Icma.az
close
up
RU
Suriya XİN: “Suriya İsrail üçün təhdid yaratmayacaq”

Suriya XİN: “Suriya İsrail üçün təhdid yaratmayacaq”

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani Amerikanın “CNN” kanalına verdiyi açıqlamalarda İsrailin 8 dekabrdan bu yana Suriyada 1000-dən çox mülki və hərbi hədəfi vurduğunu, 400-dən artıq transsərhəd hücum həyata keçirdiyini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Şeybani İsrailin 1974-cü ildə BMT-nin Colan təpələrində yerləşdirdiyi Atəşkəs Müşahidə Qüvvələrinin (UNDOF) fəaliyyət göstərdiyi bölgədə yeni əraziləri işğal etdiyinə diqqət çəkərək deyib:

“UNDOF öz vəzifəsini yerinə yetirə bilmir, vəziyyətin 8 dekabr öncəsinə dönməsi lazımdır”.

2020-ci ildə ABŞ-nin təşəbbüsü ilə start verilmiş “İbrahim razılaşmaları” (Abraham Accords) adlanan diplomatik təşəbbüsdən danışmağın çətin olduğunu bildirən Şeybani əlavə edib:

“Bu gün Suriya İsrail tərəfindən təhdid olunur, Colan hələ də işğal altındadır”.

Şeybani vurğulayıb ki, İsraili təhdid edə biləcək “Hizbullah” və ya İran tərəfindən dəstəklənən silahlı qruplar Suriyada mövcud deyil:

“8 dekabrdan sonra bu siyasətimizi davamlı şəkildə dilə gətirmişik. Suriya, İsrail də daxil olmaqla heç kim üçün təhdid yaratmayacaq”.

Şeybani dövlətə bağlı olmayan qrupların əlində silah olmasının xaosa, vətəndaş müharibəsinə və parçalanmaya səbəb ola biləcəyini qeyd edib.

Bundan əlavə, Şeybani Suriyada xristianların köklü varlığının olduğunu, müxtəlif dini qrupların azad şəkildə yaşadığını və hökumətdə Ələvi, Dürzi, Xristian və Kürd nazirlərin fəaliyyət göstərdiyini vurğulayıb.

İqtisadiyyatla bağlı Şeybani bildirib ki, Suriyada BƏƏS rejiminin devrilməsindən sonra təxminən bir milyon insan ölkəyə geri dönüb və Türkiyə ilə Misirdən gələn 600 suriyalı fabrik sahibinin ölkədəki fabriklərini yenidən fəaliyyətə başladığı məlum olub.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Sentyabr 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see301

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see273

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see270

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see255

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see246

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see246

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see245

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see238

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see230

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see229

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see220

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see212

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see211

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see210

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see202

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see200

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see196

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see195

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri