Icma.az
close
up
RU
Şərif Ağayar üzr istədi, məsələ qapandı? “Bəs muğam ifaçıları?” Rəşid Behbudovun kürəkəni narazıdır

Şərif Ağayar üzr istədi, məsələ qapandı? “Bəs muğam ifaçıları?” Rəşid Behbudovun kürəkəni narazıdır

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Bildiyimiz kimi, tanınmış yazıçı Şərif Ağayar sosial şəbəkədə Azərbaycan musiqi mühitində kişi ifaçılığını sərt şəkildə tənqid edib. 

Onun paylaşımında işlətdiyi bəzi ifadələr isə ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Yazıçının muğam və Xalq artisti Rəşid Behbudovun sənəti ilə bağlı səsləndirdiyi fikirlər sənətkarın ailə üzvləri, yaxınları və çoxsaylı pərəstişkarları tərəfindən kəskin şəkildə qınanıb. Yaranan ictimai reaksiyalardan sonra Şərif Ağayar mövqeyinə aydınlıq gətirərək üzrxahlıq mətni yayımlayıb. 

O bildirib ki, qalmaqala səbəb olan statusunda məqsədi heç vaxt Rəşid Behbudovu və ya onun sənətini aşağılamaq olmayıb. Bununla belə, Rəşid Behbudovun qızı Rəşidə Rəşid mediaya açıqlamasında yazıçının üzrxahlığını qəbul etmədiyini bildirib. 

Məsələ ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında mərhum Xalq artisti Rəşid Behbudovun kürəkəni, Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdi bildirib ki, yazıçı üzr istəyib, lakin məsələ bununla bitmir.

O vurğulayıb ki, bu cür açıqlamalar bütövlükdə Azərbaycan mədəniyyətinə hörmətsizlikdir: 

"Düşünürəm ki, Rəşid Behbudovla bağlı səsləndirdiyi fikirlərə görə üzr istəyib. Amma yaxşı olardı ki, muğam haqqında və muğam ifaçıları barədə söylədiyi cəfəngiyyat fikirlərə görə də xalqdan üzr istəsin. İndi Rəşid Behbudova görə bizdən üzr istədi, deyək ki, biz bunu qəbul etdik. Amma söhbət təkcə Rəşid Behbudovdan getmir.  O, Azərbaycanın minillik sənətini aşağılayıb. Yaxşı olardı ki, buna görə xalqdan da üzr istəsin". 

Kamil Şahverdi məhkəmə məsələsinə toxunaraq qeyd edib ki, bu addım üzr istənilənə qədər idi: 

"Düzdür, artıq statusunu silib. Amma kaş ki, ümumiyyətlə, olmayaydı, belə fikirlər səsləndirilməyəydi. İndi oldu və üzr istəyir. Üzr istəmək özü də bir hadisədir. Yaxşı, biz bunu qəbul etdik, amma muğamın aşağılanması məsələsi necə həll olunacaq, onu bilmirəm. 

Məhkəmə məsələsinə gəlincə, o, üzrə qədər idi. Məncə, artıq onun əhəmiyyəti yoxdur. Düzdür, əslində əhəmiyyəti var ki, başqalarına dərs olsun. Amma insandır, üzr istədi. Amma indi muğam ifaçıları ilə bağlı necə olacağını bilmirəm". 

Əfsanə Rəcəb 
"Cebheinfo.az"

 

Açar sözlər: Şərif Ağayar Kamil Şahverdi

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Yanvar 2026 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see211

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see186

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see148

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri