Sertab Erener Bakıda: Türkiyənin Avroviziyadan imtina etməsi yanlış qərar idi
Icma.az bildirir, Teleqraf.com portalına istinadən.
Türkiyə musiqisinin ən güclü səslərindən biri Sertab Erener Azərbaycana gəlib.
Teleqraf.com xəbər verir ki, sənətçi hava limanında jurnalistlərin suallarını cavablandırıb.
O, Avroviziya Beynəlxalq Mahnı Müsabiqəsindən danışaraq həmkarı Edisin Azərbaycanı təmsil edəcəyi halda uğurlu nəticə olacağını bildirib: "Mahnı seçimi də önəmlidir. Edis onsuz da peşəkar müğənnidir. Ölkəmizin yenidən Avroviziya Beynəlxalq Mahnı Müsabiqəsinə qoşulmasını çox istəyərəm. Türkiyənin müsabiqədən iştirak etməkdən imtinası çox yanlış bir qərar idi. Müsabiqəni yalnız Avropa deyil, bütün dünya seyr edir".
Qeyd edək ki, Sertabın konserti 30 noyabrda Bakı Konqres Mərkəzində baş tutacaq. Konsertin təşkilatçısı “Kevents Group”dur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 29 Noyabr 2024 00:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















