Şərti terrorçular zərərsizləşdirildi Birliyin Gücü 2026”da növbəti tapşırıqlar
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Ölkəmizdə təşkil olunan “Birliyin Gücü – 2026” birgə hərbi təlimi çərçivəsində növbəti praktiki tapşırıqlar uğurla yerinə yetirilib.
Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, plana uyğun olaraq, iştirakçı ölkələrin bölmələri helikopterlərdən desantın endirilməsi, operativ mövqe tutaraq şərti terrorçu qruplaşmalarının zərərsizləşdirilməsi üzrə fəaliyyətləri müvəffəqiyyətlə icra ediblər.
Tapşırıqların icrası zamanı Azərbaycan, Türkiyə və Özbəkistandan olan hərbi qulluqçular yüksək peşəkarlıq və koordinasiya nümayiş etdiriblər.
Qeyd edək ki, məşqdə əsas diqqət iştirakçıların praktiki vərdişlərinin təkmilləşdirilməsi, aviasiya vasitələrinin şəxsi heyətlə uzlaşmış fəaliyyətinə nail olunması və təlimdə qarşıya qoyulmuş tapşırıqların uğurla yerinə yetirilməsinə yönəldilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 24 Sentyabr 2026 19:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















