Serhat Kılıçın ölümündə diqqətçəkən təsadüf FOTO
Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyəli məşhur aktyor Serhat Kılıçın sentyabrın 5-də vəfat etməsindən sonra diqqətçəkən bir təsadüf ortaya çıxıb.
Məlum olub ki, aktyorun 2015-ci ildə “Robinson Crusoe və Cümə” filmində birlikdə rol aldığı malavili aktyor Con Nyambi də məhz sentyabrın 5-də, 9 il əvvəl dünyasını dəyişib.
Kılıç sözügedən filmdə Robinson obrazını, Con Nyambi isə Cümə obrazını canlandırıb. İki baş rol ifaçısının ölüm tarixlərinin eyni günə təsadüf etməsi sosial mediada və sənət çevrələrində diqqət çəkib.
Nyambi 24 yaşında vəfat edib
Malavi əsilli Con Nyambi 2010-cu ildə universitet təhsili almaq üçün Türkiyəyə gəlib. O, Karadeniz Texniki Universitetinin Biologiya fakültəsində təhsil aldığı müddətdə kino sahəsinə maraq göstərib və “Robinson Crusoe və Cümə” filmində rol alaraq tanınıb.
Gənc aktyor 5 sentyabr 2017-ci ildə, 24 yaşında böyrək çatışmazlığından vəfat edib.
Kılıçın vəfatından sonra film yenidən gündəmə gəlib
“Ezel”, “Seksenler” və “Kuruluş Osman” kimi məşhur layihələrdəki rolları ilə tanınan Serhat Kılıçın qəfil vəfatı sənət dünyasında böyük üzüntü yaradıb.
İki aktyorun ölüm tarixlərinin 9 il fərqlə eyni günə düşməsi acı təsadüf kimi qiymətləndirilib.

Leyla
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Serhat Kılıçın son mənzili... Foto
09 Sentyabr 2026 09:33
Evində ölü tapılan Serhat Mustafa Kılıçın son görüntüləri (Foto)
06 Sentyabr 2026 23:33
Serhat Kılıçın vəfatından bir gün əvvəlki söhbəti üzə çıxdı
27 Sentyabr 2026 17:12
Evdə ölü tapılan aktyor Serhat Kılıçın sevgilisinin ifadəsi ortaya çıxdı
07 Sentyabr 2026 16:43
Serhat Kılıçın sevgilisi prokurorluqda ifadəsini dəyişdi: “Narkotik və alkoqol istifadə etdiyini bilirdim”
08 Sentyabr 2026 22:34
Baxış sayı:144
Bu xəbər 08 Sentyabr 2026 21:31 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları