Icma.az
close
up
RU
Şərqi Zəngəzur və Qarabağda görülən quruculuq işləri üçün peşə təhsil müəissiələrinin məzunu olan şəxslərə ehtiyacımız var AÇIQLAM

Şərqi Zəngəzur və Qarabağda görülən quruculuq işləri üçün peşə təhsil müəissiələrinin məzunu olan şəxslərə ehtiyacımız var AÇIQLAM

Icma.az xəbər verir, Sonxeber.az saytına əsaslanaraq.

"Şərqi Zəngəzur və Qarabağda görülən quruculuq işləri üçün peşə təhsil müəissiələrinin məzunu olan şəxslərə ehtiyacımız var" – AÇIQLAM

"Azərbaycanın əmək bazarında formal ixtisası olmayan şəxslərin çəkisi çoxdur".
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, Qarabağa və Şərqi Zəngəzura qayıdan vətəndaşlar arasında da ixtisaslı şəxslərin azlığı müşahidə olunur:
"Çünki uzun illər peşə təhsili seqmentini demək olar ki, itirmişdik. Məktəb bitirən şəxslərin 40 faizi ali məktəblərə daxil olurdu, lakin peşə hazırlığı çox aşağı səviyyədə idi.
Biz hazırda Elm və Təhsil Nazirliyi ilə birlikdə icra etdiyimiz proqram çərçivəsində ciddi şəkildə peşə məktəblərinin və texnikomların sayının artırılması üzərində işləyirik".

Bəs görəsən bu sahədə hansı ixtisasların inkişaf etdirilməsinə ehtiyac var?

Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, təhsil tədqiqatçısı Elmin Nuri Sonxeber.az – a açıqlama verib:

"Azərbaycan təhsilində son illərdə ən inkişaf etmiş istiqamətlərdən biri peşə təhsilidir. Bu istiqamətdə ciddi tədqiqatlar aparan biri kimi deyə bilərəm ki, Azərbaycanın əmək bazarında peşə təhsili müəissiələrinin rolu böyükdür. Bu ilin yayında Peşə Təhsili üzrə Dövlət Agentliyinin verdiyi yekun hesabatda peşə təhsili müəissiələrini bitirən məzunların əmək bazarındakı yerinin 20 faizə qədər artdığı bildirilib.

Bu gün Azərbaycan peşə təhsil müəissiələrində ümumilikdə 128 ixtisas tədris olunur. Peşə təhsil 3 qrupa bölünür: yüksək peşə, texniki peşə və ilkin peşə təhsili ixtisasları. Xüsusən yüksək peşə təhsili olan şəxslər demək olar ki, işsiz qalmırlar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özündə həyata keçirilən çox böyük bir layihə var ki, ora peşə təhsilli insanlar cəlb olunur və o insanlar müəyyən sosial layihələrə istiqamətləndirilir. Onlar bu layihə əsasında müxtəlif peşələri mənimsəyirlər ki, bu da sonradan həmin şəxslərin özlərinə iş tapmaqda kömək olur. Xüsusən də Şərqi Zəngəzur və Qarabağda bu gün görülən quruculuq işləri üçün bizim peşə təhsil müəissiələrinin məzunu olan şəxslərə ehtiyacımız var. Çünki, onlar həm işin nəzəri həm də praktik tərəfini mənimsəmiş şəxslərdirlər. Bizə qismət olan zəfərdən sonra başlamış quruculuq işlərimizdə onlardan faydalanmaq mütləqdir. Mən əminəm ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi sırf bu istiqamətdə öz manitorinqini aparıb, quruculuq işlərimiz üçün bizə lazım olan əsas peşələrin siyahısını hazırlayıb və bu peşələr üzrə təhsil alan məzunların kəmiyyət və keyfiyyətinə xüsusi diqqət yetirmişdir".

Çiçək Sadatova


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 21 Noyabr 2024 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri