Icma.az
close
up
RU
Sərhədlərin bağlı saxlanılması...

Sərhədlərin bağlı saxlanılması...

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Təhlükəsizlik və sığortalanma: Azərbaycan nümunəsi

Regional konfrantasiyaların mərkəzində real sabitlik adası...

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin təhlükəsizliyi və milli maraqlarının qorunması hər bir ölkənin əsas prioritetlərindən biri hesab olunur. Qlobal miqyasda baş verən siyasi, iqtisadi və təhlükəsizliklə bağlı proseslər dövlətləri öz sərhədlərinə və sərhəd siyasətinə daha həssas yanaşmağa vadar edir. Bu baxımdan sərhədlərin qorunması və zəruri hallarda onların müəyyən müddət bağlı saxlanılması dövlət təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm vasitələrdən biri kimi çıxış edir.

Ümumiyyətlə, sərhəd yalnız coğrafi mənada izah edilməməlidir - sərhədin təhlükəsizliyi eyni zamanda ölkənin daxili sabitliyinin qorunması, qanunsuz miqrasiyanın qarşısının alınması, transmilli cinayətkarlıqla mübarizə və epidemioloji təhlükələrin minimuma endirilməsi kimi vacib məsələləri də əhatə edə bilər. Təsadüfi deyildi ki, məhz qlobal pandemiyanın ardından bağlanan Azərbaycan sərhədi ötən dövrdə özünün möhkəm qorunma imkanları ilə diqqət mərkəzinə düşüb.

Dövlətlər zaman-zaman dəyişən beynəlxalq şəraitə uyğun olaraq sərhəd rejimində müxtəlif tədbirlər həyata keçirirlər. Bu tədbirlərdən biri də sərhədlərin müəyyən müddət bağlı saxlanılmasıdır...

Müasir təhlükəsizlik çağırışları...

Vurğulandığı kimi, Azərbaycanda həyata keçirilən milli təhlükəsizlik siyasəti qlobal gündəmin konturlarına uyğun şəkildə tənzimlənir. Bu gün müasir təhlükəsizlik çağırışları olduqca geniş spekti əhatə etməkdədir:

- Sərhəd regional situasiyanın dəyərləndirilməsində əsas alət kimi ön plana çıxır;

- Geostrateji vəziyyətə uyğun olaraq qarşılıqlı mübadilə şərtləri müəyyənləşməlidir;

- Yeni nizamın qurulmasının təlatümsüz olmayacağı baxımından, bu reallığın mərkəzində yer almaq məsuliyyəti dərk edilməlidir.

Sərhəd siyasəti məhz dövlət təhlükəsizliyinin gücləndirilməsi və milli maraqların qorunması prinsiplərinə əsaslanır. Regionda mövcud olan geosiyasi vəziyyət, qlobal təhlükəsizlik çağırışları və müxtəlif risk faktorları nəzərə alındıqda sərhədlərin bağlı saxlanılması qərarı dövlətin strateji maraqları ilə birbaşa bağlı olur. Bu addım həm ölkə daxilində sabitliyin qorunmasına, həm də mümkün təhlükələrin qarşısının əvvəlcədən alınmasına xidmət edir. Beləliklə, sərhədlərin bağlı saxlanılması yalnız inzibati qərar kimi deyil, eyni zamanda dövlət təhlükəsizliyini və milli maraqları qorumağa yönəlmiş kompleks siyasətin tərkib hissəsi kimi ortaya çıxır.

Zamana qarşı “döyüş”...

Məsələni Azərbaycanın timsalında ən uğurlu şəkildə izah etmək olar. Bu gün Bakı real olaraq yeni gündəmin aparıcı aktorudur. Yeni iqtisadi - ticari şərtlər Bakının həm geocoğrafi, həm də geostrateji baxışları və diqtəsi əsasında formalaşır. Qərb ilə Şərqi qovuşduran Odlar Yurdu “zamana qarşı döyüşür”. Cəmisi 6 ilə qət edilən yolun xarakteristikasına, mahiyyətinə nəzər salsaq, dünya tarixində belə bir analoq tapmaq mümkün deyil:

- Bakı yeni logistik struktur yaradır;

- Bakı enerji mübadiləsində yeni gündəm formalaşdırır;

- Bakı gələcəyin enerji şaxələndirməsini həyata keçirir;

- Bakı bölgənin ən azı gələcək 30-40 ili üçün yeni təhlükəsizlik arxitekturasının sxemini və strateji yol xəritəsini təqdim edir.

Bu, spektrlər ayrı-ayrılıqda fərqli xətlər üzrə izah edilə bilər - amma məsələyə kompleks yanaşdıqda, mənzərə olduqca rəngarəngdir: Azərbaycan yeni dünya reallığı uğrunda mübarizə aparır. Prezident İlham Əliyev dəfələrlə Vurğulayıb ki, bu, böyük əmək, zəhmət və diplomatik fəaliyyət nəticəsində əldə olunan bir uğurdur.

Yeni nizamın mərkəzində...

Hazırda dünyanın ən əsas sütun seqmenti sayılan ticari yol imkanları birbaşa Azərbaycanın sərhədlərində qovuşur. Şərq ilə Qərb qədər Şimal ilə cənub qovşağı da vacib bir ünsür kimi götürülməlidir. Təhlükəsiz ticarət üçün təhlükəsiz region amili mütləq şərtdir. Bəs bu gün, ətrafımızda nələrin şahidi oluruq. Bizi əhatə edən coğrafi şərtlər konfrantasiyalar əsasında müəyyən olunur. Başqa sözlə, Cənubi Qafqazda sabitlik yaradan Azərbaycan yaxın regionlarımızda baş verənləri açıq gözlə müşahidə edir. Düzdür, Azərbaycan qlobal təhlükəsizlik masasında təmsil olunur, lokal kataklizmlərin aradan qaldırılması istiqamətində müəyyən vasitəçilik edir, hətta yeni enerji siyasətində olduqca vacib bir məsuliyyəti bölüşür. Məsələn, Qlobal Cənubun qaz təminatında iştirakla bağlı verilən qərar (Suriyaya qaz ixracı) həm də təhlükəsizlik perimetrinin əsas amillərindən biridir. Bu baxımdan, Bakı bütövlükdə Yaxın və Orta Şərq, hətta Mərkəzi və Şərqi Avropa strateji məkanları üçün açar dövlət rolunu oynayır - Azərbaycan bu gün əsas diqqət mərkəzində olan bir dövlətdir. Bu isə təhlükəsizliyin vacibliyini ilkin şərt kimi önə çıxarır.

Təhlükəsizlik təmin olunmalıdır...

Amma nəzərə almalıyıq ki, bu gün dünyada inkişafa dəstəklə yanaşı, həm də inkişafa mane olmaq cəhdləri də böyükdür. Bunun üçün bəzi ənənəvi və yeni alətlər mövcuddur. Bunların ən geniş yayılmışı siyasi sabitliyin bu və ya digər şəkildə pozulmasına yönəlik distabilizasiyanın formalaşdırılmasıdır. Məsələn, terrora əl atılması kimi. Bəlli olduğu kimi, terror genişmənalı anlayışdır. Burada söhbət fərdi və ya kütləvi insan qəsdi ilə yanaşı, həm də yeni nizama, onun şərtlərinə və ya strateji subyektlərinə qəsddən gedə bilər. Azərbaycan bu təhlükənin qarşısını almaq üçün diqqətli olmaq məcburiyyətindədir. Çünki məsuliyyət bizim üzərimizdədir - öhdəmizə götürdüyümüz bu genişiqyaslı fəaliyyətin həm də təhlükəsizliyini təmin etməliyik.

Yaratdığımız sığorta aləti...

Sərhədlərin bağlı saxlanılmasının mütləq təhlükəsizlik amili kimi ön plana çıxmasının başqa bir misalı kütləvi qeyri-müəyyən axınların qarşısının alınmasıdır. Yuxarıda da qeyd edildiyi kimi, bu gün ətrafımızda cərəyan edən hadisələr bütün cəhətlər üzrə hər an baş verə biləcək təhlükə ehtimalını özündə əks etdirir. Xüsusilə, son illərdə intensiv hərbi eskalasiyaların yaşanması Bakının verdiyi qərarın düzgünlüyünü bütün parametrlər üzrə təsdiqləyir.

Bölgədə ciddi proseslər baş verməkdədir. Azərbaycan hərbi qarşıdurmaların danışıqlar yolu ilə həllinin tərəfdarıdır. Amma biz təhlükədən sığortalanmamışıq - həm də bu mənada özümüz sığorta alətlərini yaradırıq. Bunun da ilk sırasında məhz sərhədlərin güvənli, etibarlı, inamlı şəkildə qorunmasıdır.

P.İSMAYILOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Mart 2026 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri