Icma.az
close
up
RU
Şərqşünaslıq İnstitutunda “XIX əsrdə yeni türk ədəbiyyatının yaranması və inkişafı” adlı kitab çapdan çıxıb

Şərqşünaslıq İnstitutunda “XIX əsrdə yeni türk ədəbiyyatının yaranması və inkişafı” adlı kitab çapdan çıxıb

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Səriyyə Gündoğdunun “XIX əsrdə yeni türk ədəbiyyatının yaranması və inkişafı” adlı kitabı çapdan çıxıb. 

Kitabın redaktoru akademik Gövhər Baxşəliyevadır.

AMEA-nın Şərqşünaslıq İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən XQ-yə verilən məlumata görə, monoqrafiyada XIX əsrin əvvəllərində sosial-siyasi hadisələrin təsiri ilə klassik türk ədəbiyyatının zəifləməsi və Qərb ədəbi-estetik fikrinin təsiri ilə yeni ədəbi mühitin yaranması, dövrün poetik təkamülü və yeni janr növlərinin əsas istiqamətləri tədqiq edilir. Ədəbi nümunələr əsasında bu gün də türk ədəbiyyatı tarixində mübahisə doğuran məsələlər polemik yöndə tədqiqata cəlb edilir. Dövrün ədəbi-fəlsəfi və estetik fikirlərinə dair elmi-nəzəri qənaətlər ümumiləşdirilir və XIX əsrin ədəbi prinsipləri müəyyənləşdirməyə çalışılır.

Əsər giriş, 4 fəsil və ədəbiyyat siyahısından ibarətdir. 1-ci fəsil “XIX əsrin əvvələrində Osmanlı İmeratorluğunda modernləşmə adlanır. Bu fəsildə Tənzimat və İslahat fərmanlarının Osmanlıca mətnləri təqdim edilir, onların əsas məqsəd və müddəaları, əhəmiyyəti diqqətə çatdırılır.

2-ci fəsildə XIX əsrin əvvəllərində türk ədəbiyyatının ümumi mənzərəsi verilir. Burada əsasən Akif Paşanın həyat və yaradıcılığı nəzərə çatdırılır, onun “Ədəm qəsidəsi”nin təhlili aparılır.

3-cü fəsil Tənzimat ədəbiyyatının təşəkkül dövrünə həsr olunub. Burada ilk olaraq Türk mətbuat tarixi və “Tercümani-Ahval” qəzeti nəzərdən keçirilir. Daha sonra İbrahim Şinasinin “Şair evlənməsi” pyesi, “Münacat” qəsidəsi, Namiq Kamalın “Hürriyyət” qəsidəsi və “Mukaddimeyi-Celal” əsəri, Ziya Paşanın “Terci-i bənd” əsəri və “Şeir və inşa” məqaləsi, eləcə də bu ədiblərin həyat və yaradıcılıqları tədqiqata cəlb olunur.

4-cü fəsildə Tənzimat dövrü türk nəsrinin inkişafından bəhs olunur. Sözügedən dövrün hekayə və romanlarına nəzər salan müəllif Əhməd Midhət Əfəndinin  “Fəlatun Bəy ilə Rakım Əfəndi” romanı və Şəmsəddin Saminin “Taaşuki-Talat və Fitnat”romanı təhlil edilir, onların həyatı və yaradıcılıqları nəzərdən keçirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 May 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see192

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see187

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see187

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see183

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see176

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see165

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see151

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see148

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see137

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see135

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see125

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see125

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri