Icma.az
close
up
RU
Şərqşünaslıq İnstitutunda “Aida İmanquliyeva ərəb məhcər ədəbiyyatının tədqiqatçısı kimi” adlı kitab çapdan çıxıb

Şərqşünaslıq İnstitutunda “Aida İmanquliyeva ərəb məhcər ədəbiyyatının tədqiqatçısı kimi” adlı kitab çapdan çıxıb

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Xuraman Əliyevanın “Aida İmanquliyeva ərəb məhcər ədəbiyyatının tədqiqatçısı kimi” adlı kitabı çapdan çıxıb.

Professor Aida İmanquliyeva yeni və müasir ərəb ədəbiyyatının ən nüfuzlu, ən fundamental tədqiqatçılarından biri kimi şərqşünaslıq tarixinə əbədi daxil olmuş azsaylı mütəxəssislərdəndir. Görkəmli şərqşünas alimin yeni ərəb məhcər ədəbiyyatına, bu ədəbiyyatın Cübran Xəlil Cübran, Mixail Nuaymə, İlya Əbu Madi kimi görkəmli nümayəndələrinin həyat və yaradıcılığına həsr etdiyi tədqiqatlar öz orijinallığını, zənginliyini, nəzəri dərinliyini, konseptuallığını daim qoruyub saxlayan əsərlərdir. Təqdim edilən kitabda da Xuraman Əliyeva görkəmli alim Aida İmanquliyevanın elmi yaradıcılığını məhz bu əsas istiqaməti yönündə nəzərdən keçirib.

Monoqrafiya giriş, 3 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir. Birinci fəsil “Azərbaycan ədəbiyyatşünaslığında Aida xanım İmanquliyevanın yeri” adlanır. Bu fəsildə alimin həyatı və mühitindən bəhs edilir, eləcə də elmi, pedaqoji və təşkilati fəaliyyəti nəzərdən keçirilir.

İkinci fəsildə professor Aida İmanquliyevanın ərəb məhcər ədəbiyyatının tədqiqatçısı, tərcüməçisi və təbliğatçısı kimi yaradıcılığı araşdırılır. Monoqrafiyanın müəllifi burada alimin ərəb məhcər əsəbiyyatına dair elmi araşdırmalarının təhlilini aparır, onun bədii tərcümələrindən bəhs edir, bədii tərcümə sənəti haqqında fikirləri diqqətə çatdırır.

“A.İmanquliyevanın klassik rus ədəbiyyatına dair araşdırmaları” adlı üçüncü fəsildə XX əsrin 1-ci yarısı yeni ərəb ədəbiyyatı rus-ərəb ədəbi əlaqələri baxımından nəzərdən keçirilir. Aida İmanquliyeva Suriya-Amerika məktəbinin nailiyyətlərini Avropa və Amerika ideya-estetik fikri ilə yanaşı, rus ədəbiyyatının təsiri fonunda da təhlil edib. Burada da əsasən rus ədəbiyyatının Mixail Nuaymə ədəbi yaradıcılığına təsiri ilə bağlı A.İmanquliyevanın elmi əsərləri araşdırılır. Bu fəsildə həmçinin Nuaymənin öz əsərlərində ötən əsrin əvvəllərində Rusiyanın ictimai-siyasi, ədəbi-mədəni həyatını və təhsil sistemini əks etdirməsi ilə bağlı şərqşünas alimin yazdıqları diqqətə alınır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 May 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see161

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see128

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri