Icma.az
close
up
RU
“Sərhəd” hərbi idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib

“Sərhəd” hərbi idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dövlət Sərhəd Xidməti, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib.

Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində keçirilən hərbi-idman oyunlarına Respublikanın 36 rayonundan 181 məktəbin 905 şagirdi cəlb olunub.

Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən həyata keçirilən gənclər siyasətinin əsas istiqamətlərindən birinin məhz vətənpərvər, sağlam düşüncəli və yüksək fiziki hazırlığa malik gənclərin yetişdirilməsi olduğu vurğulanmışdır.

Qeyd olunmuşdur ki, məktəblilərin hərbi-fiziki hazırlığının gücləndirilməsi, onların vətənə, xalqa, Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarına və Ali Baş Komandana sadiq, vətənpərvərlik ruhunda tərbiyə olunması, eləcə də sərhədçi peşəsinə marağın artırılması baxımından “Sərhəd” hərbi-idman oyunları mühüm əhəmiyyət daşıyır.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra tədbir iştirakçıları və qonaqlar Yevlax şəhər Mədəniyyət Mərkəzinin kollektivinin konsert proqramını izləmişlər.

Məlumat üçün bildirək ki, 1-ci və 2-ci mərhələləri uğurla yekunlaşan yarışın final mərhələsinə Naxçıvan Muxtar Respublikasından “Sərhədçi”, Şəki şəhərindən “Qartal”, Mingəçevir şəhərindən “Qartal”, Sumqayıt şəhərindən “Dənizçi”, İmişli rayonundan “Turan”, Cəlilabad rayonundan “Musalı”, Lerik rayonundan “Çayrud”, Qusar rayonundan “Zeyxur”, Zaqatala rayonundan “Alazan”, Şəmkir rayonundan “Mübarizlər”, Qazax rayonundan “Dəli Kür” komandaları olmaqla, ümumilikdə 11 komanda vəsiqə qazanmışdır.

Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsində keçirilən oyunların final mərhələsi may ayının 6-dək davam edəcəkdir.

Bu müddətdə iştirakçılar sərhədçilərin xidməti döyüş fəaliyyəti, məişət şəraiti ilə yaxından tanış olacaq, ekskursiyalarda, mədəni-kütləvi tədbirlərdə, hərbi, bilik və idman yarışlarında iştirak edəcəklər.

Cavid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 01 May 2026 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri