Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

Sərhəddə atışmalar Avropa missiyasının vaxtını uzatmaq planıdır

Sərhəddə atışmalar Avropa missiyasının vaxtını uzatmaq planıdır

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Missiyanın gələcəyinin müzakirəyə çıxarılmasına qədər bu cür təxribatlar davam edə bilər


Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması 



Ermənistan sərhədin bir neçə istiqamətində atəşkəsi pozub. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, yanvarın 5-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonundakı mövqelərindən Ordumuzun Laçın rayonu istiqamətindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Ermənistan daim müxtəlif qüvvələrin təsiri altında olub. Bəzi qüvvələr Ermənistanı təsir vasitəsi kimi istifadə edirlər. Ermənistanın hərbi baxımdan Azərbaycandan qat-qat zəif olduğunu özləri də etiraf edirlər. Bu şəraitdə onların növbəti təxribatlar törətməsi, sadəcə, beynəlxalq diqqəti bölgəyə cəlb etmək istəyi ilə bağlı ola bilər. Digər versiya isə Ermənistanın güc strukturlarında hakimiyyətə müxalif mövqeli hərbçilərin çox olması ilə bağlı ola bilər. Həmin hərbçilər Baş nazir Paşinyana təzyiq göstərmək üçün bu təxribatlara əl ata bilərlər. 2024-cü ildə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına çoxsaylı imkanlar yaransa da, məhz İrəvanın və onu himayə edən qüvvələrin təxribatları sayəsində yekun nəticə əldə olunmadı. Atəşkəsin pozulmasında fərqli maraqlar iştirak edə bilər. 


Bəlli olduğu kimi, Ermənistan baş naziri son müsahibəsində bəzi məqamlar istisna olmaqla, Azərbaycanla sülh müqaviləsinin imzalanmasının mümkünlüyünü və eyni zamanda rəsmi Bakı tərəfindən irəli sürülən obyektiv, haqlı şərtlərin əhəmiyyətli hissəsinin qəbul olunmasının mümkünlüyünü dilə gətirmişdi. Atəşkəsin pozulmasının məhz bu açıqlamadan sonra baş verməsi paradoksal situasiya yaradır. Ermənistan bir tərəfdən ənənəvi qaydada sülh bəyanatları verir, digər tərəfdən isə atəşkəsi pozmaqla, prosesin yenidən sıfır nöqtəsinə qaytarılmasına səy göstərir. Azərbaycanla Ermənistanın Delimitasiya komissiyalarının birgə iclasa toplanması zaman məsələsidir. Ola bilsin, sərhəddə insidentin yaradılması niyyəti məhz bu prosesin qarşısının alınmasına yönəlib. Paşinyanın açıqlamasında üçüncü ölkələrin, indiki şəraitdə Avropa və NATO üzvü olan dövlətlərin “müşahidə missiyası”nın sərhəddə olması bilavasitə demarkasiya olunmayan ərazilərlə əlaqələndirilirdi. Görünür, Nikol Paşinyan Azərbaycanın məhz xarici qüvvələrin bölgədə olmaması ilə bağlı şərtini yerinə yetirməməsi və “müşahidə missiyası”nın fəaliyyətini davam etdirməsi üçün belə provakasiyalara əl atmaqla prosesini yenidən dalana dirəmək istəyir. İndiki şəraitdə görünən mənzərə bundan ibarətdir. 

Xatırladaq ki, 2024-cü ildə Azərbaycan və Ermənistan arasında bir neçə mühüm görüş keçirilib. Əsasən, Avropa İttifaqı, ABŞ və Rusiyanın vasitəçiliyi ilə baş tutan görüşlərdə sülh danışıqları davam etdirilib. Əldə edilən əsas uğurlara isə ikitərəfli görüşlər nəticəsində nail olunub. Avqustun 30-da Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə imzalanıb. Respublikalar dövlətdaxili prosedurların keçirilməsinə başlayıblar. Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının məlumatına görə, iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 2024-cü il aprelin 19-da imzalanan səkkizinci görüşünün Protokoluna uyğun olaraq, Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin razılaşdırılması ilə bağlı işlər yekunlaşıb. Ümumiyyətlə, 2024-cü ildə Azərbaycan və Ermənistan arasında müxtəlif səviyyələrdə bir neçə görüş keçirilib. Əsas diqqət sülh müqaviləsinin razılaşdırılmasına yönəlib. Lakin bölgədə baş verən gərginliklər, xüsusən də Ermənistanın təxribatları fonunda İrəvana inamsızlıq atmosferi prosesin irəliləməsinə mane olub. 31 yanvar 2024-cü ildə Azərbaycan və Ermənistan arasında sərhəd delimitasiyası üzrə Dövlət Komissiyasının altıncı görüşü keçirilib. Bu görüşdə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan başçılıq ediblər. Həmçinin aprelin 19-da tərəflər sərhədin delimitasiyası və Əsasnamə layihəsi ilə bağlı müzakirələri davam etdirib, 1991-ci il Almatı Bəyannaməsinə əsaslanaraq delimitasiya prosesinin gedişatını razılaşdırıblar. Bu görüşlər, həmçinin, qarşılıqlı ərazi bütövlüyünü tanıma, təhlükəsizlik tədbirlərini gücləndirmə və sərhədin digər məsələləri ilə bağlı protokolların müzakirəsinə yönəldilib. 2024-cü ilin mayında Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası ilə bağlı növbəti görüş keçirilib. Bu görüşdə 12,7 km-lik yeni sərhəd xətti müəyyən edilib və Azərbaycanın Qazax rayonunun dörd kəndi üzrə məsələlər razılaşdırılıb. Həmçinin may ayında tərəflər sərhədin digər hissələrinə dair müzakirələrə davam edərək anklav və eksklav məsələlərinin də həlli istiqamətində irəliləyiş əldə etməyə çalışıblar. Bu danışıqlar, həmçinin, gələcəkdə sərhədin tam delimitasiyasını həyata keçirmək və iki ölkə arasındakı gərginliyi azaltmaq məqsədi güdür. Tərəflər həmçinin qarşılıqlı etimadın artırılması üçün mütəmadi texniki səviyyəli görüşlərin keçirilməsini razılaşdırıblar. 2024-cü ilin 17 fevralında Münhendə Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə birgə görüşü olub. Debatın gedişatı zamanı Prezident İlham Əliyev məntiqli, tutarlı arqumentlər səsləndirməklə opponenti üzərində üstünlük qazanıb. Paşinyanın daha çox heç bir əsası olmayan, real faktlara söykənməyən arqumentlər gətirməyə cəhdi isə gülüş doğurub. Martın 7-də Azərbaycan ilə Ermənistan arasında sərhəddə Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının, həmçinin Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın yeddinci görüşü keçirilib. Görüşdə tərəflər delimitasiya məsələləri üzrə fikir mübadiləsi aparıb, Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının, həmçinin iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılmasına başlayıb, habelə delimitasiya işlərinin görülməsinin qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə ediblər. 2024-cü il aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq, Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) - Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar. Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır. Razılaşdırılıb ki, tərəflər sərhəd xəttinin razılaşdırılan hissələrində öz sərhəd xidmətlərinin eyni vaxtda və paralel yerləşdirilməsi üçün tədbirlər görmək məqsədilə öz hökumətlərinə müraciət edəcəklər. Həmçinin razılaşdırılıb ki, delimitasiya prosesi tam başa çatana qədər Protokol-təsvirdə göstərilən sərhəd xəttinin hissələri delimitasiya edilən hesab olunsun. Paralel olaraq, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın Birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin 1 iyul 2024-cü il müddətinədək başa çatdırılması və dövlətdaxili razılaşdırmalar prosesinə və müvafiq qaydada tərəflərin dövlətlərinin qanunvericiliyinin tələblərinə uyğun olaraq, Əsasnamənin təsdiqinə başlamaq barədə razılığa gəlinib. Tərəflər razılaşıblar ki, onlar delimitasiya prosesində 1991-ci il Almatı Bəyannaməsinə əsaslanacaqlar. Tərəflər həmçinin həmin baza prinsipini Əsasnamə layihəsində təsbit etmək barədə razılığa gəliblər. Görüşün nəticəsində protokol imzalanıb.


Siyasi şərhçi Asif Nərimanlı "Şərq"ə deyib ki, sülh gündəliyinin müzakirə edildiyi vaxt İrəvanın təxribatlara əl atması suallar yaradır. Ekspertin sözlərinə görə, ötən ilin noyabr ayında Polşa Prezidenti Andjey Duda Arazdəyənə səfəri vaxtı sərhəddə təxribat hücumlarının ola biləcəyi haqda proqnozlar vermişdi: 

"Məqsəd Avropa İttifaqının müşahidə missiyasının vaxtının uzadılmasına zərurətin yaradılmasıdır. Aİ missiyasının müddəti 19 fevral tarixində başa çatır. Missiyanın vaxtının uzadılmasında hər iki tərəf – İrəvan və Brüssel maraqlıdır. İrəvan üçün bu missiya həm Azərbaycan qarşısında, həm Rusiya qarşısında “qalxan” rolunu oynayır, həm də Avropa ilə əsas bağlantı rolunu oynayır. Xüsusilə Trampın gəlişindən sonra İrəvanın Brüsselin orbitinə daha çox yaxınlaşacağı gözləntiləri fonunda... Brüssel üçün bu missiya Cənubi Qafqazda mövcudluğun əsas platformasına çevrilib. Duda da İrəvana Polşa prezidentindən daha çox, Avropa İttifaqına 2025-ci ildə sədrlik edəcək ölkənin rəhbəri kimi gəlmişdi. Onun Arazdəyəndə Aİ müşahidəçilərini ziyarət etməsi də bundan qaynaqlanırdı. Polşa prezidentinin ziyarətindən dərhal sonra Fransanın İrəvandakı səfiri başda olmaqla, Aİ-yə üzv ölkələrin diplomatları müşahidə missiyasının fəaliyyətini izləmək üçün sərhəd bölgələrinə səfər etdilər. Məqsəd missiyanın zəruriliyini isbatlamaq üçün hesabatların hazırlanması idi. Çünki 19 fevrala – missiyanın müddətinin bitməsinə qədər Avropa İttifaqı vaxtın uzadılması ilə bağlı yekdil qərar qəbul etməlidir. İstisna deyil ki, diplomatların təqdim etdikləri hesabatlar bu müzakirələrdə təqdim olunacaq. Bu, missiyanın vaxtının uzadılması istiqamətində birinci addımdır. İkinci addım sərhəddə təxribatların törədilməsi ilə missiyanın zəruriliyini isbatlamaqdır. Sərhəddə atəşkəsin pozulması bu prosesin başlandığını göstərir və müşahidə missiyasının gələcəyinin Aİ-də müzakirəyə çıxarılmasına qədər bu cür təxribatlar davam edə bilər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:261
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Yanvar 2025 09:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see657

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see341

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see321

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see316

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see305

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see302

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see283

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see274

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see272

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see256

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see254

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see232

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see222

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see222

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see222

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see215

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see211

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see207

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see201

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri