Sərnişin gəmisi batdı: 78 nəfər öldü, 57 nəfər itkin düşüb
Icma.az bildirir, Milli.az portalına istinadən.
İndoneziya sahillərində, Yava dənizində sərnişin gəmisinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb.
Milli.Az xəbər verir ki, bu barədə "Xinhua" ölkənin Milli Axtarış və Xilasetmə Agentliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, xilasetmə komandaları itkin düşən 57 nəfərin axtarışlarını davam etdirir. Daha 108 nəfər isə təhlükəsiz şəkildə təxliyə olunub.
Göyərtəsində 243 sərnişinin olduğu "Virgo Transport 8" gəmisi sentyabrın 12-də Şərqi Yavadakı Surabayadan Cənubi Kalimantandakı Bancarmasin istiqamətində yola düşüb. Pis hava şəraiti səbəbindən sentyabrın 13-də gəmi ilə əlaqə kəsilib.
Xilasedicilər cəsədləri gəminin qalıqları altından və Mərkəzi Kalimantan əyalətinin sahilləri boyunca aşkar edərək çıxarıblar.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 30 Sentyabr 2026 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















