Icma.az
close
up
RU
Şərq dəftəri Sevinc Çılğının hekayəsi

Şərq dəftəri Sevinc Çılğının hekayəsi

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Kulis.az "Hekayə müzakirəsi" layihəsində Sevinc Çılğının "Şərq dəftəri" hekayəsini təqdim edir.


Günün biri bezdim hər şeydən. Nə dəniz, nə sahil, nə də istirahət gəzintiləri əvvəlki kimi cazibədar göründü. Qaynar günəş üz-gözümüzü, qollarımızı yandırsa da, Henrinin istəyilə şəhərin pis qoxulu küçələrini dolaşıb isti asfalt üstündə yeriməyə qərar verdik. Səkilər boyunca sıraya düzülmüş dükanlarda buz kimi sular olmasaydı, nəfəs almaq müşkül olardı. Yarısı içə, yarısı dışa süzülən suların sərinliyi ötəri, başaldadan kimiydi. Dadını, ləzzətini itirmiş hər şey kimi günün istisi də mənasız idi. Qaş qaralıncayadək gəzmək, pinti adamların yaşadığı məhəllələrdə boş-boşuna dolaşmaq sonuna tələsən ömrümüzə meydan oxumaqdı sanki. Dar küçələrin kələ-kötür səkilərində köhnə adamlar qara daminoları şaqqıldadır, uzun nərdin ətürpədən daşlarının şappıltısı əsəblərə toxunurdu. Yarımçıq qadınlarsa sapları çürümüş zivələrə nimdaş pal-paltarlarını sərir, arabir qənşərində əllərini belinə dayayan qonşularla mızıldanırdılar. Bu nuh əyyamından qalma məhəllənin uşaqları da balaca kişilərə bənzəyirdi. Biz tanış olmayan bu xudmani şəhərin qədim qoxan məhəlləsində addım-addım yeriyir, doğma Roma küçələrini yad edirdik.
***
Otelin səhər yeməyi mədəmi bulandırmışdı. Otağa dönər-dönməz tualetə üz tutdum. Bir az öncə yediklərim unitazın ortasında iyrənc və kobud görünürdü. Üstünə bir də tüpürdüm və suyu buraxdım.
Otağa keçdim. Sən demə, yeməyə düşəndə televizoru söndürməyi unutmuşuq. Ekranda üzünə yağlı boyalar çəkmiş, klounları xatırladan bir qadın yöndəmsiz əl-qol hərəkətləriylə mahnı oxuyurdu. Henri vanna otağından atılıb televizorun səsini artırdı. Oğrun-oğrun gülümsədi. Onun gözlərindəki ehtirası duymamaq mümkün deyildi.
***
Romada sonuncu günü xatırladım. Qocalar evinə apardığım anamın sadəlövh baxışları yadıma düşdü. Qayıdınca geri alacağıma, hətta elə həmin səhər onu atamın sümükləri çoxdan çürümüş məzarına aparacağıma ümid saçırdı o gün. Həyatını yad kişilərin qucağında sınıq-salxaq otel çarpayılarını cırıldatmaqla yaşayan anam indi məndən mərhəmət umurdu. Sayını itirdiyi xəyanətlərini unudub atama “bax sənə sadiqəm” deyə daha bir oyun oynayacaqdı.
***
Dolabın üstündən Henrinin burdan aldığı muncuqlar baxırdı. Füruzəyi rəngli muncuqların doxsan doqquzu noxud, ikisi isə düyü boydaydı. Düzü, Henrinin qara, uzun saqqallı, başında şərqin müqəddəslərinə məxsus örtüsü olan o saxtakar molla deyilən adama aldanıb üç yüz dolları buna necə qıydığını anlamırdım. Onu dolabın üstündən götürüb otağın sağ küncündə duran bədənnüma güzgüyə yaxınlaşdım. Boynuma taxdım. Axı bu mənasız muncuqlar boyunçun da yaramırdı. Henri bununla nə edəcəkdi?!
***
Sevdiyim tuflilərimi Romada qoydum. Necə olsa burda işə yalnız istiyə dözəcək sadə çəkmələrim yarayacaqdı. Ancaq bu gün hava dəyişdi. Çox ağılsız bir külək bayaqdan pəncərələrə çırpılır və mən bu qəfil çırpıntılardan diksinirəm. Henri bu qədər vaxtı bu dəlisov küləklərə necə səbr edib deyə heyrət edirəm. O ki sakitliyi sevən adamdır. Bu axmaq iş onu rahatlığından vaz keçirəcək qədər güclüdürmü? Axı o, Romada havalar dəyişər-dəyişməz qismən mülayim ölkələrə səfər edirdi.
***
Axşam yeməyini oteldə yeyib Henrinin kirayələdiyi evə baxmağa gedəcəkdik. Ev sahibi saat 9-dan sonra gəlməmizi istəmişdi. Henri yuyunub aşağı düşdü. Mən kətan donumu geyindim, yeni açdığım fransız ətrindən qulaqlarımın arxasına, biləklərimə və döşlərimin arasına səpdim. Henri səbirsizdir, pillələri sürətlə endim. Bayıra çıxdıq. Oteldən azca aralanmışdıq ki, qoca bir qarı üstümüzə şığıdı. Ah, yazıq Henri, necə də qorxdu. Geri çəkildi. Qarı əlini açıb öz dilində nəsə istədi. Əlbəttə, qarının üst-başından dilənçi olduğu bilinirdi və bunu Henri də duymamış deyildi. Lakin o, görkəmindən cin hürkən bu qarıya eyni dildə nəsə dedikdən sonra ovcuna qəpiklər qoydu. Qəribəydi, Henri qarının kirli əllərindən iyrənmədi elə bil. Hətta o an mənə elə gəldi ki, Henri nəzakətli kişi rolunu maharətlə oynaya bilər. Qarı Henriyə gülümsədi.
***
Henrinin sevdiyi mahnı yəqin ki, bu xalqa məxsusdur. Onu sevdiyini həmin səhər çaşqın baxışlarımla rastlaşınca söyləmişdi. Dünən istirahət günüydü. Henri aramsız yenə onu dinləyir, qaşlarını çatıb düşüncələrə qapılırdı. Mənimsə görünür tənhalıq, özümlə tək qalıb darıxmaq alnıma yazılıb. Uzun illər tək yaşadığım Romanı xatırladım. Henrini tapanadək keçirdiyim səssiz və darıxdırıcı günlər gözlərimdə canlanıb sevmədiyim bu şəhərdə canımı sıxdı. Dinləməkdən bezdiyim mahnı hələ də səslənirdi. Bu an naqillərin kəsilməsini, cərəyanın olmamasını arzu etdim. Henri mənim bu arzumu duysaydı, yəqin mənə nifrət edərdi. Ancaq cəsarətlənib düyməni basdım. Mahnı susdu. İndi zarıyan o qadının səsi otağı tərk etmişdi. Henri qəzəblə yerindən sıçrayıb: “Dəli olmusan-nədi?! Sənə kim dedi düyməni bas?”. Tanrım, mən Henrinin səsini bu günədək belə yüksəkdən duymamışdım. Heyrətlə onun üzünə baxdım və kəkələdim “Mən...mən...”. Henri “Kəs səsini!” deyib əlini yumruqlayıb yuxarı qaldırdı. İxtiyarsız başımı əyib gözlərimi tez-tez qırpdım. O, evliliyimizdən, hətta tanışlığımızdan bəri ilk dəfə idi ki, mənə əl qaldırırdı. Bu rəzil hərəkətlə məni təhqir edən ərim sanki “Mən daha yoxam” deyib bağırırdı. Henri nəsə danışırdı. Amma mən onun yalnız içimdə səslənən yoxluğunu eşidirdim.
***
Təyyarəyə bilet almaq çətin olmadı. Henri bu anı çoxdan gözləyirmiş kimi hər şeyi gecikmədən yoluna qoydu. Və mən indi göyün bilmirəm neçənci qatındayam. Buludların arasında bir az rahatlamışam sanki. Olub-keçənləri, Henrini, Romaya çatar-çatmaz görəcəyim ilk işləri düşünürəm. Yəqin Henri də indi fikirlidir. O isti yay günündə mənə sevdirə bilmədiyi bu şəhərin barbar, köhnə adamları, iyrənc, çirkli dilənçi qarıları, gəlmələrə kələk gələn ev sahibləri, saxta, hiyləgər mollaları ona yadsa da, köntöy bir müğənninin bir, yalnız bir mahnısı əzizdir amma. Henri daha doğma Romaya özgələşib. Roma üçün Henri daha başqasıdır. Romanın indi həyatını yad kişilərin qucağında sınıq-salxaq otel çarpayılarını cırıldatmaqla yaşayan, sayını itirdiyi xəyanətləri unudan insanlara daha çox ehtiyacı var, nəinki Henriyə.

Beynəlxalq Şerlok Holms Günü qeyd olundu İlham Qəhrəman: "Məhkəmə AYB-nin iddiasını haqlı saymadı, nə üzr istədim, nə də təzminat ödədim" - Müsahibə Gülnar Qüdrətli yeni layihəsini təqdim etdi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://kulis.az
archiveBu xəbər 16 İyun 2026 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see373

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see286

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see284

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see281

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see280

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see274

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see273

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see255

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see252

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see247

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see243

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see241

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see236

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see224

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see216

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see216

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see215

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see198

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri