Icma.az
close
up
RU
Müəllimlərin sertifikasiya imtahanının tarixi niyə AÇIQLANMIR... SƏBƏBLƏR

Müəllimlərin sertifikasiya imtahanının tarixi niyə AÇIQLANMIR... SƏBƏBLƏR

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda yay aylarında müəllimlərin növbəti sertifikasiya imtahanının keçirilməsi nəzərdə tutulub. Sertifikasiyaya biologiya, kimya, coğrafiya, informatika və fizika müəllimləri cəlb olunacaq.

2022-2024-cü illər ərzində 65 min nəfərə yaxın müəllim sertifikatlaşdırmaya cəlb edilib. İndiyə kimi sertifikatlaşdırma prosesini uğurla keçmiş müəllimlərin ümumi sayı 55 min nəfər olub.

Nazirlər Kabinetinin qərarına uyğun olaraq, sertifikatlaşdırmada uğur qazanmış 38 min müəllimin əməkhaqqına 10%, 17 min müəllimin əməkhaqqına isə 35 faiz əlavə tətbiq edilib. Nəticədə maaşına 10% əlavə olunan müəllimlərin orta aylıq əməkhaqqı 980 manat, maaşına 35% əlavə olunan müəllimlərin orta aylıq əməkhaqqı isə 1295 manat təşkil edib. Bu il təxminən 27 minə yaxın müəllimin sertifikasiya prosesinə cəlb ediləcəyi gözlənilir.

Qeyd edək ki, sertifikasiyanın nə vaxt keçiriləcəyi açıqlanmayıb.

Modern.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova da deyir ki, son illərdə müəllimlərin sertifikatlaşdırma prosesi ilə bağlı tarixlər əsasən aprelin sonunda açıqlanırdı.

"Bu, həm təqvim baxımından müəllimlərə planlama imkanı verir, həm də hazırlıq prosesinə psixoloji olaraq köklənməyə şərait yaradırdı. Lakin cari ildə bu ənənənin pozulması, yəni tarixlərin gec açıqlanması, bir sıra suallar doğurur", - o qeyd edib.

Günay Əkbərovanın sözlərinə görə, əsas səbəblərdən biri kimi Elm və Təhsil Nazirliyində bəzi yeni prosedurların tətbiqi, normativ sənədlərin yenilənməsi bu kimi gecikmələrə səbəb olur:

“Bundan əlavə, əvvəlki illərdə keçirilmiş imtahanlara dair toplanan geribildirimlərin dəyərləndirilməsi və formatın təkmilləşdirilməsi də daha çox vaxt tələb edə bilər. Müəllimlərin bu ilki imtahanlarda nəyin dəyişə biləcəyi ilə bağlı narahatlıqları haqlıdır. Baxmayaraq ki, radikal dəyişikliklər gözlənilmir”.

Müsahibimiz bildirib ki, bu prosesdən keçən bir çox müəllim kimi sizə həm təcrübəyə, həm də gerçəkliyə əsaslanan bir neçə səmimi tövsiyələri var:

“Tarixlərin gec açıqlanması prosesin daha ciddi şəkildə hazırlandığını göstərir. Nəzəriyyəni əzbərləməkdən çox, tətbiq etməyi öyrənmək daha faydalıdır. Metodika biliklərini dərs mühitində necə istifadə etdiyinizi düşünün. Müsahibə mərhələsində öz dərs təcrübənizdən çıxış edin. Müsahibədə konkret situasiya nümunələri sizə üstünlük qazandıracaq.Digər müəllimlərlə birgə hazırlaşmaq, qrup şəklində test işləmək, fikir mübadiləsi aparmaq həm motivasiya yaradır, həm də psixoloji təzyiqi azaldır.

Yalnız rəsmi mənbələrə güvənin. Sosial mediada yayılan qeyri-dəqiq məlumatlar sizi çaşdıra bilər. Elm və Təhsil Nazirliyinin və Təhsil İnstitutunun rəsmi səhifələrini izləyin. Unutmayın, bu imtahan sizin peşəkar inkişaf yolunuzdakı bir mərhələdir. Onu keçmək yalnız bilik deyil, həm də özünəinam, hazırlıq və məqsədyönlülük tələb edir. İnanıram ki,  digər fənnlərdə olduğu kimi, yenə müəllimlərimiz yüksək nəticələr göstərəcək”- G.Əkbarova qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 May 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri