Icma.az
close
up
RU
Şərqi Zəngəzurda Qərbi Zəngəzur qeydi və 1700 metr yüksəklikdən “lazımi ünvan”lara xəbərdarlıqlar

Şərqi Zəngəzurda Qərbi Zəngəzur qeydi və 1700 metr yüksəklikdən “lazımi ünvan”lara xəbərdarlıqlar

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Budəfəki 28 May – Müstəqillik günü bir başqa oldu. Bütün nəzər-diqqətlər Laçına yüksəkliklərinə dikilmişdi – 3 dost və qardaş ölkənin - Azərbaycan, Türkiyə və Pakistanın liderlərinin təşrif buyurduğu məkana. Prezident İlham Əliyev, Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan və Baş nazir Məhəmməd Şahbaz Şərifin bir yerdə səsləndirdikləri mesajlardan, Laçın Zirvəsindən hələ çox danışılacaq.

Bu, üçlü Zirvənin Laçın Zirvəsində keçirilməsi sıradan bir hadisə deyildi. Bu Zirvəyə yolçuluq 2021-ci ilin avqustundan başlamışdı, Laçının düşməndən tam azad olunmasından bir müddət sonra. O zaman bəziləri Laçında hava limanına ehtiyac olmadığı barədə iddialar ortaya atırdılar. Amma 27-28 may 2025-ci il tarixi sübut etdi ki, bu Limana çox böyük ehtiyac varmış.

Azərbaycan Prezidentinin ardınca Pakistan və Türkiyə prezidentlərinin təyyarələrinin Laçın Beynəlxalq Hava Limanına enməsi faktı belə bu obyektin tikintisinin nə qədər böyük tarixi əhəmiyyət kəsb etdiyini göstərir. Təsəvvür edin, 30 ilə yaxın düşmənin işğalı altında qalan, hətta 44 günlük İkinci Qarabağ Müharibəsindəki zəfərimizdən sonra da Ermənistanın və havadarlarının dilindən düşməyən Laçının dəniz səviyyəsindən 1700 metr yüksəkliyinə iki nəhəng ölkənin – NATO üzvünün, nüvə dövlətinin liderlərinin təyyarəsi enir! Dost-qardaş ölkələr üçün güvənc verir, qürurlandırıcı fakt, düşmənlərə göz dağı! Müstəqillik Günündə bizimlə bərabər olan Türkiyə və Pakistan liderlərinə və onlarla bərabər Azərbaycana gəlmiş qonaqlara azad və abad Laçında “Xoş gəlmisiniz!” dedi Azərbaycan Prezidenti! O Laçında ki, uzun illər ərzində “Minsk qrupu” adlı yarıtmazların dəstəsi taleyini gələcəyə saxlamaq istəyirdi, ortasından “dəhliz” keçirməyə çalışırdı, hətta son illərədək Fransa daxil, bir sıra ölkələr yük maşınlarını zorla Laçından keçirməyə çalışırdılar...

On illər boyunca

“Qartal olum göylərində uçum mən...

Yaxıb-yandıranım Laçınım mənim...”

fəryadı köksünü didib-dağıdan bizlər Laçın səmasından Beynəlxalq Hava Limanına enib-qalxan Azərbaycan, Türkiyə, Pakistan liderlərinin təyyarələrini təkrar-təkrar seyr edib, özümüz də ruhən qanadlanıb Laçına uçduq az qala...Bu, bir başqa taledir, Uca Yaradanın yardımı, dövlətimizin qüdrəti sayəsində reallaşan yuxumuzdur. Bu gün dünyanın elə qaynar nöqtələri var ki, oradan hələ sülhün “s”sı belə eşidilmir, hələ də qan-qada, nifaq, göz yaşları. Azərbaycan işğala son verdi, Qarabağı, Şərqi Zəngəzuru yenidən qurur, artıq 40 mindən artıq sakin öz yurduna qayıdıb, ev-eşiyində rahat ömür sürür. Bu bölgədə elə nəhəng işlər görülür ki...Təkcə 70 km-lik tunel tikintisi faktı görülən işlərin miqyası barədə təsəvvür yaradır. Azərbaycan dövləti təkcə yerin altı və ya üstü ilə yollar çəkmir, təkcə Beynəlxalq Hava Limanı ilə kifayətlənmir, həm də kanat yollarını tikir, səmadan da alternativ yollar çəkir. Ermənistan və havadarları hələ də Zəngəzur dəhlizi ilə bağlı müqavimət göstərməyə çalışır. Günün birində Zəngəzur dəhlizinin açılacağını, Zəngilandan Ordubada maneəsiz gediş-gəlişi təmin edəcəyimizi bildiyi halda yenə də mənasız iddialarından əl götürmürlər.

Laçın Zirvəsindən Ermənistana və ondan alət kimi istifadə edənlərə növbəti xəbərdarlıqlar edildi. Prezident İlham Əliyev qürurla bəyan etdi ki, Azərbaycan, Türkiyə və Pakistan - üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə gücləndirirlər. Sitat: “Biz yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk. Bu gün ikinci üçtərəfli Zirvə görüşündə bir daha bizim strateji əməkdaşlığımız təsdiqləndi. İşğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda iki qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən bugünkü mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürüdür”.

Dövlət başçımız qeyd etdi ki, xüsusilə bu bölgədə, 30 il ərzində işğal altında qalan Laçın şəhərində bizim birgə olmağımız böyük rəmzi məna daşıyır: “Çünki 44 günlük İkinci Qarabağ müharibəsi zamanı bizi Türkiyə və Pakistan dəstəkləmişdir. Türkiyənin və Pakistanın dəstəyi bizi ruhlandırırdı, bizə əlavə güc verirdi. Bu böyük siyasi və mənəvi dəstəyə görə biz hər zaman qardaş ölkələrin rəhbərlərinə, qardaş xalqlara minnətdarıq”. Bəli, çətin günün dostları bir arada idi, bu birliyi, birgəliyi, bu ucalığı haqq etmişdilər. Tarixi bağlılıqlar, səmimi müttəfilik, xalqlarımızın yaxınlığı, dövlətlərimizin qarşılıq gözləmədən dar ayaqda çiyin-çiyinə dayanması bizləri daha da yaxınlaşdırdı, üzü ağ, alnı açıq qardaşlar olaraq yolumuza, növbəti hədəflərimizə Laçın yüksəkliyindən davam etməyi Tanrı liderlərimizə və dövlətlərimizə nəsib elədi. Bəyan olunduğu kimi, bundan sonra üçtərəfli əməkdaşlığımızın yeni səhifəsi açılır. Ölkə başçımız əminliklə vurğuladı ki, 28 May Zirvəsində müzakirə edilən məsələlər, əldə edilmiş razılaşmalar bizi bir-birimizə daha da yaxın edəcək. Azərbaycan, Türkiyə və Pakistan birliyi savaşı deyil, sülhü, rifahı, təhlükəsizliyi özündə ehtiva edir, kimsə təşvişə düşməsin! Amma bu birliyə kəm baxanların gözünü ovmağa qadir iradə və güc də var, unutmasınlar!

Azərbaycan Prezidenti cənab İlham Əliyev Laçın ucalığından Cümhuriyyətimizin yaradılması tarixinə ekskurs edərkən, həm də cümhuriyyətçi babalarımızın, Laçında Andranikin qaniçən dəstəsinə qan udduran Sultan bəy Sultanov kimi qəhrəmanlarımızın da ruhunu şad elədi. 107 il bundan əvvəl müsəlman aləmində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını, ancaq bu, böyük tarixi hadisənin ömrünün uzun olmadığını deyən Prezident 1920-ci ilin aprel ayında müstəqilliyimizi əlimizdən alınmasını təəssüflə vurğuladı. Daha sonra dedikləri isə daha mühüm idi. Sitat: “Ondan bir neçə ay sonra - 1920-ci ilin noyabr ayında sovet Rusiyası tərəfindən Qərbi Zəngəzur bölgəsi Azərbaycandan ayrılıb Ermənistana birləşdirilmişdir. Bu, böyük ədalətsizlik idi və Azərbaycan xalqı buna oxşar ədalətsizliklərlə tarix boyu üz-üzə qalmışdır”.

Azərbaycan Prezidentinin Türkiyə və Pakistandan gəlmiş böyük bir heyətin qarşısında, bütün dünyanın eşidə biləcəyi uca səslə Şərqi Zəngəzurun Laçın yüksəkliyindən Qərbi Zəngəzur həqiqətini dilə gətirməsi sıradan bir məsələ deyil, olduqca mühüm, həm də Laçın dağlarının o üzündə, Qərbi Azərbaycanda “maşa” rolunu oynayanlara, onların ağalarına ünvanlanan ciddi xəbərdarlıq, həm də tarix dərsi idi. Həm də tez-tez dağlara çıxıb Azərbaycan ərazilərinə binoklla baxan Avropa İttifaqının kəşfiyyatçıları eşitsin, Gorusda baş konsulluq açmaq niyyətinə düşən Fransa da işini bilsin. Yeri gəlmişkən, Qərbi Zəngəzurun Ermənistana verilməsi faktını 1920-ci ildə Fransa mətbuatı da birinci səhifələrdən dərc etmişdi, bu günədək arxivlərdə qalır. Ermənistan Qərbi Azərbaycan sakinlərinin öz evlərinə qayıtmasına, insan haqlarının beynəlxalq hüquqa uyğun olaraq həyata keçməsinə müqavimət göstərirsə, hətta kapitulyasiya aktına uyğun olaraq, Zəngilandan Ordubada sərbəst gediş-gəlişimizin təminatı ilə bağlı öhdəliyinə əməl etmirsə, o halda təbii olaraq Qərbi Zəngəzurla bağlı haqqımızı da masaya qoymaq hüququmuz var! Yəni Qərbi azərbaycanlıların yolunu kəsirsinizsə, Zəngəzur dəhlizinə maneə yaradırsınızsa, onda...Kəsəsi: Şərqi Zəngəzur varsa, bəs onun Qərb hissəsi hanı? Bu sualın cavabını, əslində, Paşinyan özü də verib. Deyib ki, 1918-ci ildə Hayastan Respublikası elan olunanda indiki qədər ərazisi yox idi, 12 min kv.km deyir, amma əslində 9 min kv.km idi. Deməli, Paşinyan məhz buna görə ölkəsinin “kadastr sənədi” olmadığını etiraf edir, “real Ermənistan” qurmağı vacib sayır, tikan üstə oturmuş kimidir.

Prezident İlham Əliyev 50 illik yubileyini Ağcabədinin Taxtakörpü qəsəbəsində keçirəndə laçınlılara söz vermişdi ki, onlar öz evlərinə qayıdacaqlar və evlərinin açarlarını da şəxsən təqdim edəcək. Bunu iki gün öncə mənzilinin açarlarını ölkə başçısından təhvil alan sakin də xatırlatdı. 2023-cü ilin mayında İlham Əliyev Laçın sakinləri ilə görüşü zamanı həm Ermənistana, həm də Qarabağdakı keçmiş xunta rejiminə xəbərdarlıq etmişdi. Eşitmədilər, nəticəsi bəlli! 28 May tarixində növbəti xəbərdarlıqlar oldu, Ermənistan ötənlərdən dərs götürməlidir. Budəfəki Laçın xəbərdarlıqları tamam başqadır, həm də 3 qardaş dövlətin, liderin birgə olduğu yüksəklikdən səsləndirilənlər havada qala bilməz!

Prezidentin tarixi fikirlərinə diqqət edək: “Biz qayıtmalıydıq və qayıtmışıq. Biz Ermənistan ordusunu məğlub etmişik və bununla Azərbaycan xalqı fəxr edir. Artıq dörd ildən çoxdur ki, biz müzəffər xalq və dövlət kimi yaşayırıq və əbədiyyətə qədər yaşayacağıq. Bu gün əziz qardaşlarımın - Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin bizimlə bərabər bu bayram tədbirlərində iştirakı, bizə göstərilən dəstək və həmrəylik artıq tamamilə yeni dünya miqyasında reallıqlar yaradır. Bizim gücümüz birliyimizdədir. Bu gün birliyimizi üçtərəfli formatda bir daha təsdiqlədik. Bu gün bayram konsertində səslənəcək mahnılar bir daha bizim birliyimizi, nə qədər zəngin mədəniyyətə malik olmağımızı göstərəcək. Əminəm ki, azad edilmiş Laçından üç ölkənin bu gün dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq”.

Laçın Azərbaycan Respublikasının Qərbi Azərbaycana – Ermənistana açılan qapısıdır. 30 il ərzində, hətta antiterror əməliyyatınadək son illərədək başımıza fəlakətlər açanlar bu qapıdan keçərək o qədər özbaşınalıqlar ediblər, o qədər cinayətlər törədiblər ki...25 ay öncə həmin qapını bağlayan Azərbaycan dövləti ərazimizə burun soxmaq istəyənlərin cavabını verməyə hazırdır. Özü də artıq təkcə Şuşa Bəyannaməsi ilə deyil, de-fakta masada olan Laçın məramnaməsi ilə də. Azərbaycan  və dostları yeni tarix yazır! 

P.S. Bu gün İrəvan xanlığının mərkəzi, qədim türk məskəni İrəvan şəhərinin haylara məcburən güzəşt edilməsindən 107 il keçir...

Elşad Paşasoy

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 29 May 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nazirliyin qərarı narazılıq yaratdı: Lisey və gimnaziyalara qəbul niyə dayandırılıb?

28 May 2025 18:46see174

Polşada Çelsi və Betis klublarının azarkeşləri arasında dava düşdü

28 May 2025 14:22see138

Laçın hava limanı hansı üstünlükləri vəd edir? AÇIQLAMA

28 May 2025 13:32see131

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see125

Şəfa dan 5 transfer: Millimizə dəvət edildi, bu klubla anlaşdı

28 May 2025 14:25see119

“Mançester Yunayted” ASEAN ulduzlarına məğlub OLDU

28 May 2025 20:04see119

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see117

Dünyanın ən varlı ölkələri: Yalnız gəlir deyil, gələcək baxışı da ön plandadır (SİYAHI)

28 May 2025 13:29see117

Təhsil sisteminə etimad zədələndi

28 May 2025 13:19see117

Ukrayna Prezidenti ABŞ ı Rusiyaya qarşı yeni sanksiya tətbiqinə çağırıb

28 May 2025 12:17see116

Zəngəzurda sürpriz ölkə peyda oldu İrəvandan dostlarına xəyanət

28 May 2025 14:10see116

İkardinin sevgilisi Türkiyədən təkliflər alıb

28 May 2025 13:18see116

İtalyan mafiyası düşmənçilikdən əməkdaşlığa keçir..?

29 May 2025 00:25see116

Tramp Harvarddan buna görə qisas alır: OĞLUNU...

28 May 2025 12:46see115

Çaki öldü

29 May 2025 00:07see115

BMT Baş katibi: Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaqdan məmnunam

28 May 2025 23:31see115

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see114

Azərbaycanlılar Rusiyanın bu bölgəsində işləyə bilməyəcək QADAĞA

28 May 2025 13:46see113

Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra bölgədə ciddi inkişaf qeydə alınıb

28 May 2025 14:27see113

Ətirşahdan Qurban bayramına özəl MÖHTƏŞƏM KAMPANİYA!

28 May 2025 12:49see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri