Icma.az
close
up
RU
Sərhəddə dayanan YÜK: Rusiya Ermənistanın iqtisadi taleyinə DÜYMƏ BASIR?

Sərhəddə dayanan YÜK: Rusiya Ermənistanın iqtisadi taleyinə DÜYMƏ BASIR?

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistanla Rusiya arasında münasibətlər son illərdə heç də əvvəlki kimi sabit deyil. Rəsmi İrəvanın Qərbə doğru atdığı addımlar, Avropa İttifaqı ilə əməkdaşlığı gücləndirməsi, eyni zamanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Moskvadan gözlədiyi dəstəyi ala bilməməsi iki ölkə arasında yeni ziddiyyətlər yaradıb. Bu fonunda iqtisadi əlaqələrdə də müəyyən gərginliklərin yaranması təəccüblü deyil.

Son günlər Ermənistandan Rusiyaya ixrac olunan bəzi məhsulların buraxılmaması da bu gərginliyin bariz nümunəsidir. Rusiya tərəfi bunu tibbi-sanitariya səbəbləri ilə izah etməyə çalışsa da, iqtisadi və siyasi motivlərin daha güclü olduğu şübhə doğurmur. Çünki rəsmi Moskva illərdir ki, postsovet ölkələrinə təsir mexanizmi kimi məhz ticarət məhdudiyyətlərindən, idxal və ixrac qadağalarından istifadə edir.

Məsələnin daha da maraqlı tərəfi odur ki, bu addım Ermənistanın iqtisadi strukturuna ciddi zərbə vura bilər. Çünki Rusiya hələ də Ermənistan üçün ən iri ticarət tərəfdaşlarından biridir və müəyyən malların ixracına qoyulan qadağa İrəvanın iqtisadi sabitliyinə mənfi təsir göstərə bilər.

Beləliklə, sual yaranır: Rusiya artıq Ermənistanın iqtisadi dayaqlarını zəiflətmək üçün düyməyə basıbmı, yoxsa bu, sadəcə xəbərdarlıq xarakterli təzyiq mexanizmidir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan iqtisadçı-alim Eldəniz Əmirov bildirib ki, birmənalı olaraq Rusiya təkcə Azərbaycana deyil, bütün postsovet ölkələrinə müxtəlif alətlər vasitəsilə təsir göstərməyə çalışır: 

"Lakin zaman keçdikcə bu alətlərin sayı və təsir gücü azalır. Bunun bariz nümunələrindən biri də müxtəlif malların ixracına qoyulan qadağalardır ki, nəticə etibarilə bu, ixracatçı ölkələrə, o cümlədən Ermənistana da təsir göstərir".

Eldəniz Əmirov:  Rusiya təkcə Azərbaycana deyil, bütün postsovet ölkələrinə müxtəlif alətlər vasitəsilə təsir göstərməyə çalışır

Onun sözlərinə görə, Ermənistanı bu cür davranışlardan çəkindirmək mümkün olmayacaq:

"Çünki Ermənistan-Türkiyə-Rusiya arasında ticarət münasibətləri mövcuddur və burada Ermənistan müəyyən hallarda Rusiyanın sanksiyalardan yayınmasına xidmət edən vasitə rolunu oynayır. Əgər iki ölkə arasında münasibətlərin pisləşməsi ticarət dövriyyəsinə təsir edərsə, bu, Ermənistan qədər Rusiyaya da mənfi təsir göstərə bilər".

Müsahibimiz əlavə edib ki, Ermənistan üçüncü ölkələrdən məhsul alaraq və digər yollarla Rusiyanın sanksiyalardan yayınmasına imkan yaradır. Bu baxımdan münasibətlərdə gərginliyin artması Rusiyanın müxtəlif sahələrinə ciddi təsir göstərə bilər.

Məsələnin siyasi istiqamətini Bakıvaxtı.az-a şərh edən siyasi şərhçi Əli Zülfüqaroğlu diqqətə çatdırıb ki, Ermənistanın kənd təsərrüfatı məhsulları ölkə iqtisadiyyatının əsas dayaqlarından biridir. Bu məhsulların ixracında Rusiya bazarının alternativi demək olar ki, mövcud deyil. Elə buna görə də Rusiya bazarı Ermənistan üçün həyati əhəmiyyət daşıyır. Bu kontekstdə Moskvanın atdığı addımlar təkcə iqtisadi deyil, həm də siyasi təzyiq xarakteri daşıyır:

"Şübhəsiz ki, Ermənistan iqtisadiyyatı Rusiyadan ciddi şəkildə asılıdır. Bu asılılıq təkcə enerji sektorunda deyil, digər istiqamətlərdə də özünü göstərir. Nəticədə Ermənistan alternativsiz qaldıqca, mütəmadi olaraq bu cür təzyiq vasitələri ilə üz-üzə qalacaq".

Əli Zülfüqaroğlu: Bu proses qısa müddətdə reallaşa biləcək bir məsələ deyil

Onun sözlərinə görə, məhz bu səbəbdən Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılmasına çalışması və Ankara vasitəsilə Avropa bazarlarına çıxış əldə etmək istəyi təsadüfi deyil. Rəsmi İrəvan bu yolla Rusiyanın təsir imkanlarını neytrallaşdırmağa, iqtisadi manevr imkanlarını genişləndirməyə səy göstərir:

"Aydındır ki, bu proses qısa müddətdə reallaşa biləcək bir məsələ deyil. Ermənistan yalnız düzgün və ardıcıl siyasət yürütmək şərti ilə uzunmüddətli perspektivdə Rusiyadan, xüsusilə də kənd təsərrüfatı məhsullarının ixracında mövcud olan asılılığını azalda bilər".

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 25 Avqust 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri