Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

SƏRKƏRDƏ GÜCLÜ OLAN YERDƏ…

SƏRKƏRDƏ GÜCLÜ OLAN YERDƏ…

Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hər bir ölkənin, hər bir dövlətin və hər bir məmləkətin başçısı olur. Daha doğrusu, bu başçıya  ya prezident deyirlər, ya da baş nazir. Əsas məsələ odur ki, həmin vəzifəni xalqın seçkisi  və iradəsi ilə qazanan prezident millətin bu etimadını doğrultsun. Vətənin ağır və xoş günündə onu  seçən və sevən xalqının yanında olsun. Bizim millətin də bu sarıdan  bəxti gətirib. Öncə Ulu Öndər Heydər Əliyev, ondan sonra isə prezident İlham Əliyev xalqın ən ağır və ən çətin günündə onun yanında olub, dərdinə, sərinə məlhəm qoyub, milləti  ağ günə çıxarmaq üçün bütün qüvvəsi ilə çalışıb. 

Təbii ki, Azərbaycanın da çox ağır  və məşəqqətli günləri olub. Bir tərəfdən  yenicə müstəqilliyini  əldə etmiş ölkəmiz iqtisadi cəhətdən güclənməli, digər tərəfdən isə işğal altında olan  20 faiz ərazisini  azad etməli idi. Bununla  yanaşı, ermənilər  30 ildən çox öz havadarlarının  və arxasında duran  dövlətlərin  köməkliyi ilə bu çirkin siyasəti davam etdirir, yeni-yeni ərazilərimizin işğal olunması ilə bağlı  bəyanatlar  səsləndirirdi. Amma onlar onu bilmirdilər ki, artıq Azərbaycan 90-cı illərin əvvəllərindəki  ölkə deyil. Bu  ölkə Ulu Öndər Heydər Əliyevin və İlham Əliyevin hakimiyyəti dövründə iqtisadi-siyasi və hərbi cəhətdən  çox böyük uğurlar əldə edib. Yəni  Azərbaycan  istər dünya siyasətində, istər dünya iqtisadiyyatında artıq öz sözünü deyib  və üstəlik də ölkəmizə İlham Əliyev kimi Ali Baş Komandan, prezident rəhbərlik edir. 

Təəssuf ki, ermənilər  bax, bu  məsələləri  yaddan  çıxartdılar və işğal etdikləri ərazilərimizi yenidən  atəşə tutmaqda israrlı oldular. 2020-ci ilin  sentyabrın  əvvəllərində bu atəşkəs daha da tez-tez pozuldu və ermənilər  yaşayış sahələrimizi, ərazilərimizi  atəşə tutmaqda davam etdilər. Üstəlik də bir neçə diversiya dəstəsi  gizli yollarla  ərazilərimizə daxil olub orda mina basdırıb, əsgərlərimiz də mülki əhalimiz üçün böyük  təhlükə  törədirdilər. Təbii ki, artıq  bıçaq  sümüyə dirənmişdi. Yəni səbrin də bir həddi vardı, çünki 30 ildən  çox idi ki, torpaqlarımızın işğal olunması ilə bağlı BMT-nin çıxartdığı 4 qətnamə icra edilməmiş qalırdı. Elə erməniləri də məhz bu məsələlər ruhlandırırdı. Düşünürdülər ki, hələ indən sonra bu problem daha da dondurulacaq və onlar 30 il də torpaqlarımızı işğal altında saxlayacaqlar.

Ali Baş Komandan İlham Əliyevin əmri ilə  2020-ci il sentyabrın  27-də Azərbaycan ordusu  Füzuli istiqamətində əks hücuma  keçdi. Aydındır ki, bu döyüş elə-belə döyüş deyildi. Çünki ordumuz uzun illən belə bir müharibəyə hazırlaşmış, özünün hərbi arsenalını ən müasir  silahlarla  təchiz etmişdir. Heç şübhəsiz, bunlar hamısı prezident  İlham Əliyevin bilavasitə göstərişi və rəhbərliyi ilə həyata keçmişdi. Sentyabrın 27-də əks hücuma  keçən əsgərlərimiz bir neçə günün  içində Füzulinin işğal altında olan kəndlərini azad etdi və bu kəndlərin azad edilməsi hər bir əsgərimizdə böyük ruh yüksəkliyi, nikbinlik və mübarizlik duyğuları  yaratdı. Əlbəttə, ermənilərin  uzun müddət apardığı  təbliğat  sabun köpüyündən başqa bir  şey olmadığını  göstərdi. Yəni göstərdi ki,  erməni ordusu  onların dedikləri  qədər də güclü və qüdrətli deyil. Həm də bu hücum onu təsdiq etdi ki, qüdrətli Azərbaycan Ordusunun  qarşısında ermənilərin  ordusu  və əsgərləri çox acizdir. Onlar uzun müddət  ona arxayın idilər ki, keçilməz müdafiə xətləri, səngərlər  qurublar. Və bu xəttə də ermənilər «Ohanyan səddi» deyirdilər. Doğrudan da bu sədd 4-5 keçilməz müdafiə xəttindən  ibarət idi. Yollar minalanmış, ondan sonra böyük kanallar qazılmış, bununla yanaşı həmin kanallara  su buraxılmış, tankların və  digər ağır texnikaların  keçməməsi üçün ən müasir  texnika və texnologiyadan  istifadə edilmişdir. Sonrakı mərhələlərdə  tikanlı məftillər, yenə minalar, yenə səngərlər… Amma bu çətin və keçilməz müdafiə xəttini  Azərbaycan Ordusu çox yüksək  peşəkarlıqla və igidliklə yardı. Ermənilərin müdafiə xətti yarıldıqdan sonra onlar  çaş-baş qaldılar. Artıq  oktyabrın  əvvəllərində onlarla Füzulinin  və Cəbrayılın işğal altında  olan yaşayış məntəqələri, kəndləri azad edildi. Həm də azad edilən  kəndlərdə və yaşayış məntəqələrində əsgərlərimiz Azərbaycan bayraqlarını  sancdılar və həmin məntəqələrin  və kəndlərin  azad olunması ilə bağlı generallarımız ilk məlumatı Ali Baş Komandan, prezident İlham Əliyevə verdilər. Cənab prezident də televiziyadakı çıxışlarında həmin kəndlərin və yaşayış məntəqələrinin adlarını xalqımıza çatdırdı. Həmin anların sevincini on milyonluq xalq yaşadı və hər gün biz o qələbənin gəlişini gözləyirdik. O qələbə gəlirdi və cənab prezident də azad olunan  kəndlərimizin yeni siyahılarını millətimizə çatdırırdı. 

Artıq Azərbaycan Ordusunun ildırım sürətli hücumunun qarşısını ermənilər ala bilmirdilər. Cəbrayıl şəhəri azad olunandan sonra bu hücum daha da geniş sürət aldı. Ermənilər Füzuli şəhərinin  azad olunmasının qarşısını almaq üçün hər cür vasitədən istifadə edirdilər. Amma  bu dəfə də generallarımız Ali Baş Komandanın rəhbərliyi ilə taktiki gedişlər elədi. Hadrut şəhəri  alındı və ondan sonra Füzuli şəhəri və onun kəndləri erməni işğalından azad olundu. Bu anları, bu dəqiqələri xalqa çatdıran Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev dünyanın ən güclü sərkərdəsi idi desək, çox gözəl olar.

Bəli, o böyük və qüdrətli sərkərdənin rəhbərliyi ilə Azərbaycan  Ordusu sentyabrın  27-dən noyabrın  10-na qədər  davam edən İkinci Qarabağ savaşında Qubadlını, Zəngilanı, Şuşanı azad elədi. Şuşanın  azad olunması isə birmənalı olaraq erməniləri təslim aktını imzalamağa məcbur etdi. Çünki «Laçın dəhlizi» Azərbaycan Ordusu tərəfindən alınandan sonra ermənilərin  30 min əsgəri mühasirəyə düşmüşdü. Onların qırılmasından və əsir düşməsindən qorxan Ermənistanın baş naziri Nikol Paşinyan və onun havadarları məcbur olub 10 noyabr üçtərəfli Bəyannaməsinə imza atdı.
Bir xalqın ki qüdrətli və güclü Ali Baş Komandanı, sərkərdəsi var, o xalqa heç vaxt ölüm yoxdur. Məhz Azərbaycanın da İlham Əliyev kimi Ali Baş Komandanı və qüdrətli ordusu var. Bu ordu  44 günlük İkinci  Qarabağ savaşında tariximizə yeni bir qızıl hərflərlə yazılan möhtəşəm qələbə həkk etdi. Bu qələbə işğal altında olan Qarabağ torpaqlarının azad edilməsi idi!

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://adalet.az
archiveBu xəbər 02 May 2025 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see560

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see547

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see540

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see474

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see459

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see436

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see368

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see360

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see353

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see330

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see320

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see312

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see307

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see302

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see301

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see294

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see293

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see293

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see280

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see279
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri