Icma.az
close
up
RU
Sərhədlər gücləndirildi, təhlükəli ssenari aktivləşdi Kremlin yeni taktiki gedişi

Sərhədlər gücləndirildi, təhlükəli ssenari aktivləşdi Kremlin yeni taktiki gedişi

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Almaniyanın sərhədlərində nəzarət tədbirlərini gücləndirməsi dünya mediasında diqqət çəkin. Kansler Fridrix Merz bu addımın müvəqqəti xarakter daşıdığını bildirsə də, prosesin artan miqrant axını ilə əlaqəli olduğu bildirilir. Paralel olaraq, son günlər Rusiyanın Polşaya mümkün hücumu barədə yayılan məlumatlar fonunda bu qərar xüsusi narahatlıq doğurur. Təhlükəsizlik tədbirlərinin yalnız miqrasiya deyil, eyni zamanda Moskva amili ilə bağlı ola biləcəyi də istisna edilmir.

Rusiyanın Polşaya hücum ehtimalı varmı? Bu, Avropanın ümumi təhlükəsizliyi üçün hansı risklər yarada bilər?

Globalinfo.az-a danışan Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı deyib ki, hazırda müharibənin coğrafiyasını genişləndirmək Rusiya üçün prioritet deyil:

“Bu mərhələdə əsas hədəf işğal etdiyi Ukrayna ərazilərində mövqelərini möhkəmləndirmək, rəsmi Kiyevi və onu dəstəkləyən ölkələri atəşkəsə, hətta sülh müqaviləsinə razı salmaqdır. Kreml hazırda özü üçün minimal hesab olunan hədəflərə çatıb. Şübhəsiz ki, Moskva Qara dənizin şimal hissəsini tam şəkildə nəzarətə götürməyi arzulayırdı. Lakin bu məsələ təkcə Rusiya və Ukrayna arasında məhdudlaşmır. Burada Qərb dövlətləri ilə yanaşı, Türkiyənin mövqeyi də önəm kəsb edir. Çox güman ki, Ankara heç bir halda Rusiyanın Ukraynanın cənub bölgələrini tam şəkildə işğal etməsinə, yəni Qara dəniz sahilində üstünlük əldə etməsinə razı olmaz. Bu səbəbdən müharibənin coğrafiyasını genişləndirmək Rusiya üçün əlavə risklər deməkdir. Yəni Moskva işğal etdiyi əraziləri də itirmək təhlükəsi ilə üzləşə bilər. Lakin bu, Rusiyanın Ukraynadan kənar başqa bir ölkəyə hücum ehtimalını istisna etmir. Belə bir addım yalnız həmin ölkənin Kiyevə dəstəyini azaltmaq və ya onun ərazisindən yardımı məhdudlaşdırmaq məqsədi daşıya bilər. Eyni zamanda, Ukraynanın müttəfiqlərinə təzyiq göstərərək onları mümkün qədər neytral mövqeyə çəkmək niyyətindən qaynaqlana bilər”.

Həmçinin oxuyun:

Dünya mediası İlham Əliyevin Forumdakı çıxışından yazdı – Fotolar

Araz Aslanlı

Ekspert qeyd edib ki, Polşa da daxil olmaqla digər ölkələrə yönələn təhdidlər daha çox taktiki xarakter daşıyır:

Rusiya bu yolla Polşa ictimaiyyətinə və dövlətinə mesaj verməyə çalışır: Ukraynaya dəstək göstərmək və ya bu dəstəyin tranzit nöqtəsinə çevrilmək Varşava üçün riskli nəticələrə səbəb ola bilər. Məqsəd dəstək verən ölkələrdə təhlükə hissi yaradaraq onların mövqeyini zəiflətməkdir. Rusiya bununla Avropa ölkələrini təzyiq altında saxlamağa çalışır. Yəni demək istəyir ki, müharibə yaxın zamanda başa çatmazsa, onun coğrafiyası Avropanın mərkəzinə doğru genişlənə bilər. Rusiya bu yolda müəyyən bədəl ödəsə belə, avropalılar üçün daha ciddi iqtisadi, siyasi və təhlükəsizlik riskləri mümkündür. Moskva qarşı tərəfi bu cür təsir altında saxlayaraq Ukrayna cəbhəsində atəşkəsə məcbur etmək istəyir. Bu, daha çox taktiki bir gedişdir”.

A.Aslanlı əlavə edib ki, Rusiya həm daxildə, həm də beynəlxalq müstəvidə özünü müharibəyə hazır dövlət kimi təqdim edir:

“Müharibənin miqyasının genişlənməsi, o cümlədən Rusiyanın Polşaya mümkün hücum ehtimalı Avropanın ümumi təhlükəsizliyi üçün ciddi risklər doğurur. Bu, təkcə hərbi təhlükə deyil, eyni zamanda Avropadakı mövcud inteqrasiya modellərinin sabitliyinə zərbə vura biləcək bir ssenaridir. Yəni Rusiyanın hücum ehtimalı yüksək olmasa da, onun mümkün nəticələri – iqtisadi, siyasi və təhlükəsizlik baxımından olduqca böyük və təhlükəlidir”.

Ləman İmran
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 İyul 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri