Icma.az
close
up
RU
Azərbaycan dili üzrə sertifikasiya imtahanının sınaq versiyası üçün onlayn platforma yaxın günlərdə istifadəyə veriləcək

Azərbaycan dili üzrə sertifikasiya imtahanının sınaq versiyası üçün onlayn platforma yaxın günlərdə istifadəyə veriləcək

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 20 fevral, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Azərbaycan dilini öyrənənlərin dil bacarıqlarının (dinləyib-anlama, danışma, oxuyub-anlama və yazı) beynəlxalq standartlara uyğun ölçülməsini nəzərdə tutan ödənişsiz sınaq imtahanın təşkil edilməsi üçün hazırlıq işləri başa çatıb.

Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, yaxın günlərdə Mərkəzin rəsmi saytında sözügedən onlayn platforma istifadəçilərə təqdim olunacaq. İmtahana yazılmaq istəyən istifadəçilər öncədən qeydiyyatdan keçərək onlayn formada sınaq imtahanında iştirak edə biləcəklər. İmtahanda iştirak etmək üçün qeydiyyat mütləqdir, toplanan məlumatlar yoxlama-ölçmə materiallarının təkmilləşdirilməsi, effektivliyinin artırılması məqsədi daşıyır və yalnız tədqiqat xarakterlidir. İstifadəçilərin məxfiliyi tam şəkildə qorunacaq.

Bu imtahan modeli Avropa təhsil sistemində dillər üzrə tədris proqramlarının, dərsliklərin, imtahanların hazırlanmasında əsas götürülən ümum-Avropa Tövsiyə Çərçivə Sənədinə (The Common European Framework of Reference for Languages (CEFR) əsaslanaraq DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadənin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Dillər Universitetinin əməkdaşları Səbinə Əliyeva, Hüzurə Ağayeva, Ramiqə Şirəliyeva və Fidan Ələsgərova tərəfindən dosent, filologiya üzrə fəlsəfə doktoru Jalə Qəribovanın redaktorluğu ilə hazırlanıb.

CEFR-də olduğu kimi, Azərbaycan dili sertifikasiya imtahan modelində də 6 dil səviyyəsi - A1, A2, B1, B2, C1, C2 müəyyənləşdirilib. Ödənişsiz sınaq imtahanında iştirak etmək istəyən hər kəs qeyd olunan səviyyələr üzrə 4 blokdan ibarət imtahan suallarını cavablandıraraq prosesi tamamlaya biləcəklər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Fevral 2025 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri