Icma.az
close
up
RU
Sərnişinlərin nəzərinə: Qatarlar Əhmədli stansiyasına qədər hərəkət edəcək Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Sərnişinlərin nəzərinə: Qatarlar Əhmədli stansiyasına qədər hərəkət edəcək Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

Noyabrın 30-dan Bakı metropoliteninin Qırmızı xəttinin "Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərinə başlanılır.

AZXEBER.COM "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir ki, bu stansiyanın dalanı qatarların bir yoldan digərinə keçirilməsi, gecələməsi, baxış, xidmət, qulluq və kiçik həcmli təmir işləri üçün nəzərdə tutulmuş texniki sahədir.

İstismar dövrünün qeyri-əlverişli hidrogeoloji şəraiti stansiyanın yol dalanında tunelin konstruktiv elementlərinə mənfi təsir edib. Davamlı təsirlər nəticəsində yan və orta divarlarda erroziyanın intensiv xarakter aldığı müşahidə olunub. Blok və örtük panellərində mühafizə qatının betonu qopub, işçi armaturlar korroziyaya uğrayaraq deformasiyaya məruz qalıb və proses davamlı xarakter alıb. Yükdaşıyan konstruksiyaların dayanıqlığının yoxlanılması və gücləndirmə işlərinə zərurət barədə rəyi Fövqəladə Hallar Nazirliyinin tabeliyində Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu verib.

Qeyd edək ki, stansiyanın inşası 1981-1987-ci illərdə mühəndis-geoloji və hidrogeolojı tədqiqatlara görə aqressiv kimyəvi torpaq qatına malik ərazidə aparılıb. Sonrakı illərdə tikintinin dayandırılması, eləcə də ərazinin hidrogeoloji vəziyyətində kəskinliyin artması yol dalanında mövcud vəziyyətin yaranmasının əsas səbəbidir.

Hərtərəfli araşdırma və təhlillər belə nəticəyə gətirib ki, konstruksiyaların izolyasiya qatı zədələnərək keyfiyyətini itirdiyindən 20 ildən artıq istismar dövrü və qrunt suları stansiyanın yol dalanının konstruktiv elementlərinə təsirsiz ötüşməyib və təmiri qaçılmaz edib.

Stansiya dalanının təmiri ilə əlaqədar keçirilmiş tenderin qalibi "Evrascon"- Avropa-Asiya Tikinti Korporasiyası bütün prosesi 6 mərhələdən ibarət olmaqla təmin edəcək. Sahədə tikinti-bərpa işləri üçün hazırlıq tədbirləri görülüb və təşkilati məsələlər həllini tapıb. Yükdaşıyıcı konstruksiyaların davamlılığını təmin etmək məqsədilə yaxınlıqdakı şaxtanın yerüstü sahəsində dalan tunelinin istinad divarına qədər pandus qazılıb. Pandusun quraşdırılması üçün svaydan istifadə olunub. Bu işlər son mərhələsindədir.

Təmir zamanı mövcud təsərrüfat demontaj ediləcək, dalan qurğusu və konstruksiyalar söküləcək. Müvəqqəti metal çərçivələrdən istifadə olunmaqla örtük tavası gücləndiriləcək. Dalan yollarının divar bloklarında və panellərdə aqressiv qrunt sularının və ağır geoloji şəraitdə erroziyanın təsirləri aradan qaldırılaraq, beton bloklar, divarlar, sərt özül betonu, dalan qurğusu, konstruksiyalar, yolun üstquruluş elementləri layihə əsasında yenidən qurulacaq.

Görüləcək işlər çərçivəsində infrastrukturla bağlı bütün sahələr yenilənəcək. Bu zaman enerji təsərrüfatı, habelə dalan yollarının elektrik təchizatı və avadanlıqlar müasirləşdiriləcək. Rabitə, işarəvermə, videomüşahidə, kommunikasiya, ünvanlı yanğın siqnalizasiya, su, kanalizasiya, havalandırma və digər sistemlər yenidən qurulacaq.

Yenidənqurma çərçivəsində dalan yolları ən müasir texnologiyalar üzrə yenidən qurulacaq. Layihəyə əsasən, dalan yolları dəmir-beton bloklar üzərində, yoldəyişdirici qurğular isə dəmir-beton monolit özül üzərində quraşdırılacaq.

Ümumiyyətlə, təmir zamanı ən dayanıqlı materiallardan, müasir dövrün infrastruktura uyğun son texnoloji yeniliklərindən istifadə olunacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 26 Noyabr 2024 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see403

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see386

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see336

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see299

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see299

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see291

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see257

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see249

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see230

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see223

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see209

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see179

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see148

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see139

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see139

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see133

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see131

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri