Icma.az
close
up
RU
Sergey Vlasenko: Müharibənin Ukraynanın ətraf mühitinə vurduğu ziyan təxminən 91,6 milyard dollardır

Sergey Vlasenko: Müharibənin Ukraynanın ətraf mühitinə vurduğu ziyan təxminən 91,6 milyard dollardır

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kiyev, 14 may, AZƏRTAC

Ukraynada üç ildən çoxdur davam edən müharibə ölkənin ətraf mühitinə ciddi ziyan vurub, meşə örtüyü və su ehtiyatları azalıb. Bu və digər məsələlərlə bağlı Ukraynanın Ətraf mühitin mühafizəsi və təbii sərvətlər nazirinin müavini Sergey Vlasenko AZƏRTAC-a müsahibə verib.

Ukraynada davam edən müharibənin ölkənin ekologiyasına vurduğu ziyan haqda nə deyə bilərsiniz?

- Təəssüf ki, müharibə Ukraynanın ətraf mühitinə son dərəcə mənfi təsir göstərir. Ukraynanın müvafiq nazirliyi ətraf mühitə dəyən zərərin hesablanması üçün xüsusi metodikalar hazırlayıb. Bu metodikalar yeddi sahəni əhatə edir: hava, meşələr, milli parklar, çaylar, dəniz, atmosfer və ümumilikdə təbiətə dəymiş zərərlərin hesablanması. Hazırda bu zərərin ümumi məbləği 3 trilyon 800 milyard qrivnaya (təxminən 91,6 milyard dollar - Red) çatır. Bu göstərici yalnız Ukraynanın azad edilmiş və nəzarətimizdə olan ərazilərinə aiddir. Təəssüf ki, bu rəqəm hər gün artır. Müvəqqəti işğal olunmuş ərazilərdə isə zərərin həcmi daha da böyükdür və bu rəqəm gələcəkdə daha da artacaq.

Ukrayna dünyada böyük meşə örtüyü ilə tanınan ölkələrdən biridir. Yəqin ki, hərbi əməliyyatlar meşə örtüyünü də yararsız hala salır?

- Bu, ölkəmiz üçün çox böyük problemdir. Hazırda meşələrin üçdə biri müharibədən zərər çəkib. Bu, təxminən üç milyon hektar təşkil edir. Həmçinin Ukrayna dünyada ən çox minalanmış ölkə hesab olunur. Biz davamlı olaraq həm insanların, həm də heyvanların minaya düşməsi, meşə yanğınları və digər faciələrlə qarşılaşırıq.

- Bəs su ehtiyatları ilə bağlı vəziyyət necədir?

- 2023-cü ildə “Kaxovka” Su Elektrik Stansiyasının məhv edilməsi nəticəsində 14 milyard litr içməli su itirildi. Bu həcmdə su bütün bəşəriyyətin iki gün ərzində içə biləcəyi qədər idi. Hadisənin özü də böyük miqyaslı ekoloji fəlakət oldu.

- Müharibə dövründə Ukraynada atom elektrik stansiyalarının yarada biləcəyi fəsadlarla bağlı nə deyə bilərsiniz?

- Hazırda Avropa qitəsinin ən böyük atom elektrik stansiyasında – işğalda olan Zaporojye Atom Elektrik Stansiyasında fövqəladə hadisə baş versə, təkcə Ukrayna deyil, bütün Avropa zərər çəkəcək. Çünki ətraf mühitin sərhədləri yoxdur – təbiət birgə qorunmalıdır. Xatırlatmaq lazımdır ki, daha əvvəl işğal olunmuş, lakin azad edilmiş digər atom elektrik stansiyası da mövcud idi – Çernobıl AES. 1986-cı ildə baş verən fəlakətin nəticələrini bütün Avropa hiss etmişdi. O vaxt İsveçdəki alimlər havada radioaktiv yod aşkar etmişdi.

2024-cü ilin fevralında Çernobıl AES-in təhlükəsiz sığınacağına hücum edilib. Dünyada ilk nüvə fəlakəti olan bu ərazi yenidən təhlükə ilə üz-üzə qaldı. Ötən ilin dekabrında isə işğal olunmuş ərazilərdə neft daşıyan iki gəmi Qara dənizdə batdı və nəticədə dənizə neft məhsulları axdı. Bu hadisə dəniz florası və faunasına ağır ziyan vurdu.

Təbiət bu müharibənin görünməyən, lakin ən böyük qurbanlarından biridir.

- Sonda Azərbaycan dövlətinin, diasporunun Ukraynanın müxtəlif bölgələrində ətraf mühitin inkişafına verdiyi töhfəni necə qiymətləndirirsiniz?

- Müharibə olmasına baxmayaraq, Kiyev də daxil olmaqla, ölkənin bir çox bölgələrində Azərbaycan icması ətraf mühitin yaşıllaşdırılması işlərində yaxından iştirak edir. Azərbaycan dövlətinin dəstəyi ilə Kiyevdə də ətraf mühitin inkişafı üçün xüsusi layihələr həyata keçirilir. Bu cür aksiyalar gözəl başlanğıcdır, bu cür aksiyaları ancaq dəstəkləmək lazımdır. Son olaraq bütün bu nəcib işdə göstərdikləri dəstəyə görə Azərbaycanın diaspor fəallarına təşəkkür edirəm.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 May 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see216

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see174

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see169

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see159

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see152

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see150

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see149

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see136

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see135

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see135

Elvin Cəfərquliyev 2025 ci ilin ən yaxşısı seçildi ÖZƏL

29 Dekabr 2025 18:26see129

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri