Icma.az
close
up
RU
Sərhədlərin delimitasiyası: Prosesin tez bir zamanda həyata keçirilməsi önəmlidir

Sərhədlərin delimitasiyası: Prosesin tez bir zamanda həyata keçirilməsi önəmlidir

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Sərhədin demarkasiyası ilə bağlı bütün bilgilər mediaya açıqdır və son görüşdən sonra biz bu barədə açıqlama vermişik".

Bakıvaxtı.az-ın məlumatına görə, bu sözləri Ermənistan baş nazirinin müavini Mher Qriqoryan jurnalistlərə müsahibəsində bildirib.

Jurnalistin demarkasiyanın növbəti mərhələsinin nə vaxt başlayacağı sualına Qriqoryan dəqiq bir cavab verməyib:

"Demarkasiya şimal nöqtəsindən başlayacaq. Fikrimcə, başlamazdan əvvəl daha bir görüş olacaq, çünki hələ müzakirə olunacaq bəzi məsələlər var. Biz həmişə işçi qrupları şəklində görüşürük".

Hansı tərəf bu ərazidən demarkasiyaya başlamağı təklif edib sualına isə "Bu qərar ümumi konsensus əsasında verilib" deyə cavab verib. Qriqoryan əlavə edib ki, işçi qruplarının görüşlərinin nəticələrinə əsasən, planlar mütləq mediaya açıqlanacaq:

"İndi görüşün konkret tarixini deyə bilmərəm. Ola bilsin ki, martda keçirilsin, amma razılaşmalar var ki, onlar intensiv olmalıdır”.

Politoloq İlyas Hüseynov Bakıvaxtı.az-a bunun doğru yanaşma olduğunu deyib.

Ekspert bildirib ki, yeni geosiyasi reallıqlar müstəvisində Azərbaycan ərazi bütövlüyünü və öz suverenliyini təmin edib:

"Əvvəlki dövrlərdə davamlı atəşkəsin pozulduğu, təxribatların baş verdiyi şimal ərazisində delimitasiya prosesinin həyata keçirilməsi tərəflər üçün məqbul və uyğundur. Delimitasiya prosesi Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan istiqamətində Ermənistan-Azərbaycan arasında yeni sərhəd xəttinin müəyyənləşməsi ilə müşayiət olunmalıdır”.

İlyas Hüseynov, politoloq

Müsahibimiz qeyd edib ki, mühüm məsələ ondan ibarətdir ki, artıq bununla bağlı konsensus var. Tərəflər bir-birini anlayır və etimad göstərirlər. Sərhədlərin müəyyənləşməsi prosesi məhz bu atmosferdə davam edir.

“Hesab edirəm ki, sərhədlərin tam həcmdə, bütün parametrlər üzrə müəyyənləşməsi növbəti mərhələləri də formalaşdıra bilər. Məsələn, region üçün olduqca böyük əhəmiyyət kəsb edən məsələlərdən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Nəzərə alaq ki, dəhlizin açılması məhz cənub istiqamətində baş verəcək. Ona görə də şimaldan-cənuba doğru sərhədlərin delimitasiyasının mümkün qədər tez zamanda həyata keçirilməsi çox-çox önəmlidir", - deyə İlyas Hüseynov əlavə edib.

Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 08 Mart 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see356

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see250

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see149

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see148

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see140

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see139

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see139

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see137

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri