Icma.az
close
up
RU
Avropa bufer zona yaratmaq istəyir

Avropa bufer zona yaratmaq istəyir

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Avropalı diplomatlar və hərbi rəsmilər Ukrayna və Rusiya mövqeləri arasında 40 kilometrlik bufer zona yaradılmasını müzakirə edirlər.
Reyting.az
“Politico” nəşrinə istinadla bildirir ki, plan atəşkəsə nəzarət etmək üçün sülhməramlı qüvvələrin yerləşdirilməsini nəzərdə tutur.
Bununla belə, təşəbbüs ziddiyyətli qiymətləndirmələrə səbəb olur: o, Kiyevdən ərazi güzəştləri tələb edə bilər və hələ ki, onun rəsmi dəstəyinə malik deyil. ABŞ bu müzakirələrdə fəal iştirak etmir.
Nəşr yazır ki, Avropa rəsmilərinin kövrək sülhü təmin etmək üçün Ukrayna ərazisinin bir zolağının bağlanması imkanını nəzərdən keçirməsi NATO müttəfiqlərinin çarəsizliyindən xəbər verir.
Pentaqonun keçmiş rəsmisi Cim Taunsend bu fikri tənqid edib: “Onlar saman çöpündən yapışırlar. Ruslar avropalılardan qorxmurlar. Əgər onlar bir neçə müşahidəçinin işğalı dayandıra biləcəyini düşünürlərsə, yanılırlar”.
Bəzi Avropa rəsmiləri mümkün zonanı Koreya demarkasiya xətti ilə deyil, Almaniyanın “Soyuq Müharibə” zamanı bölgüsü ilə müqayisə edirlər.
Patrul xidməti göstərən qoşunların sayı 4000-60000 nəfər arasında qiymətləndirilir. Potensial iştirakçılar arasında artıq müttəfiqlərin dəstəyi üçün lobbiçilik edən Britaniya və Fransa da var. Amma Polşa və Almaniya öz qüvvələrini yerləşdirməkdən imtina edir, Estoniya isə məhdud kontingent təqdim etməyə hazırdır. Əksər müttəfiqlər məsuliyyətin əsas hissəsini Ukraynanın öz üzərinə götürəcəyini gözləyir.
NATO qoşunların bufer zonaya köçürülməsi alyansın şərq cinahını zəiflədə bilər. Bununla belə, Polşa bunun onu hücumlara qarşı daha həssas edəcəyindən narahatdır.
Avropalı diplomatların fikrincə, Vaşinqton Ukraynanın təhlükəsizliyinin təminatında minimal rol oynayacaq. Amma ABŞ peyk kəşfiyyatı və hava dəstəyi verə bilər, çünki sülh sazişlərinə əməl olunmasına nəzarət etmək üçün yalnız onun kifayət qədər resursu var.
Zonanın yaradılması və sülhməramlı missiyanın formatı ilə bağlı yekun qərar hələ qəbul edilməyib.
E. KAMAL
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://reyting.az
archiveBu xəbər 29 Avqust 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see569

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see527

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see368

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see273

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see271

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see247

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see246

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see239

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see236

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see234

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see215

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see213

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see210

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see209

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see206

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see205

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see204

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see203

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see198

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri