Icma.az
close
up
RU
Şərqşünas alim Sadıq bəy Ağabəyzadəyə həsr olunmuş tədbirdə Azərbaycan alimləri də iştirak edib

Şərqşünas alim Sadıq bəy Ağabəyzadəyə həsr olunmuş tədbirdə Azərbaycan alimləri də iştirak edib

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Astanadakı Beynəlxalq Türk Akademiyasının mətbuat xidmətinin verdiyi məlumata görə Polşa Elmlər Akademiyasının Krakov şəhər bölməsinin Elmi Arxivində məşhur şərqşünas alim, soydaşımız  Sadıq bəy  Ağabəyzadənin anadan olmasının 160 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans və sərgi keçirilib.

Beynəlxalq tədbirdə AMEA Şərqşünaslıq İnstitutunun professoru, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi, Polşa, Azərbaycan, Türkiyə və digər ölkələrdən diplomatik missiyaların nümayəndələri, alimlər, türkoloqlar, şərqşünaslar iştirak ediblər.

Türk Akademiyasının prezidenti Şahin Mustafayev Sadıq bəy Ağabəyzadəni 19-cu əsrin sonu - XX əsrin əvvəlləri Azərbaycan ziyalıları nəslinin parlaq  nümayəndəsi kimi təqdim edib, cəmiyyətin müasirləşməsində, şərqşünaslığın və maarifçilik hərəkatının inkişafında mühüm rol oynadığı haqqında danışıb, onun elmi-mədəni irsinin türk elmi məkanı ilə Avropanın qarşılıqlı əlaqəsi kontekstində əhəmiyyətini vurğulanıb.

Akademiyanın prezidenti qurumun belə görkəmli şəxsiyyətlərin irsinin öyrənilməsinə və təbliğinə böyük önəm verdiyini, əsərlərinin yenidən nəşri, türk və dünya elminə verdiyi töhfələrin akademik şəkildə dərk edilməsi istiqamətində layihələr həyata keçirdiyini vurğulayıb.

Elmi və mədəni əməkdaşlığın gücləndirilməsi əlaməti olaraq Türk Akademiyasının prezidenti Yagellon Universitetinin Şərqşünaslıq İnstitutunun kitabxanasına Sadıq bəy Ağabəyzadənin İlk dəfə 1904-cü ildə Aşqabadda nəşr olunaan “Turkmən ləhcəsi dərsliyi Transxəzər bölgəsi türkmənlərinin atalar sözləri və məsəlləri” toplusunun təkrar nəşrini hədiyyə edib. Müəllifin anadan olmasının 160 illiyi münasibətilə Türk Akademiyası tərəfindən yenidən nəşr edilən kitab türkmən dilinin qrammatikasının ilk sistemli təsviri və türk dilçilik ənənəsinin ən mühüm abidəsidir. Bundan əlavə, Ş. Mustafayev kitabxanaya Türk Akademiyasının hazırladığı digər nəşrləri də hədiyyə edib.

Seminar iştirakçılarının çıxışlarında Sadıq bəy Ağabəyzadənin şərqşünaslığın inkişafındakı sanballı rolu, Azərbaycanın mədəni və elmi həyatına verdiyi töhfələr, eləcə də mühacirətdəki taleyi öz əksini tapıb.

General-mayor Sadıq bəy Ağabəyzadə Azərbaycan Xalq Cümhuriyyəti daxili işlər nazirinin müavini olub. Mühacirətdən sonra həyatının əhəmiyyətli bir hissəsini Polşada keçirib və buradakı universitetdə şərq dillərindən dərs deyib, Polşanın bir çox görkəmli türkoloqları onun tələbələri olub. Sadıq bəy Ağabəyzadə 1944-cü ildə Lvovda vəfat edib.

Tədbir görkəmli şərqşünas alimin həyat yolunu və elmi irsini ətraflı açan zəngin arxiv materialları və sənədləri təqdim edən "Sadıq bəy (1865-1944). İki xalqın xidmətində" adlı sərgi ilə başa çatıb.

Xatırladırıq ki, Sadıq bəy 1865-ci ildə Göyçayda anadan olub, hərbi təhsil alıb, rus ordusunda general-mayor rütbəsinə qədər yüksəlib. Sadıq bəy Azərbaycan Demokratik Respublikasında daxili işlər nazirinin müavini vəzifəsində fəaliyyət göstərərək Azərbaycanın polis xidmətinin yaradılmasında müstəsna rol oynayıb. 

Qulu Kəngərli

Daşkənd 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 May 2025 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri