Icma.az
close
up
RU
Türk General: Suriyadakı yeni nizamın baş aktoru Türkiyə olacaq

Türk General: Suriyadakı yeni nizamın baş aktoru Türkiyə olacaq

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Yücel Karauz: Türkiyə Suriya məsələsində hesabat verən deyil, hesab soruşan aktor mövqeyindədir

Yaxın Şərqdə və xüsusilə Suriya böhranı fonunda baş verən geosiyasi dəyişikliklər Türkiyənin xarici siyasətdə tutduğu mövqeni daha aydın və müəyyənedici hala gətirib. Bu kontekstdə Türkiyə Xarici İşlər Naziri Hakan Fidanın açıqlamaları yalnız mövcud vəziyyətin qiymətləndirilməsi deyil, eyni zamanda Türkiyənin mövqeyinin açıq bəyanı kimi diqqət çəkir.

Türkiyə XİN rəhbəri Hakan Fidan deyib ki, “Türkiyə diplomatiyası Suriyada tarixin doğru tərəfində dayandı və bu prosesdən alnıaçıq çıxdı. Nazir vurğulayıb ki, son 15 ildə Türkiyə Suriya məsələsində tarixin ən çətin sınaqlarından birindən keçib: “Bu prosesin siyasi və iqtisadi bədəlini ödədik, lakin insanlıq ləyaqətindən güzəştə getmədik. Bu müddətdə bizi tək qoydular, bir çox ölkə terror təşkilatları ilə taktiki əməkdaşlıqlar etdi. Amma biz öz istiqamətimizdən yayınmadıq”.

Türkiyənin Azərbaycandakı keçmiş Hərbi Attaşesi, ehtiyatda olan general Yücel Karauz Sherg.az-a açıqlamasında Hakan Fidanın Yaxın Şərq və Suriya ilə bağlı səsləndirdiyi fikirlərin yeni dövrün başlanğıcı baxımından olduqca əhəmiyyətli olduğunu vurğulayıb:

"Bu açıqlamalar Türkiyənin mövqeyini, davranış modelini və hadisələrə baxış bucağını aydın şəkildə ortaya qoyur və çox açıq mesajlar ehtiva edir. Verilən mesajlar bir-birindən fərqli, lakin son dərəcə fundamental dörd-beş əsas sütuna əsaslanır. 

Birinci əsas məqam “tarixin doğru tərəfində durduq” vurğusudur. Bu ifadə Türkiyənin Suriya siyasətini beynəlxalq hüquq çərçivəsində, humanitar dəyərlərə söykənərək, dostluq və qardaşlıq münasibətləri əsasında və ikili standartlara yol vermədən formalaşdırdığını göstərir. “Tarixin doğru tərəfi” məhz bu prinsipial duruşu ifadə edir.

İkinci məqam “yalnız buraxıldıq” ifadəsidir.Suriya sahəsində qurulan ittifaqlarda, başda ABŞ olmaqla bəzi dövlətlər ikili standart tətbiq edib, hətta taktiki məqsədlərlə terror təşkilatları ilə əməkdaşlığa gediblər. Bu isə Türkiyəni müttəfiqlərindən asılı olmayan müstəqil və strateji siyasət yürütməyə məcbur edib. Məhz bu səbəbdən Türkiyə müəyyən dövrlərdə tək qalıb. Buna baxmayaraq, müdafiə sənayesi sahəsində yeniliklər, sərhəddənkənar əməliyyatlar və Rusiya, İran, eləcə də Ərəb dünyası ilə çoxqatlı diplomatiya yolu ilə ardıcıl və prinsipial xətt qorunub. Bu xətt davam etdirilir".

General üçüncü sütunun “siyasi və iqtisadi bədəl ödədik” fikri olduğunu söyləyib:

"Türkiyənin üzərinə düşən ağır qaçqın yükü, miqrantların durumu, iqtisadi xərclər və artan təhlükəsizlik riskləri ölkəyə ciddi zərərlər vurdu. Türkiyə bu üç sahədə də böyük bədəl ödəyib. “İnsan ləyaqətindən əsla güzəştə getmədik” vurğusu isə bu bədəllərin etik və tarixi məsuliyyət şüuru ilə qəbul edildiyini göstərir.

Dördüncü əsas sütun “zəfərlə çıxdıq” ifadəsidir. Bu, artıq yeni mərhələyə keçidi simvolizə edir. Türkiyə haqlı olduğunu sübut edib və nəticə əldə edib. Hüquq çərçivəsində, ikili standartlara yol vermədən aparılan siyasət nəticəsində yeni bir mərhələ başlayıb. Bu, eyni zamanda Türkiyənin Suriya sərhədlərini effektiv şəkildə nəzarətdə saxladığını, PKK/YPG-nin Aralıq dənizinə çıxış ssenarisinin qarşısının alındığını, Türkiyənin Suriya sahəsində vazkeçilməz aktora çevrildiyini və normallaşma ilə yenidənqurma prosesində masada qalıcı olduğunu göstərir. Nəticə etibarilə, Türkiyə mənəvi dəyərləri, insan ləyaqətini və mülki əhalini ön planda tutan, təhlükəsizlik və terrorla mübarizəni fasiləsiz davam etdirən, diplomatik baxımdan tək qalsa belə yolundan dönməyən, həm meydanda, həm də masada qazanan ölkədir". 

Keçmiş atteşe gələcək normallaşma və yenidənqurma prosesində də Türkiyənin masada olacağını bildirib: 

"Türkiyə artıq Suriya məsələsində hesabat verən deyil, hesab soruşan və istiqamət verən aktor mövqeyindədir. Bu mövqeyi başda ABŞ olmaqla bir çox dövlət də qəbul və etiraf edir. Suriyada Türkiyənin qəbul etmədiyi heç bir həll yolunun zorla tətbiqi mümkün deyil. Suriya vahid dövlət, vahid bayraq, vahid ordu və bütöv bir struktur olaraq qalmalıdır. Suriyadakı yeni nizamın baş aktoru Türkiyə olacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Dekabr 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri