Sertifikasiya imtahanının sınaq versiyası onlayn keçiriləcək
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan dilini öyrənənlərin dil bacarıqlarının (dinləyib-anlama, danışma, oxuyub-anlama və yazı) beynəlxalq standartlara uyğun ölçülməsini nəzərdə tutan ödənişsiz sınaq imtahanın təşkil edilməsi üçün hazırlıq işləri başa çatıb.
Modern.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yaxın günlərdə Mərkəzin rəsmi saytında sözügedən onlayn platforma istifadəçilərə təqdim olunacaq. İmtahana yazılmaq istəyən istifadəçilər öncədən qeydiyyatdan keçərək onlayn formada sınaq imtahanında iştirak edə biləcəklər.
"Nəzərinizə çatdırırıq ki, imtahanda iştirak etmək üçün qeydiyyat mütləqdir, toplanan məlumatlar yoxlama-ölçmə materiallarının təkmilləşdirilməsi, effektivliyinin artırılması məqsədi daşıyır və yalnız tədqiqat xarakterlidir. İstifadəçilərin məxfiliyi tam şəkildə qorunacaq.
Bu imtahan modeli Avropa təhsil sistemində dillər üzrə tədris proqramlarının, dərsliklərin, imtahanların hazırlanmasında əsas götürülən Ümum-Avropa Tövsiyə Çərçivə Sənədinə (The Common European Framework of Reference for Languages (CEFR) əsaslanaraq Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadənin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Dillər Universitetinin əməkdaşları Səbinə Əliyeva, Hüzurə Ağayeva, Ramiqə Şirəliyeva və Fidan Ələsgərova tərəfindən dosent, filologiya üzrə fəlsəfə doktoru Jalə Qəribovanın redaktorluğu ilə hazırlanıb.
CEFR-də olduğu kimi, Azərbaycan Dili Sertifikasiya İmtahan modelində də 6 dil səviyyəsi - A1, A2, B1, B2, C1, C2 müəyyənləşdirilib. Ödənişsiz sınaq imtahanında iştirak etmək istəyən hər kəs qeyd olunan səviyyələr üzrə 4 blokdan ibarət imtahan suallarını cavablandıraraq prosesi tamamlaya biləcəklər",- deyə məlumatda qeyd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 20 Fevral 2025 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















