Icma.az
close
up
RU
Sərhədlər açılır? Nazirin səfərinin pərdəarxası

Sərhədlər açılır? Nazirin səfərinin pərdəarxası

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

Xəbər verildiyi kimi, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyə ilə sərhəddə yerləşən “Marqara” keçid məntəqəsi ilə tanış olub. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Mirzoyanla birlikdə keçid məntəqəsində xaricdə akkreditə olunmuş Ermənistanın diplomatik nümayəndəliklərinin rəhbərləri də olublar. Səfər zamanı Ermənistan Dövlət Gəlirləri Komitəsinin rəhbəri Eduard Akopyan keçid məntəqəsinin təmiri və təchizatı üzrə görülən işlərin nəticələrini təqdim edib. O bildirib ki, “Marqara” keçid məntəqəsi istismara tam hazırdır.

Qeyd edək ki, sərhəd Ankara tərəfindən 1993-cü ildən bağlanıb. Ölkələr arasındakı münasibətlərin gərginliyinə Ankaranın Azərbaycanın Qarabağ məsələsində mövqeyini dəstəkləməsi və Osmanlı imperiyasında 1915-ci il hadisələrinin erməni soyqırımı kimi beynəlxalq səviyyədə tanınması prosesinə Türkiyənin sərt reaksiyası da daxil olmaqla bir sıra amillər səbəb olub.

2022-ci ilin yanvarında Moskvada Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi üzrə xüsusi nümayəndələrin ilk görüşü keçirilib. Həmin vaxt Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan və Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıç görüşüblər. Daha sonra Vyanada da bir sıra görüşlər keçirilib.

2022-ci il iyulun 1-də Vyanada Rubinyan və Kılıç arasında keçirilən görüşdə üçüncü ölkə vətəndaşlarının, eləcə də diplomatik pasport sahiblərinin Ermənistan-Türkiyə quru sərhədindən keçməsinə şərait yaradılması barədə razılıq əldə olunub. Lakin bu razılaşma hələ də həyata keçirilməyib.

Xatırladaq ki, Türkiyənin “Yeşiligdir” saytı iki ölkə arasında quru sərhədin Ermənistanda keçiriləcək seçkilərdən əvvəl açılacağını iddia etmişdi. Seçkilər artıq geridə qalıb, Mirzoyanın sərhədə gəlişi ilə bu prosesin başladığını demək olarmı? Azərbaycanla sülh sənədi imzalanmamış və Zəngəzur dəhlizi açılmamış Türkiyə-Ermənistan sərhədlərinin açılması mümkündürmü?

Deputat Hikmət Babaoğlu Musavat.com-a bildirib ki, Mirzoyanın “Marqara” keçid məntəqəsinə gəlməsi hələ sərhədlərin açılması anlamına gəlmir. Deputat xatırladıb ki, mayda da Türkiyə ilə Ermənistan sərhədinin açılmasına dair bənzər açıqlama verilib: “Daha sonra hazırkı parlamentin sədri Türkiyə ilə danışıqlarda məsul şəxs Ruben Rubinyan belə bir ifadə işlətmişdi ki, “Hakan Fidanla danışdıq, Ermənistan-Türkiyə sərhədi Ermənistan-Azərbaycan sərhədi ilə paralel açılacaq”. Mənə elə gəlir ki, qardaş ölkənin mövqeyi budur və bu mövqe dəyişməyəcək”.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycan uzun müddətdir ki, öz xarici siyasətini koordinasiyalı şəkildə həyata keçirir: “Xüsusilə, Ermənistana və qonşu ölkələrə münasibətdə qətiyyətli, sabit mövqe nümayiş etdirilir. Buna görə də düşünürəm ki, Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan arasında sərhədlər açılacaqsa, bu, eyni vaxtda baş verəcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 31 Avqust 2026 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see452

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see417

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see330

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see311

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see279

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see278

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see270

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see265

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see262

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see254

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see253

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see235

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see220

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see217

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see213

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see210

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see210

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see204

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see202

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri