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son illər üz cizgilərini dəyişdirən estetik əməliyyatlara maraq xeyli artıb. 

İnsanlar ən çox burun, çənə və üz konturu kimi əməliyyatlar etdirirlər. Hətta bəzən tanışları ilk baxışda tanımaq belə çətinləşir. Bu isə estetik əməliyyatlardan sonra şəxsiyyət vəsiqəsinin dəyişdirilməsinin məcburi olub-olmaması ilə bağlı hüquqi və praktiki sualları gündəmə gətirir. Ümumiyyətlə, üzündə estetik əməliyyat etdirən şəxs şəxsiyyət vəsiqəsini dəyişməlidirmi? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a danışan Vəkillər Kollegiyasının üzvü, insan hüquqları üzrə ekspert, tanınmış hüquqşünas Roman Qaraşov bildirib ki, estetik əməliyyatlardan sonra şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi məsələsi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanununun məqsədi və tətbiqi məntiqi əsasında şərh edilməlidir: 

“Qanuna əsasən, şəxsiyyət vəsiqəsi vətəndaşın şəxsiyyətini təsdiq edən əsas sənəddir və onun üzərində Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun fotoşəkil yerləşdirilir. Normativ aktlarda üz cizgilərinin estetik səbəblərlə dəyişməsi birbaşa şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün ayrıca əsas kimi göstərilməsə də, sənədin əsas funksiyası şəxsiyyətin etibarlı tanınmasını təmin etməkdir. 

Praktikada burun, çənə və ya üz konturunun ciddi şəkildə dəyişdirilməsi nəticəsində şəxsiyyət vəsiqəsindəki foto ilə faktiki görünüş arasında uyğunsuzluq yarandıqda bank əməliyyatlarında müştərinin identifikasiyası, notariat hərəkətlərinin icrası zamanı şəxsiyyətin təsdiqi, habelə elektron hökumət platformalarında və üz tanıma texnologiyalarından istifadə olunan xidmətlərdə vətəndaşın əlavə izahat verməsi və ya xidmətin dayandırılması kimi real çətinliklər meydana çıxa bilər”. 

Hüquqşünas qeyd edib ki, xarici təcrübədə bu məsələ daha konkret və funksional yanaşma ilə tənzimlənir: 

“Məsələn, Böyük Britaniyada rəsmi qaydalara əsasən, plastik və ya rekonstruktiv əməliyyat nəticəsində şəxs pasportdakı fotoşəkildən artıq asanlıqla tanınmırsa, yeni pasport üçün müraciət edilməsi tələb olunur. ABŞ-də isə Dövlət Departamenti “əhəmiyyətli görünüş dəyişikliyi” (məsələn, üz cizgilərini köklü şəkildə dəyişən estetik əməliyyat) olduqda pasportun yenilənməsini tövsiyə edir, lakin saç düzümü və ya saqqal kimi dəyişiklikləri bu kateqoriyaya aid etmir. 

Avropa İttifaqı ölkələrinin bir qismində, xüsusən Şengen zonasında sərhəd nəzarəti zamanı biometrik müqayisə əsas götürüldüyündən, üz cizgilərində ciddi dəyişiklik olan şəxslər əlavə yoxlamalara cəlb oluna və ya sənədin yenilənməsi ilə bağlı xəbərdarlıq ala bilərlər. 

Bu təcrübəni Azərbaycan reallığına tətbiq etdikdə, demək olar ki, estetik əməliyyat nəticəsində üzün identifikasiya üçün mühüm elementləri əhəmiyyətli dərəcədə dəyişibsə və mövcud fotoşəkil şəxsin operativ tanınmasını təmin etmirsə, şəxsiyyət vəsiqəsinin yenilənməsi hüquqi mübahisə və praktiki çətinliklərin qarşısını alan daha məqsədəuyğun yanaşmadır. 

Dəyişiklik kosmetik xarakterlidirsə və tanınma problemi yaratmırsa, qanunvericilik baxımından bu, məcburi deyil, lakin yenə də ehtiyat tədbiri kimi bu məqamlar nəzərə alınmalıdır”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az

Açar sözlər: Estetik əməliyyat şəxsiyyət vəsiqəsi

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Dekabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see514

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see236

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see227

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see213

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see211

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see204

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see198

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see188

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see187

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see183

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see182

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see162

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see160

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see157

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see150

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see147

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see142

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see137

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri