Icma.az
close
up
RU
Sərhədlərin delimitasiyası: Hansı dövrün xəritəsinə uyğun aparılacaq?

Sərhədlərin delimitasiyası: Hansı dövrün xəritəsinə uyğun aparılacaq?

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyasına dair komissiyaların növbəti iclası ilə bağlı iki məlumat yayılıb.

Ermənistan tərəfdən komissiyaya rəhbərlik edən Baş nazirin müavini Mher Qriqoryan mətbuata açıqlamasında Azərbaycan tərəfi ilə müzakirələrin mart ayında keçiriləcəyi deyilir.

Azərbaycan-Ermənistan delimitasiya komissiyasının növbəti iclası martda keçirilə bilər. O, tərəflər arasında hələ müzakirə edilməli olan məsələlərin qaldığını deyib. Qriqoryan Tavuş istiqamətində delimitasiyanın ikinci mərhələsi üzrə qərarı tərəflər arasında bu məsələdə konsensusun olması ilə izah edib. 

Məlumatın digər hissəsi isə “Sputnik Armenia”nın yaydığı və delimitasiya işlərinin şərti sərhədin şimal hissəsindən başlayaraq 1978-ci il xəritələri əsasında aparılacağı barədə xəbərdən ibarətdir. Lakin xəritələrlə bağlı yayılan məlumata diqqət yetirdikdə ikinci hissənin mətbuat orqanının öz əlavəsi olduğunu görmək olar. 

“Sputnik Armenia” qeyd edir ki, Tavuşda delimitasiya 1978-ci il sərhədi boyunca davam edəcək. 1978-ci il xəritəsində 1976-cı illə müqayisədə Ermənistan SSR bir neçə kvadrat kilometr ərazi itirib. Bununla bağlı mediada xəritə də dərc edilib. 

“Məsələ burasındadır ki, 1976-cı ilin orijinal və qara rənglə işarələnmiş sərhədi 1978-ci ildən qırmızıya düzəldilib. Xəritə fraqmentindən göründüyü kimi (Gürcüstan sərhədindən Barekamavan kəndinə qədər) sərhəd marşrutunun dəyişdirilməsi nəticəsində Azərbaycan SSR-ə xeyli çox ərazi keçib. Təxmini hesablamalarımıza görə, Ermənistan SSR təxminən 5,8 kvadrat kilometr ərazi itirib”.

Bu informasiya Mher Qriqoryanın ofisinə göndərilmiş sorğunun cavabı kimi təqdim olunur. Ancaq diqqət yetirdikdə bu xəritənin və ona əlavə şərhin erməni təxəyyülünün məhsulu olduğunu asanlıqla görmək olar. 

Əvvəla, Mher Qriqoryan belə bir açıqlama ilə çıxış etməyib. İkincisi, Azərbaycan tərəfi də növbəti delimitasiya prosesinin 1978-ci il xəritələri əsasında aparılacağını rəsmən nə təsdiq, nə də təkzib edib. Delimitasiya işlərinin şimal hissədən, yəni Azərbaycan, Ermənistan və Gürcüstan sərhədinin qovşağındakı Babakar dağından başlanması barədə komissiyalar arasında razılaşmanın olduğunu nəzərə alsaq, növbəti prosesin həmin istiqamətdə aparılması gözləniləndir. 

Amma Ermənistan ərazilərinin Azərbaycana keçməsi barədə iddiaların hər hansı əsası yoxdur. Çünki bütün tarixi sənədlər, faktlar və xəritələr Qazax rayonunun torpaq sahələrinin Sovet dövründə qanunsuz olaraq Ermənistana pay verildiyini sübut edir. 

Hətta 1978-ci ildən sonra ərazilərin Ermənistana verilməsini təsdiq edəcək bir çox canlı şahidlər hələ sağdır. Ona görə də delimitasiya prosesi cənuba doğru davam etdikcə hansı dövrün xəritələrinin tətbiq olunması ilə bağlı mübahisələr arta bilər. 

SSRİ dağılanda Qazax rayonunun Ermənistanla sərhədi 168 kilometr təşkil edib. 

Lakin Birinci Qarabağ müharibəsində Ermənistan işğalçılıq müharibəsinə başlamaqla, o cümlədən Qazax rayonunun kəndlərini işğal etməklə Azərbaycanla sərhədləri tanımaqdan imtina edib. 

Bu baxımdan, sərhədlər yenidən müəyyənləşməlidir. Belə olan halda, Qazax-Tavuş sərhədinin uzunluğu ilə bağlı 168 kilometr deyil, fərqli ölçü meydana çıxa bilər. Hətta 1978-ci il xəritələri tətbiq edilsə belə, Ermənistan sözgedən tarixdən sonra Azərbaycandan qanunsuz olaraq qopardığı əraziləri geri qaytarmalıdır. 

Kolxoz və sovxoz təsərrüfatının inkişafı adı altında Qazax rayonunun Kəmərli, Qaymaqlı, Astanbəyli kəndlərinin, İncədərə yaylasının 4000 hektar torpaqları, 1986-cı ildə 2500 hektar otlaq sahələri Ermənistana verilib. Əgər Ermənistan 1978-ci il xəritələrinin tətbiqini istəyirsə, o zaman həmin dövrdə sərhəd xəttinin keçdiyi ərazilərə çəkilməli, yəni 6500 hektar ərazini geri qaytarmalıdır. 

Ermənistanın geri qaytarmalı olduğu ərazilər ilk növbədə, Qazax rayonunun  işğal altındakı Barxudarlı, Sofulu və Yuxarı Əskipara kəndləridir. Bu kəndlər SSRİ dövründə torpaqların hər hansı hüquqi əsası olmadan Ermənistana pay verilməsi nəticəsində anklav vəziyyətə düşüb. 

Halbuki, 1928-ci ilə qədər olan bütün xəritələrə baxdıqda, həmin kəndlərin anklav vəziyyətdə olmadığını görmək olar. 1922-1924-cü illərdə Qazax qəzasının 4151 kvadrat kilometr torpaq sahələri Ermənistana verilib.

1928-ci ildə qəzaların ləğvi və rayonların yaradılması prosesi zamanı ermənilər Qazaxdan yenə torpaq qoparıblar və nəticədə həmin kəndlər anklav əraziyə çevrilib.

Sovet dövrünün 1920-ci ilin aprel ayından başlandığını nəzərə alsaq, Azərbaycanın istənilən dövrün xəritələrinin tətbiqini tələb etmək və itirlmiş torpaqları geri tələb etmək hüququ var. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: sərhədlərAzərbaycanla Ermənistan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Fevral 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri