Icma.az
close
up
RU
Sərnişini harada düşürək ki, cərimələnməyək? Video

Sərnişini harada düşürək ki, cərimələnməyək? Video

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Bakı yollarında ən ciddi problemlərdən biri də sərnişinlərin uyğun yerlərdə avtomobildən düşə bilməməsi ilə bağlıdır. Sürücülər sərnişini düşürmək üçün cərimə olunmasın deyə, avtobus zolağına daxil ola bilmir. Bu halda avtomobil yolun hərəkət istiqamətində - ikinci zolaqda saxlanılır ki, bunun özü də həm cərimə, həm də sərnişinin həyatı üçün təhlükə deməkdir. Birinci halda sürücülər 100 manat 2 bal, ikinci halda isə 80 manat cərimə olunurlar. Və ən maraqlısı budur ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən sürücülərə alternativ variant buraxılmayıb. Bəs, sərnişini harada düşürək?

“Qafqazinfo” xəbər verir ki, sözügedən problem Azərbaycan Radiosunda yayımlanan “Avtoreyd” proqramında müzakirə olunub.

Müzakirəyə isə Baş DYP İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev qoşulub. Qurum rəsmisi də etiraf edib ki, yollarda müəyyən çatışmazlıqlar var. Amma bu, onların səlahiyyətində olan məsələ deyil:

“Bu gün mən də yol hərəkətinin təşkilində müəyyən çatışmazlıqların olduğunu düşünürəm. Bəzən taksi sürücüləri öz narazılıqlarını dilə gətirirlər ki, sərnişin avtobus zolağına düşür, bu da onun həyatı üçün təhlükə yaradır. Eyni zamanda da, sürücülər cərimələnir. Ümumiyyətlə, Bakıda və digər bölgələrimizdə yol hərəkətinin təşkili ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məşğul olur. Hərəkətinin təşkilində müəyyən çatışmazlıq olduğunu qurum olaraq biz də deyirik, müəyyən təkliflər də irəli sürürük. Amma qaydalara da əməl etməliyik. Biz bu gün sərnişini mindirib-düşürmək üçün şərait yaratmamışıq. Gətirib xəstəxananın qarşısında “dayanmaq qadağandır” nişanı qoyulur və bununla bağlı bizə çoxsaylı müraciətlər daxil olur. 

Qurum rəsmisi bildirib ki, BŞDYP sadəcə, məsələyə qanuni tərəfdən yanaşır. 

Avtobus zolaqlarına daxil olan sürücülər cərimələnməsə, aidiyyəti qurum dərhal müraciət edir ki, zolaqlara bu qədər maşın daxil olur, amma BŞDYP onlarla bağlı tədbir görmür”. 

Daha ətraflı videoda:

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:415
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 Noyabr 2024 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see516

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see384

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see289

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see284

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see277

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see277

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see269

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see248

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see247

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see246

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see243

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see230

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see222

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see217

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see217

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see196

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see188

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see181

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see175

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri