Icma.az
close
up
RU
“Sərhədlərin bağlı qalması Gürcüstandakı soydaşlarımıza təsir edir” POLİTOLOQ

“Sərhədlərin bağlı qalması Gürcüstandakı soydaşlarımıza təsir edir” POLİTOLOQ

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Gürcüstanla sərhədlərimizin bağlı qalması üçün heç bir təhlükə yoxdur və sərhədlərin açılması zəruridir. Orada təxminən yarım milyon soydaşımız və onların Azərbaycanda qohum-əqrəbaları yaşayır”.

Bunu Gununsesi.info-ya açıqlamasına politoloq Zaur Bayramlı deyib:

“Nazirlər Kabinetinin son qərarı ilə oktyabrın birinə qədər xüsusi karantin rejimi uzadılıb. Məncə, bu qərar tam məntiqli deyil. Birincisi, Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın artıq başa çatdığını rəsmi olaraq elan edib. Həmçinin, xatırladığım qədər, bir neçə ay əvvəl Prezident çıxışlarından birində sərhədlərin bağlanmasının təhlükəsizlik səbəbi ilə əlaqəli olduğunu vurğulamışdı. Yəni, bunu karantin rejimi adlandırmaq o qədər də düzgün deyil.

Təbii ki, müəyyən dövlətlər Azərbaycanın milli təhlükəsizliyi üçün potensial təhdid yaradır. Açıq danışmaq lazımdırsa, şimalda Rusiya, cənubda isə İran buna nümunədir. Hər iki ölkə müəyyən mənada müharibə şəraitindədir.
Rusiya Ukraynada işğal siyasətini davam etdirir, İran isə İsraillə müharibə gözləntisi içərisindədir.

Bu baxımdan, bu iki ölkə ilə sərhədlərin müəyyən müddət bağlı qalması məntiqli görünə bilər. Xüsusilə də, İsrail və İran arasında keçən dəfə baş vermiş 12 günlük atışma zamanı sərhədlər açıq olsaydı, çox sayda Cənub Azərbaycandan soydaşımız Şimal Azərbaycana gəlməli olardı.

Bu məsələ hələ də gündəmdədir. İran və ya Rusiya ilə potensial uzunmüddətli münaqişə halında yüz minlərlə, hətta milyonlarla insanın Azərbaycana köçü mümkün ola bilər və ölkəmiz bunun öhdəsindən gələ bilməz. Buna görə, İran və Rusiya ilə sərhədlərin bağlı qalması müəyyən qədər məntiqli sayılır”.

Zaur Bayramlı qeyd edib ki, Gürcüstanda yaşayanlar üçün təyyarə biletləri çox baha satılır və hər kəs onları ala bilmir:

“Gürcüstanla sərhəd rayonlarımız – Qazax, Ağstafa və Tovuz – əhalisi ticarət vasitəsilə dolanışığını təmin edir. Sərhədlərin bağlı qalması onların həyat səviyyəsinə ciddi təsir göstərib. Mən özüm bu bölgəyə səfər edərək buna şahid olmuşam.

Gürcüstanla sərhədlərin açılması həm də Türkiyə ilə sərhədlərin açılması anlamına gələcək. Belə ki, Bakıdan çıxan avtobus xətləri, eyni zamanda Türkiyə ilə də nəqliyyat əlaqəsi bərpa olunacaq.

Türkiyə və Gürcüstandan Azərbaycanın milli təhlükəsizliyi üçün heç bir təhdid yoxdur, buna görə də sərhədlərin açılması lazımdır. Təəssüf ki, yaxın aylarda bunun baş verəcəyini gözləmirəm, amma yenə də hökumətdən məntiqli bir qərar gözləyirik”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 29 Avqust 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri