Sertifikasiya İmtahanının nəticələri nə zaman açıqlanacaq? RƏSMİ
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanı üzrə onlayn platformanın ictimaiyyətə təqdim olunmasından ötən müddətdə 780 nəfər sınaqda iştirak edib.
Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, hazırda sınaq prosesində iştirak etmiş şəxslərin nəticələrinin emalı yekunlaşıb:
"Yaxın vaxtlarda iştirakçıların imtahan nəticələri onların qeydiyyat zamanı göstərdikləri elektron poçt ünvanlarına göndəriləcək".
Qeyd edək ki, Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanının onlayn platforması 17 mart 2025-ci il tarixində sınaq məqsədilə istifadəyə verilib.
Sınaq prosesinin əsas məqsədi onlayn platformanın işləkliyini yoxlamaq, imtahanda dinləmə, oxu, danışma, yazı bacarıqlarının qiymətləndirilməsi üçün istifadə olunan test tapşırıqlarının və mövcud mexanizmin effektivliyini dəyərləndirmək və sistemi daha da təkmilləşdirməkdir.
Mina Mikayılova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 07 Noyabr 2025 13:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















