Icma.az
close
up
RU
Sertifikasiya nəticələri göstərir ki, müəllimlərin böyük hissəsi metodiki biliklərdə çətinlik yaşayır AÇIQLAMA

Sertifikasiya nəticələri göstərir ki, müəllimlərin böyük hissəsi metodiki biliklərdə çətinlik yaşayır AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Təhsil sistemində ləğv edilmiş metodist institutu yenidən bərpa olunur. Belə ki, bununla bağlı dekabrın 9-da keçirilən “Ümumi təhsildə keyfiyyətin yüksəldilməsi: təcrübələr və yeni yanaşmalar” adlı elmi-praktiki beynəlxalq konfransdakı çıxışlarda bildirilib. Elm və təhsil nazirinin müşaviri Elnur Əliyev deyib ki, artıq regionlarda regional aparıcı metodist komandası formalaşır. Bakı üzrə bu komandalar artıq formalaşıb. Onun sözlərinə görə, artıq 400-ə yaxın məktəbə metodik dəstək verilməkdədir. E.Əliyev həmçinin bildirib ki, hazırda metodistlər axtarılır və metodist olmaq istəyən müəllimlər sertifikasiyada daha çox bal toplamış müəllimlər arasından seçiləcəklər.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nərimanov Rayon Komitəsinin sədri, təhsil eksperti Kamran Əsədov bildirdi ki, metodist institutu uzun illər Azərbaycan təhsil sisteminin həm nəzəri-metodoloji, həm də praktik idarəetmə strukturunun əsas dayaqlarından biri olub:

"Lakin rayon (şəhər) təhsil şöbələrinin ləğvi və idarəetmənin mərkəzləşdirilməsi prosesində metodistlərin fəaliyyəti faktiki olaraq zəiflədildi və son mərhələdə tamamilə aradan qaldırıldı. Bu addımın məqsədi sistemin çevikləşdirilməsi olsa da, nəticədə məktəblərlə mərkəzi idarəetmə arasında metodiki körpü qırıldı, müəllimlər üçün davamlı dəstək mexanizmi zəiflədi və məktəblərin pedaqoji inkişaf xətti daha çox özbaşına inkişaf edən prosesə çevrildi".

Onun sözlərinə görə, Elnur Əliyevin “metodistlər axtarılır” açıqlaması situasiyanın yenidən dəyərləndirildiyini, metodist boşluğunun real nəticələrinin artıq dövlət səviyyəsində qəbul edildiyini göstərir:

"Son illərin tədris keyfiyyəti ilə bağlı müşahidələrinə nəzər saldıqda, məktəblərdə metodik işin dağılmasının həm müəllim fəaliyyətinə, həm dərs məzmununun tətbiqinə, həm də ümumi idarəetmə mədəniyyətinə ciddi təsir göstərdiyi görünür. OECD və UNESCO kimi qurumların tədqiqatlarında da vurğulanır ki, məktəb daxili peşəkar inkişaf sistemi, xüsusən metodistlər vasitəsilə tədrisin keyfiyyətinə təsir edən əsas amillərdən biridir. Finlandiyada hər məktəbdə metodik rəhbərlərin mövcudluğu müəllimlərin dərs planlama və qiymətləndirmə bacarıqlarını gücləndirdiyi üçün yüksək nəticələr əldə olunur. Metodistlərin olmaması müəllimləri faktiki olaraq iki çətinlik qarşısında qoydu: birincisi, dərslərin kurikuluma uyğunlaşdırılması və müasir pedaqoji tələblərə əsaslanması zəiflədi; ikincisi, yeni müəllimlərin peşəyə adaptasiya prosesi ləngidi. Elm və Təhsil Nazirliyi də son illərdə müəllim hazırlığında boşluqların artmasını statistik olaraq təsdiqləyir, sertifikasiya nəticələri göstərir ki, müəllimlərin böyük hissəsi metodiki biliklərdə çətinlik yaşayır. Bu nəticələr metodik dəstəyin sistemdən çıxarılmasının birbaşa təsiridir".

​​​​​​​

Ekspert hesab edir ki, metodistlərin yenidən bərpası təhsil üçün strateji baxımdan çox müsbət addımdır:

"Bu, təkcə bir kadr məsələsi deyil; məktəbin pedaqoji idarəetmə sisteminin, daxili peşəkar inkişaf mexanizminin və kurikulum tətbiqinin yenidən qurulması deməkdir. Müasir metodistlər əvvəlki dövrdə olduğu kimi yalnız kağız üzərində metodik vəsait paylayan şəxslər olmamalıdır. Onlar dərslərə daxil olan, müəllimə real mentorluq edən, layihəbazlı öyrənmə, formativ qiymətləndirmə, şagird fərdiləşdirilməsi kimi yeni pedaqoji modellərin tətbiqini dəstəkləyən peşəkar kadrlar kimi qurulmalıdır. Yeni dövrdə metodist institutunun effektiv olması üçün əsas dəyişikliklər ondan ibarət olmalıdır ki, onların fəaliyyəti sertifikatlaşdırılsın, müasir pedaqogika üzrə təlimlərə cəlb edilsin, məktəblərdə real monitorinq və müşahidə mexanizmi ilə işləsinlər və fəaliyyətləri nəticəyönümlü qiymətləndirilsin. Elnur Əliyevin açıqlaması həmçinin sistemin əvvəlki səhvləri qəbul etməsi, daha funksional idarəetməyə qayıdışı göstərir və Elm və Təhsil Nazirliyinin son illərdə data əsaslı qərarlar vermə tendensiyasına uyğun gəlir. Hesab edirəm ki, metodistlərin bərpası müəllim fəaliyyətinə dəstəyin güclənməsi, kurikulumun praktik tətbiqinin yaxşılaşması, yeni müəllimlərin adaptasiyasının sürətlənməsi və ümumi tədris keyfiyyətinin yüksəlməsi baxımından çox vacibdir. Bu addım məktəbləri yalnız inzibati yox, həm də pedaqoji baxımdan idarə olunan mühitə çevirəcək".

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Dekabr 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see225

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see221

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see211

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see186

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see184

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see179

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see175

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see160

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see158

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see155

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see155

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see149

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see148

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see147

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see145

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri