Icma.az
close
up
RU
Sərhəddə atışma dayanmır sülhdən necə danışaq?

Sərhəddə atışma dayanmır sülhdən necə danışaq?

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Ermənistan sülh müqaviləsinə hazır deyil və Azərbaycana qarşı təxribatlarını davam etdirir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Zaur Məmmədov deyib.

O, Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqları haqda danışarkən bildirib ki, Ermənistan ordusu 1 aya yaxındır atəşkəsi pozur:

“Mart ayının ilk həftələrində Ermənistanın MN tərəfindən bu, inkar edilirdisə, son 1 həftə ərzində erməni sakinlərinin videoçəkilişləri zamanı yaşadıqları kəndlərdə atəş səslərinin eşidilməsi ilə bağlı paylaşımları faktları inkar edən Ermənistan Müdafiə Nazirliyini, həm də eyni bəyanatlar səsləndirən Avropa İttifaqı mülki monitorinq missiyasını ifşa etdi.

İstisna deyil ki, ABŞ-Rusiya danışıqlarının nəticəsi kimi Rusiyanın bölgəyə qayıdışından qorxan Paşinyan öz hakimiyyətini qorumaq üçün hərbi eskalasiyaya gedir və Ermənistan üzərində Qərbin təhlükəsizlik qarantiyasını genişləndirmək istəyir. Sirr deyil ki, bir neçə gün əvvəl Aİ Ermənistanın bu quruma üzvlüyünün mümkünlüyü ilə bağlı müsbət bəyanatlar səsləndirib. Beləcə, başda Fransa olmaqla, Zəngəzurda möhkəmlənmək və Qafqazda yeni hərbi-siyasi konfiqurasiya formalaşdırmaq prosesinə start verilib”.


Zaur Məmmədov

Z.Məmmədov deyib ki, Ermənistanın bölgəni yeni müharibəyə qərq etməsi ilə bağlı atdığı addımların yalnız bir neçə istiqamətidir:

“Həm Ermənistanda, həm də Qərbdə odla oynadıqlarını başa düşməlidirlər. Baş verənlər Zəngəzura qayıdış məsələsinin Azərbaycan üçün necə vacib strateji əhəmiyyət daşıdığını bir daha sübut edir”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Mart 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see482

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see466

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see391

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see384

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see360

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see353

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see344

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see343

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see340

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see318

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see292

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see289

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see263

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see239

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see235

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see232

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see212

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see207

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see198

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri