Icma.az
close
up
RU
Sərhədlərin müəyyənləşməsi sadə məsələ deyil Politoloq

Sərhədlərin müəyyənləşməsi sadə məsələ deyil Politoloq

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Növbəti mərhələlərdə 10-11 km-lik ərazinin delimitasiya və demarkasiyası üzrə müzakirələrə başlaya bilərlər".

Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov yanvarın 16-da sərhədlərin delimitasiya və demarkasiyası üzrə Azərbaycan-Ermənistan Dövlət Komissiyasının son görüşünü şərh edərkən deyib.

Tofiq Zülfüqarov bildirib ki, komissiyada müxtəlif sahələr üzrə müxtəlif mövzular müzakirə olunur:

"Burada məntiq var. Komissiyada müxtəlif sahələr üzrə müxtəlif mövzular müzakirə olunur. Bu baxımdan, komissiyanın əsasnaməsində də göstərilir ki, prosesin gedişində müxtəlif amil və faktorlar da nəzərdən keçirilir. Bu zaman iqtisadi, tarixi və s. amillər nəzərə alınır. Bu əsasnamənin mətnində göstərilib. Böyük bir işdir və onun ardıcıl şəkildə görülməsi şübhə doğurmur. Keçən müddətdə cəmi 11 km-lik ərazinin delimitasiya və demarkasiyası məsələsi öz həllini tapıb. İndi də təxminən növbəti 10-11 km-lik ərazinin delimitasiya və demarkasiya üzrə müzakirəsinə başlaya bilərlər. Komissiyanın işi irəliyə doğru bir faktordur. Bütün hallarda məsələdə tələsmək lazım deyil. Gələcəkdə, bəlkə bir ilə 10 km-lik ərazinin delimitasiya və demarkasiyasının başa çatması belə yaxşı hal olardı".


Həmsöhbətimiz prosesin illərlə uzanacağını da istisna etmir:

"Bütün hallarda təcrübə göstərir ki, bu illərlə, onillərlə uzana bilər. Azərbaycanın Gürcüstanla belə delimitasiya, demarkasiya prosesi  yekunlaşmayıb. Yalnız Rusiya ilə yekunlaşıb. İranla ölkəmiz arasında quru sərhədində problem olmasa da, tərəflər arasında dəniz sərhədi hələ də müəyyən olunmalıdır".

Qeyd edək ki, 2025-ci il yanvarın 16da  Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın on birinci görüşü keçirilib. 

Görüş zamanı tərəflər növbəti mərhələdə delimitasiya işlərinin həyata keçirilməsi üçün sərhəd xəttinin sahələrinin hissələrinin ardıcıllığı məsələsi ilə bağlı fikir mübadiləsini davam etdirib və dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərin şimal sahəsindən başlayaraq Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının İran İslam Respublikası ilə sərhədinə qədər başlanması barədə razılığa gəliblər. 

Rüfət Sultan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Yanvar 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see405

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see322

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see279

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see269

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see268

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see256

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see253

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see245

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see243

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see241

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see228

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see216

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see215

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see215

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see214

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see212

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see210

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see201

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri