Icma.az
close
up
RU
Şərqşünas alim: Azərbaycan Suriya, Türkiyə ilə İsrail arasındakı gərginliyin artmaması üçün çalışır SÖHBƏT

Şərqşünas alim: Azərbaycan Suriya, Türkiyə ilə İsrail arasındakı gərginliyin artmaması üçün çalışır SÖHBƏT

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

 İsrail-Suriya danışıqlarının həll yolunu bu tezliklə tapmasını gözləmək sadəlövhlük olar

Bir müddət sonra körfəz ərəb dövlətlərinin nüfuzu Türkiyənin Suriyadakı nüfuzuna xələl gətirə bilər

Son dövrlərdə Yaxın Şərqdə xüsusilə Suriya və İsrail arasındakı danışıqlar prosesi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Bu danışıqlara ev sahibliyi edən ölkələrin rolu da münaqişələrin həllində mühüm əhəmiyyət kəsb edir. 

Suriya üzrə danışıqların növbəti raundunun Bakıda keçiriləcəyi barədə Səudiyyə Ərəbistanının "Əl-Hədath" telekanalı diplomatik mənbələrə istinadən məlumat yayıb. Məlumatda qeyd olunub ki, Suriya ilə razılaşmaların yekunlaşdırılması məqsədilə İsrail nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir.


Şərqşünas alim Samid Bağırov mövzu ilə bağlı Sherg.az-ın suallarını cavablayıb:


-Suriya-İsrail danışıqlarının növbəti mərhələsinə Azərbaycanın ev sahibliyi etməsini necə dəyərlənirirsiz?

-Azərbaycanın Suriya-İsrail danışıqlarına ev sahibliyi etməsi Rəsmi Bakının irəli sürdüyü təşəbbüsdən irəli gəlir. Çünki Azərbaycan Türkiyə ilə İsrailin qarşıdurmasını istəmir. Buna görə də Azərbaycanın özü təşəbbüskar olub. Bundan öncə Suriya-İsrail danışıqlarının birinci mərhələsi Birləşmiş Ərəb Əmirliklərində keçirilib. 


-Ərəb ölkələri danışıqlardan niyə imtina edirlər?

-İsrailin diplomatik əlaqələr daşıdığı Misir, İordaniya, Mərakeş bu danışıqlara ev sahibliyi edə bilərdilər. Amma onlar bu məsələyə nə maraq göstərirlər, nə də bu işdə təşəbbüskardırlar. Bu da İsrailin bölgədəki xüsusilə Fələstin üzərində və Qəzzada addımlarından və törədilən qətliamlardan irəli gəlir. 


-Oman və Qətərin vasitəçilik təcrübəsi fonunda Azərbaycanın təşəbbüsü hansı kontekstdə qiymətləndirilə bilər?

-Ölkələr beynəlxalq müstəvidə olan gərginliklərin, münaqişələrin həll olunmasında platforma rolunu oynamaqla öz əhəmiyyətlərini dünya miqyasında çatdırmağa çalışırlar. Azərbaycan da istisna deyil. Bundan öncə gördük ki, Oman sultanlığı kimi beynəlxalq arenada güclü təsiri olmayan bir ölkə İran-ABŞ nüvə danışıqlarına illərlə ev sahibliyi edib. Eləcə də Qətər bu işdə fəal rol oynayıb. Azərbaycan da birinci mərhələdə Suriya, Türkiyə ilə İsrail arasındakı gərginliyin artmaması üçün təşəbbüskar olub.


-Bakıda keçiriləcək İsrail-Suriya danışıqlarından qısa müddətdə nəticə gözləmək realdır?

-Bakıda keçiriləcək İsrail-Suriya danışıqlarının həll yolunu bu tezliklə tapmasını gözləmək sadəlövhlük olar. 


-Colan yüksəklikləri məsələsi niyə İsrail-Suriya danışıqlarında əsas müzakirə mövzusu kimi yer almır?

-Colan yüksəklikləri artıq 40 ildən çoxdur İsrailin işğalı altındadır. Suriyada yeni hökumət iş başına gəldikdən sonra da İsrail təqribən 600 kv km Suriyanın ərazisini işğal edib. Elə həmin günlərdə də Suriyanın sabiq ordusunun bütün hərbi infrastrukturlarını dağıdıb. Maraqlı məqam bundan ibarətdir ki, bundan öncəki danışıqlarda Colon yüksəkliklərinin qaytarılması hər hansı bir şəkildə müzakirə masasına qoyulmayıb. Yeni Suriya hökuməti Colon yüksəkliklərinin danışıqların əsas tərkib hissəsi olmasına nail ola bilməyib. 


-İsrailin təhlükəsizlik məqsədilə bufer zona tələbi Suriyanın suverenliyini necə məhdudlaşdıra bilər?

-İsrail hazırda Suriyanın cənubunda silahsız zonanın və yaxud böyük bufer zonanın yaradılmasını israrla tələb edir. İsrailin bu tələbləri olduqca yeni Suriya hökuməti ərazilərə tam nəzarəti bərpa edə bilməyəcək. Bunu etmədikcə mərkəzidə zəif olaraq qalacaq.


-Suriya iqtisadiyyatı dirçələcəkmi?

-Qərb dövlətləri nə qədər vəd versələr belə iqtisadiyyatın dirçəlməsi ilə bağlı hazırki danışıqlar tezliklə Suriya dövlətinin və xalqının lehinə tamamlana bilməz.


-ABŞ-nin Suriyaya qarşı sanksiyaları tədricən götürmək təşəbbüsü bölgədəki güc balansına təsir edə bilər?

-Əvvəlki Suriya hökumətinə qarşı ABŞ-nin böyük sanksiyalar paketi var idi. ABŞ indidən başlayaraq o sanksiyaları tədricən aradan götürülməsini təklif edib. Bu yöndə addım atmağa başlayıb. ABŞ və Qərb Türkiyənin nüfuzundan çox körfəz ərəb dövlətlərinin başda Səudiyyə Ərəbistanı olmaqla nüfuzunun Suriyada daha da artmasını istəyirlər. 


-Körfəz ərəb dövlətlərinin Suriyadakı iqtisadi görüşlərinin intensivləşməsi Türkiyənin Suriyadakı nüfuzuna təsir göstərə bilər?

-Bu yaxınlarda biz Səudiyyə Ərəbistanı Ticarət Palatasının böyük iqtisadi iş adamlarının Suriyada qarşılıqkı görüşlər keçirməsini müşahidə etdik. Bu görüşlər yenə də davam edir. Görüşlərin intensivləşməsi ondan xəbər verir ki, Qərb Suriyada daha çox körfəz ərəb dövlətlərinin nüfuzunun artmasının tərəfdarıdır. Türkiyənin maraqları və milli təhlükəsizliyi ilə bağlı məsələlər Suriyada həll olmadıqca bu münaqişə gərgin olaraq qala bilər. 

Körfəz ərəb dövlətlərinin böyük iqtisadi resursları Türkiyənin Suriyaya verə biləcəyi maliyyə resurslarından qat-qat üstündür. Bir müddət sonra körfəz ərəb dövlətlərinin nüfuzu Türkiyənin Suriyadakı nüfuzuna xələl gətirə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 İyul 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri