Icma.az
close
up
RU
Şərqdə daha bir ilkə imza atılan gün...

Şərqdə daha bir ilkə imza atılan gün...

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

10 fevral 1998-ci il tarixində Azərbaycanda ölüm hökmü ləğv edilib

İnsan cinayət törədibsə, mütləq qaydada onun cəzasını da çəkməlidir. Ancaq, eyni zamanda, hər bir insanın yaşamaq hüququ var. Tarixin bu günündə - 10 fevral 1998-ci ildə Milli Məclisdə  ölüm hökmünün ləğvi ilə bağlı müvafiq qanun layihəsinin dəstəklənməsi Azərbaycanda insan hüquq və azadlıqlarının qorunmasına necə böyük önəm verildiyini əyani şəkildə təsdiqləyir. Artıq 28 ildir ki, respublikamızın məhkəmələrində heç bir məhkum barəsində ölüm hökmü çıxarılmır...

Heydər Əliyevin cəza siyasətinə ədalətli və humanist yanaşmasının ifadəsi

Hazırda dünya üzrə aralarında inkişaf etmiş ölkələr də olmaqla 30-dək dövlətdə ölüm hökmü qüvvədə saxlanılır. Azərbaycanın adı isə Şərqdə ölüm hökmünü ləğv edən dövlət kimi tarixə düşüb.

Respublikamızda ölüm hökmünün ləğvi təşəbbüsü ilə ilk dəfə ulu öndər Heydər Əliyev çıxış edib. Sabiq Prezident Heydər Əliyev 1998-ci il fevralın 3-də ölüm hökmünün ləğv olunması haqqında təşəbbüslə Milli Məclisə müraciət ünvanlayıb. O, həmçinin Konstitusiyanın 96-cı maddəsinə uyğun olaraq ölkədə ölüm hökmünün ləğv olunması ilə əlaqədar Azərbaycan Respublikasının cinayət, cinayət-prosessual və islah-əmək məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihəsini parlamentə təqdim edib. Bəhs olunan müraciətdə oxuyuruq: “Şərq aləmində ilk dəfə olaraq Azərbaycanda ölüm cəzasının ləğvi ölkəmizin dünyəvi, demokratik, hüquqi dövlət quruculuğu yolu ilə inamla irəlilədiyini bir daha sübut edir. Son günlər mənə ünvanlanmış minlərlə müraciət göstərir ki, xalqımız bu təşəbbüsü yekdilliklə dəstəkləyir. Şübhə etmirəm ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatları da indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətlərini dərk edərək bəyanata tərəfdar çıxacaq və bu amansız cəzanın ləğv edilməsinə səs verəcəklər. Əminəm ki, ölüm cəzasının ləğvi tarixi hadisə olmaqla bərabər cinayət-hüquq siyasətinin humanistləşdirilməsi sahəsində atılan qətiyyətli addımdır və bütünlükdə hüquq sistemində həyata keçirilən islahatların mühüm mərhələsidir”.

Ölkədə ölüm hökmünün ləğv edilməsi təşəbbüsü ilə çıxış etməsi Ulu Öndərin cəza siyasətinə ədalətli və humanist yanaşmasını ifadə edirdi. Heydər Əliyev  1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanın siyasi rəhbərliyinə gəldikdən sonra respublikamızda ölüm hökmünün icrasına moratorium qoyuldu. Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş Konstitusiyada ölüm hökmü cəzası tam ləğv edilənədək yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı xüsusilə ağır cinayətə görə müstəsna cəza tədbiri kimi göstərilmiş və daimi cəza növü kimi nəzərdə tutulmamışdır. Demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsasları və insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunması da Əsas Qanunumuzda öz əksini tapıb. Heydər Əliyev 1995-ci ildə ölkəmizdə amnistiya institutunu da təsis edib. Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyası yaradılıb. Cəmiyyətin ən müxtəlif təbəqələrini əhatə edən əfv sərəncamlarının və amnistiya haqqında fərmanların verilməsi qısa zamanda cəmiyyətdə yararlı, qanunların aliliyi prinsipini tərəddüdsüz qəbul edən vətəndaşların reabilitasiyasına fundamental töhfələr verib. 1996-cı ilin mayında isə Milli Məclis Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsünü dəstəkləyərək yaşı 65-dən çox olanların ölüm cəzasından azad olunması ilə bağlı qərar qəbul edib, həmçinin ölüm cəzasının ləğvini nəzərdə tutan cinayətlərin sayı qanunvericilikdə 33-dən 12-yə endirilib.

Bütövlükdə, 1995-2003-cü illərdə respublikamızda Ulu Öndərin siyasi iradəsi əsasında 7 amnistiya aktı və 32 əfv Fərmanı imzalanıb. Bu amnistiya aktları 77 mindən çox insana şamil edilib. Bunlardan 21325 nəfəri cəzasının çəkilməmiş hissəsindən azad olunub. Əfv fərmanları ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzadan azad edilib.

AXC-Müsavat iqtidarının 1 illik hakimiyyəti dövründə icra olunan 8 ölüm hökmü

Respublikamızda 1988-ci ildə ölüm cəzasına məhkum olunmuş 5, 1989-cu ildə 6, 1990-cı ildə 3 şəxs barəsində ölüm hökmləri icra edilib. Əlamətdar haldır ki, müstəqilliyimizin ilk illərində respublikamızda ölüm hökmləri icra olunmayıb. Müstəqil Azərbaycanda ölüm hökmünün üç illik fasilədən sonra bərpası AXC-Müsavat iqtidarının “xidməti”dir. Belə ki, 1993-cü ilin əvvəlində 8 nəfər barəsində ölüm hökmləri tələsik icra edilib. Ulu Öndərin bəhs olunan müraciətində vurğulandığı kimi, 1992-ci ildə müstəqillik və demokratiya şüarları ilə hakimiyyətə gələn AXC-Müsavat liderləri totalitar rejimlərə xas olan antihumanist, qeyri-insani qanunların icrasını davam etdirirdilər. Bununla da onlar əhalidə qorxu, vahimə hissi, müstəqil dövlətin gələcəyinə inamsızlıq əhval-ruhiyyəsi yaratmağa can atırdılar. Müstəqilliyin qorunması, ərazi bütövlüyünün bərpası, dövlət təhlükəsizliyinin təmin edüməsi və ordu quruculuğu üçün təxirəsalınmaz tədbirlərin görülməsi zəruri olduğu halda ölüm hökmlərinin icrası vacib ümumdövlət tədbiri kimi ortaya atılmışdı. Prezident səlahiyyətlərini cəmi bir aya yaxın müddətdə həyata keçirmiş  Ali Sovetinin sədri İsa Qəmbərov 1992-ci il iyunun 16-da 7 nəfərin bağışlanma haqqında vəsatətlərini, əslində, buna səlahiyyəti olmadığı halda, rədd etmiş və bu barədə müvafiq fərmanlar imzalamışdır. Sabiq prezident Əbülfəz Əliyev isə 1993-cü il yanvarın 5-də ölüm cəzasına məhkum olunmuş 2 şəxsin vəsatətlərinin rədd edilməsinə dair fərman imzalayıb. Bundan sonra Əbülfəz Əliyev həmin şəxslərdən birinin barəsində hökmün qanuniliyinin yoxlanılmasını Azərbaycan Respublikasının prokurorluğuna tapşırmış, lakin yoxlama başa çatdırılmadan ölüm hökmü icra edilmişdir. İnsan həyatına belə laqeyd münasibət vaxtilə cəmiyyətimizdə hökm sürən hərc-mərcliyin və özbaşınalığın nəticəsi idi.

1998-ci il 10 fevral tarixinədək respublikamızda 128 məhkum barələrində çıxardılmış ölüm hökmünün icra olunmasını gözləyirdi. Ölüm cəzası Bayıl həbsxanasında güllələnmə ilə icra olunurdu. Gözləri bağlı məhkumun ürəyinə vurulan bir güllə onu həyatdan, yaşamaq hüququndan məhrum edirdi. Qeyd etdiyimiz kimi, Ulu Öndər respublikanın siyasi hakimiyyətinə qayıtdıqdan az sonra ölüm hökmlərinin icrasına moratorium qoydu. Bununla da hətta Vətən və xalq qarşısında ən ağır cinayətlər törədən, o zamankı hakimiyyətsizlikdən istifadə edib torpaqlarımızı düşmənə təslim etdirən Rəhim Qazıyev, ölkəmizi parçalamaq niyyətində olan separatçı Ələkram Hümbətov, təxribat və terror aktları törədən Elçin Əmiraslanov, dövlət çevrilişi cəhdlərinin təşkilatçıları Surət Hüseynovun, Cavadov qardaşlarının əlaltıları və  qanunsuz silahlı dəstələrin azğınlaşmış üzvləri, Tarix Quliyev, eləcə də bu kimi digər qatillər, təhlükəli canilər barəsində ölüm hökmləri icra olunmadı.

Mübariz FEYİZLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Fevral 2026 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri