Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Bunları hər kəs bilməlidir!

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Şerlərində gələcəyini görən şəhid telejurnalist Alı Mustafayev

Şerlərində gələcəyini görən şəhid telejurnalist Alı Mustafayev

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Qarakənd terrorunda həlak olmuş 22 nəfərdən biri telejurnalist Alı Mustafayev olub. 39 yaşında şəhid olan Alı 1990-cı illərin hadisələrinin sənədləşdirilməsində mühüm rol oynayıb. 

Bacısı Maral Mustafayeva Modern.az-a müsahibəsində onun necə yaradıcı və fədakar insan olmasından, əzmkarlığından danışıb.  

- Alı Mustafayevin kiçik bacısı kimi onu necə xatırlayırsınız?

- Alı aşağı yaşlarından şer yazırdı. Şerlərində öz gələcəyini görürdü. Lakin yazılarını gizlədirdi. Yazıb hansısa kitabın ya dəftərin arasına qoyurdu. Biz deyəndə ki, baxaq, oxuyaq, deyirdi:  "Mən sandıq şerləri yazıram. Vaxt gələr, yazdığım şerlər oxunar, kitabı çap olunar". 

Elə də oldu. Şerləri kitab halında çap edildi. Amma əlyazmalarından itirdiklərimiz də var. Həmişə evin müxtəlif yerlərindən onun əlyazmalarını tapmışıq. Hərbi xidmətdə olanda da yazırdı..

Alı Bakı Maşınqayırma Zavodunda bir müddət  tornaçı işləsə də yaradıcılıqdan, jurnalistikadan heç zaman ayrılmayıb. İşlədiyi zavoda aid qəzetin müəlliflərindən biri idi. Müəssisədə də bununla işçilərin rəğbətini qazanmışdı.

O ailə üzvlərinə qarşı həssas idi. İnsanın üzündən onun qəlbini oxuyurdu. Evdə kiminsə kefi olmayanda dərhal onu kənara çəkib çətinliyini soruşardı. Hamıya qayğıkeş idi. Mən ondan 10 yaş kiçik idim. Yazdığı "Anama məktub" şerində belə bir bənd var: 

"Bu ay pul göndərmə, əzizim, Ana,
Qəzetdən qonorar almışam dünən
Verərsən balaca bacımçün dona
Bəsimdir, bir aylıq, yaşayaram mən"

Alının tələbə yoldaşı, sonralar iş yoldaşı olan Mirzə Yusifoğlu onun  əksər şerlərini toplayıb beşə yaxın kitab nəşr etdirib. İlk kitab 1992-ci ildə "Dəli bir ağlamaq keçir könlümdən" şerlər toplusudur.

Öz gələcəyinin özü görürdü. Şerlərində adını tarixə yazan bir adam kimi hiss olunurdu.

Arzuları çox yüksək idi. Bizlə oturub söhbət edəndə də deyirdi ki, həyatda iz buraxmaq, gözəl insan kimi yaşamaq lazımdır. Gələcək nəsillər bizi yaxşı xatırlamalıdır.

- O illərin gərginliyi şəraitində qardaşınızla görüşə bilirdinizmi? 

- Alı Mustafayev Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alarkən artıq tanınmış telejurnalist kimi fəaliyyətə başladı. Azərbaycan Televiziyasında yayımlanan "Hünər" verilişində çalışırdı. 

1990-cı ilin 24 martında törədilmiş Bağanıs Ayrım qətliamının telereportyor kimi  çəkilişini aparmışdır. Cinayətin ağır nəticələrini görən Alı dərin sarsıntı keçirmişdi. Lakin əzmi qırılmırdı.

Alı Mustafayev 20 noyabr faciəsindən əvvəl də 2 dəfə vertolyot qəzasına düşüb. İkinci dəfə 1991-ci ilin aprel ayında Ağdam ərazisində baş verən qəzada Alı böyrəyini itirir. Aldığı zərbəni hiss etmir, müxbirlik işini davam etdirir. Yalnız ağrı kəskinləşəndən, huşunu itirəndən sonra yoldaşları onun yarasından xəbər tutur...

Alı Mustafayevin son günlərini xatırlamaq sizə çətin olmazsa, bir qədər danışardınız.

Deyirlər, yuxu yalandır...  Alını yaxşı görməmişdim.  Mən onun şəhid olacağını hiss etmişdim. Həmən gün səsini eşitmək üçün qəfildən həsəd apardım. Sanki, illərlə ondan uzaq olmuşam. 

O vaxt mobil telefon yox idi. Əvvəl həyat yoldaşına zəng etdim. Alı deyibmiş ki, günorta saatlarında Bakıya qayıtmalı idilər. Həmən dövrdə İcevan görüşləri hələ davam edirdi. Alı əvvəl ora gedib gəlmişdi. Qarakənddən qayıdıb görüşdən yazının montajını hazırlayacaqdı. Həmən gün, səhər saatlarında Alının iş yerinə də zəng etdim. Dedilər, Alı Qarabağa ezamiyyətə yola düşüb..

Qardaşımın şəhidlik xəbərini hamı ilə bir vaxtda eşitdim. Əvvəl heç bir məlumat yox idi. Azərbaycan Televiziyasında simfoniya musiqisi səslənirdi. Terror xəbəri yayıldıqdan sonra bizim qapımıza çoxlu adam yığılmışdı. Sanki hamının qulağı səsdə idi. Bütün xalq faciəni yaşayırdı.

- Qardaşınızın xatirəsinin yaşadılması sizə təskinlik verirmi?

Şəhid analarını, bacılarını çox gözəl başa düşürəm. Xalqımız qədirbiləndir. Ailəmiz adından xalqımıza təşəkkür edirəm.  Azərbaycanın hər yerində Alının adı yüksək tutulur. Qazax Rayonu İcra Hakimiyyəti hər zaman qayğı göstərir. Ölümündən tezliklə sonra oxuduğu Qazaxbəyli orta məktəbi adını daşıdı. Ağstafada da bir məktəb onu yaşadır. Adına gəmi istifadəyə verilib, Bakıda küçə və məktəb onun adını daşıyır. Kəndimizdə xatirəsinə bulaq sakinlərin istifadəsindədir. Qazax şəhərinin özündə də şəhid qardaşım üçün bulaq var.  Alının 65 illiyi də qeyd edilib.

Bərdədə 5 nömrəli tam orta məktəb var. Alı Mustafayevi xüsusi yaşadan məktəblərdən biridir. Şəhidimizin ad günlərində, ildönümündə, son zəngdə  bizi unutmurlar, qonaq kimi dəvət edirlər. İki il bundan qabaq, qardaşımın il dönümündə Şəhidlər Xiyabanında idim.  Hansısa məktəbin şagirdlərini gətirmişdilər. Uşaqlar Alının şerlərini ağlaya-ağlaya deyirdilər. Mən də ağladım. Belə müəllim kollektivinə, belə valideynlərə çox minnətdaram.
Anam 2015-ci ildə rəhmətə getdi. Heç nə onu ovundurmurdu. Gözünün yaşı yeməyinə qarışırdı. Heç bir hədiyyə, uşaq, xoş söz onu ovundurmadı. Alının şəhidlik xəbərini eşidən anam kaş ki, zəfərimizi də görə bilərdi.
Düşünürük ki, zəfərimiz sizə ən böyük xəbərdir. 

Çox şükür Allaha ki, vətənimizin ayrılmaz parçası azad olundu. Prezidentimiz verdiyi sözü yerinə yetirdi. Gecə saatlarında zəfər xəbərini eşidəndə mən sevinc hissində boğulurdum. Qan təzyiqim, ürək xəstəliyim olsa da həmən gün evimdən Şəhidlər Xiyabanına ağlaya-ağlaya getdim:

"Alı, bədəninizin yağının yandığı torpaqlar alınıb"..

Allah sülhümüzü, vətən və xalq bütövlüyümüzü əbədi etsin. Allah şəhidlərinə rəhmət etsin, onsuz da onların yeri behiştdir. Bundan sonra heç bir qadın şəhid anası olmasın. Bundan sonra hər zaman xoş günlər lentə alınsın.
Qarakəndə tezliklə getmək istəyirəm. Şəhidlərimizin ruhlarının asiman ucaldığı yeri görmək üçün. Allah mənə ömür versin ki, qardaşımın şəhid olduğu torpağı gedib öpə bilim.

Mən ona görə sevinirəm ki, siz Alını yad edirsiniz, yaşadırsınız. Deməli, şəhidlərimiz unudulmur. Şəhid ailələrinin təskinliyi elə budur. 

Cavid Zahidoğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Noyabr 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see557

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see306

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see260

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see252

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see243

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see237

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see231

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see229

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see220

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see218

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see210

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see202

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see202

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see199

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see195

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see192

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see191

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

03 Noyabr 2026 20:40see179

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri