Icma.az
close
up
RU
Səricanovun oğlu Bakıda kimlərə qarşı terror planlaşdırıb? ŞOK ADLAR

Səricanovun oğlu Bakıda kimlərə qarşı terror planlaşdırıb? ŞOK ADLAR

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış QHT sədri və hərbi-siyasi ekspert Telman Qasımov, teleaparıcı Kamran Həsənli və siyasi şərhçi Elçin Alıoğluna qarşı terror aktı planlaşdırılması iddiası üzrə məhkəmə iclası işə başlayır.

Modern.az xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə məhkəməyə hazırlıq iclası keçiriləcək. 

Məhkəmə prokurorluq, müdafiə tərəfi və zərərçəkmişlər iştirak edirlər.

İttihama görə, Səricanov Əbülfəz Azər oğlu tərəfindən zərər çəkmiş şəxslər - Qasımov Telman Alyoşa oğluna, Ağacanov Elçin Əli oğluna və Həsənli Kamran Həsən oğluna qarşı cinayət planlanıb və törətmək niyyətində olub. 

Səricanov Əbülfəz Azər oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 28-ci (cinayətin hazırlanması və təşkili) və 277-ci (dövlət və ictimai xadimin həyatına qarşı sui-qəsd və terrorçuluq) maddələri ilə təqsirləndirilir.

İttiham aktında qeyd olunur ki, Əbülfəz Səricanov Telman Qasımlı, Kamran Həsənli və Elçin Alıoğlunun həyatına qarşı ciddi təhdid təşkil edən planlar hazırlayıb. 

Zərərçəkmiş şəxs kimi adı çəkilən Telman Qasımov, Kamran Həsənli və Elçin Alıoğlu məhkəməyə cəlb edilib və prosesdə ifadə verəcəkləri gözlənilir. (mənbə: demokrat.az)

***

14:46

Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsdə görə ömürlük həbs cəzası almış Azər Səricanovun oğlu Əbülfəz Səricanovun cinayət işi üzrə məhkəmə başlayıb.

Modern.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Cinayət işi məhkəmə baxışına verilib.

Qeyd edək ki, Əbülfəz Səricanov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.

Ona DTX-də başlanılmış cinayət işi üzrə AR Cinayət Məcəlləsinin 28.277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etməyə hazırlıq) maddəsi ilə ittiham elan olunub.

Bu maddənin sanksiyasında 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Oktyabr 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri